Cəlili görüşə tez gəlincə…


Cəlili  görüşə tez gəlincə...
İran Milli Təhlükəsizlik Ali Şurasının rəhbəri Said Cəlili Ankara səfəri çərçivəsində baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşə tez gəldiyinidən bir balaca anlaşılmazlıqla qarşılaşıb.

Görüşə tez gələn İran yüksək yetkilisi Said Cəlilini nazirliyin mərkəzi binası qarşısında qarşılamağa çıxan olmayınca o saatına baxıb. Maşınında saatını bir daha yoxlayan Cəlili yanındakılarla bir müddət danışdıqdan sonra nazirlyin binasına girib. Nazirlik yetkililəri Cəlilinin görüşə tez gəldiyini və o üzdən qarşılanmadığını bildirərək, olayda qəsd olmadığını açıqlayıblar.

Baş nazir Ərdoğan ilə Said Cəlilinin görüşməsi media üçün qapalı olaraq keçirilib. Görüşdə Xarici işlər naziri Əhməd Davudoğlu da iştirak edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir