«Cənub axını» layihəsi qapandı


«Cənub axını» layihəsi  qapandı
Uduzan Bolqarıstan oldu…Qazanan kim olacaq?

“Qazprom”un başçısı “Cənub axını” layihəsinin qapandığını elan edib.

Rusiya Avropaya qaz nəql etməkdən ötrü başladığı “Cənub axını” qaz kəmərinin tikintisini reallaşdırmaq mümkün olmadığı üçün o layihəyə bir daha qayıtmayacaq. “Qazprom”un başçısı Miller bunu Rusiya prezidenti Putinin bəyan etdiyini bildirib.

“Vəssalam, layihə qapandı”- RİA Novosti Millerin sözlərindən sitat gətirib.

Prezident Valdimir Putin Türkiyəyə səfəri çərçivəsində bildirib ki, Rusiya “Cənub axını” layihəsini reallaşdırmağa davam edə bilməyəcək. Putin:-“Biz dənizdə tikintiyə başlaya bilmirik, çünki Bolqarıstandan icazə almamışıq, bolqar sahillərinə çatıb orada tikintini dayandıra bilmərik, bu sadəcə absurd olar” –deyib.

“Qazprom” Avropaya qaz nəql etməkdən ötrü Ukraynadan yan keçən “Cənub axını” kəmərini tikməyi planlaşdırırdı. Qaz borusunun Qara dənizdən başlayaraq sonra Bolqarıstan, Serbiya, Macarıstan, Sloveniya və İtaliya ərazilərindən keçəcəyi gözlənilirdi. “Cənub axını” ilə nəql olunacaq qazın həcmi ildə 63 milyard kubmetr təşkil edəcəkdi.

İyunun əvvələrində Avrokomissiya Bolqarıstandan “Cənub axını”nın tikintisini dayandırmağı xahiş etmişdi. Avrokomissiya iddia edirdi ki, “Qazprom” “Cənub axını” ilə sadəcə öz qazını nəql etməyi planlaşdırır.

Avrokomissiya ilə məsləhətləşmə aparmaqdan ötru Sofiya kəmərin Bolqarıstan ərazisində tikintini dondurmuşdu. Avqustda Bolqarıstan prezidenti Posen Plevnelieyev Avrokomissiya layihəyə yaşıl işıq yandırmayana kimi tikintinin dondurulmuş şəkildə qalacağını bəyan etmişdi.

Bir neçə saat bundan əvvəl Bolqarıstanın heç bir ciddi siyasi qüvvəsi “Cənub axını”ndan tamamilə imtina ediləcəyinə gerçəkdən inanmırdı. Onlar Moskva ilə Brüsselin necə olsa razılığa gələcəyini düşünürdülər. Avropa Şurasının prinsiplərinə sadiq bolqarlar isə böyük məmnuniyyətlə özləri üçün sərfəli olan tikintiyə başlayacaqdılar.

Sofiya kədərli ənənələrinin ucbatından ölkəsi üçün əhəmiyyətli qərarından imtina etməklə məğlub duruma düşdü. Məlumdur ki, bu layihənin digər iştirakçılarından fərqli olaraq Bolqarıstan bütün Cənubi Avropa üçün əhəmiyyətli olan qaz koridoruna laqeyd yanaşırdı.

Rusiya prezidenti perspektivdə “Türkiyə borusundan” Yunanıstana keçən qaz kəməri tikintisinə başlaya biləcklərini qeyd edib. Belə ki, istənilən halda Cənubi Avropa bizim qazsız qalmayacaq. Sadəcə Rusiya qazının tranziti üçün ildə 400 milyon avro Bolqarıstan büdcəsinə daxil olmayacaq.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir