Çeçenistan parlamentariləri İnstagramı tərk etdilər


Çeçenistan parlamentariləri İnstagramı tərk etdilər
Çeçenistan parlamentinin deputatları respublikanın başçısı Ramzan Kadırovun İnstagram səhifəsinin blok edilməsinə etiraz edərək sosial şəbəkəni tərk etməyi qərara alıblar. Çeçenistan parlamentinin spikeri Maqomed Daudov Kadırovun səhifəsinin blok edilməsindən xəbər tutan kimi dərhal öz akkauntunu bağlayıb. O, bildirib ki, Kadırovun səhifəsi açılmayana kimi bu şəbəkədən istifadə etməyəcək. Qanunverici orqanın mətbuat katibinin RİA Novosti-yə verdiyi i məlumata görə deputat korpusu tam tərkibdə Daudovun təşəbbüsünü dəstəkləyiblər. Qeyd edək ki, Çeçenistan parlamentinin 41 deputatı var.

Respublika rəhbərinin İnstagram səhifəsi şənbə günü səhər erkəndən işləmir. Siyasətçinin həmçinin Facebook profili də qapalıdır.

Kadırovun özünün dediyinə görə onun İnstagram səhifəsi ABŞ xarici işlər nazirliyinin sanksiyasından sonra blok edilib. Onun fikrincə, bu hərəkət sosial şəbəkənin rəsmi Vaşinqtondan asılı olmamasının illüziya olduğunu göstərir. Çeçen lideri onu da xəbər verib ki, texniki dəstək xidmətnə bu barədə müraciət etsə də cavab almayıb. Bununla yanaşı, Kadırov qeyd edib ki, onun akkauntu rəsmi statusa malikdir və bu o deməkdir ki, İnstagram təhlükəsizliyi təmin etməlidir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir