Çeçenistanda “qanuni oğruların”” yığıncağı olub”


Çeçenistanda "qanuni oğruların"  yığıncağı olub
Çeçenistanda “qanuni oğruların”” yığıncağı keçirilib. Onun təşkilatçısı hazırda həbsdə olmalı olan “”kriminal general”” Aziz Batukayev olub.

Yenises.ru-nun Rosbalt-a istinadən verdyi məlumata görə yığıncaq Çeçenistanın Qudremes rayonunun Calka kəndi ətrafında baş tutub. Moskvadan olan avtoritet qonaqları çeçenlərin ən nüfuzlu “”qanuni oğrusu”” Aziz Batukayev (Aziz) qarşılayıb. Yığıncaqda mafiyanın slavyan qanadının başçısı olan “”kriminal general”” Oleq Şişkanov (Şişkan) olmaqla 4 “”qanuni oğru”” iştirak edib.

Yığıncaqda bir neçə məsələ mükakirəyə qoyulub. Birincisi onlar “”oğru ailəsi””ndə çeçenlərin nümayəndəliyini genişləndirməyi müzakirə ediblər. Söhbət “”qanuni oğru”” Kaxaber Parpaliyanın (Kaxa) taleyindən gedir. Nüfuzlu çeçen ailəsi ona qarşı qanlı qisas elan edib. Eyni zamanda “”kriminal generallar”” yüzlərlə mafiozun qatılacağı və yaxın günlərə planlaşrıdılmış geniş miqyaslı yığıncağın harada keçiriləcəyindən danışıblar.

Onu da qeyd etmək yerinə düşər ki, Batukayev bir hadisəyə görə respublikadan çıxmamağa çalışır. 2014-cü ildə Qırğızıstan höküməti (Batukayev bu ölkənin vətəndaşıdır) onu axtarışa verib və Rusiyaya “”qanuni oğrunun”” ekstradasiya olunması üçün bildiriş göndərib. Lakin 2014-cü ilin payızında Rusiyadan Qırğızıstana cavab gəlib ki, Batukayev Çeçenistanda tutulub və sonra Lenin rayon məhkəməsinin hökmü ilə qanunsuz silah saxladığına görə 3 illiyə azadlıqdan məhrum edilib. Ona görə cəza müddəti bitmədən onun Qırğızıstana ekstradasiya edilməsi mümkün deyil. Rosbalt-a xəbər verən mənbənin dediyinə görə artıq 2015-ci ildən Aziz Batukayev müəmmalı şəkildə azadlıqda gəzir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir