Çempionlar Liqasında iki divin qarşılaşmasına saatlar qalır


Çempionlar Liqasında iki divin qarşılaşmasına saatlar qalır
Madridsə “ingilis xuliqanlarını” ilə mücadiləyə hazırlaşır

İspaniya paytaxtında təhlükəsizlik tədbirləri həyata keçirilir. İspaniya milli polisi ilə “Real” Madridin müvafiq xidməti, o cümlədən Böyük Britaniya polisinə bəzi dələduz azarkeşlər üzərində nəzarəti gücləndirmək xəbərdarlığı edilib.

Çempionlar Liqasının 8/1 oyunuda “Real” ilə “Mançester Yunayted” qarşılaşması zamanı hər iki tərəf azarkeşləri çılğınlıq nümayiş etdirəcəkləri əvvəlcədən gözə alınıb. İspan klubuna Britaniya polisindən də bu haqda xəbərdarlıq edilib, onlar ingilis klubunun 4 mindən artıq azarkeşinin 4-də birinin xüsisi təhlükəli olduğunu bildiriblər.

İspan polisləri bu xuliqanların hətta Sanytaqo Bernabeu meydanına biletsiz keçə bilmə ehtimalını belə nəzərə alıblar. İspan hüqüq-mühafizə orqanları əməkdaşları səhər erkəndən “Qırımızı şeytanlar”ıntərəfdarlarını paytaxtın Baraxas aeroportunda qarşılamağı çıxıblar. Təhlükəsizlik tədbirləri stadiona girişdə və içəridə də xüsusilə gücləndirilib. İngilis xuliqanları özlərinin aqressivliyi, dikbaşlığı ilə məşhurdurlar və Avropanın onların iştirakından ziyan çəkməyən bir şəhəri qalmayıb.

Məhəmməd Məmmədov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir