Cenifer Lopesə Türkiyədə mülk hədiyyə edildi


Cenifer Lopesə Türkiyədə mülk hədiyyə edildi
Latin Amerika müğənnisi Cenifer Lopes Türkiyədə mülk sahibi oldu. İstanbul boğazına baxan Adalar mənzərəli mülkdə yaşayıb yaşamayacağı bəlli olmasa da sənətçiyə bu mülk hədiyyə edilib.

Ötən günlərdə İstanbulda 3 konsert verən dünya şöhrətli müğənniyə Ataşəhərdəki mülkü bir türk tikinti firması hədiyyə edib. Ataşəhərdəki İstanbul boğazı və Adalar mənzərəli mülkünün maketini görən Cenifer Lopes: “Türkiyədə və İstanbulda olmaq mənim üçün gözəl bir şey”-deyib.

Noyadrın 14, 15, 16-da istanbulda konsert verdikdən sonra Sofiyaya gedən sənətçi bu gün yenidən İstanbula dönüb. Mətbuat nümayəndələrinə ona hədiyyə edilən mülk haqqında açıqlama verən Lopes “Buranın insanları gerçəkdən məni çox təsirləndirdi”-deyə ifadə edib.
“Artıq Türkiyədə bir evim olduğu üçün, mən bura bir də gələcəyəm”-deyə də vurğulayıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir