Çerepavestdə azərbaycanlılardan ibarət quldur dəstə yaxalandı


Çerepavestdə azərbaycanlılardan ibarət quldur dəstə yaxalandı
Çerepavest şəhərində avtomat oyun zallarını qarət edən azərbaycanlılardan ibarət quldur dəstə yaxalanıb. Bu barədə Çerepavest rayon DİN-in mətbuat xidməti məlumat verib. Cinayətkar qrup altı qanunsuz kazinonu qarət etməyi bacarıblar. Bu qrupun yaxalanmasına kazinoların birində quraşdırılan video kamera görüntüləri yardım edib.

Cinayətkarlar zərərçəkmişlərin polisə şikayət etməyəcəklərini zənn edərək cinayətlər törədirlərmiş. Bütün kazinolar qanunsuz fəaliyyət göstədiyinə görə heç kim polisə şikayət etməyib. Quldur dəstə cinayət törətdikləri zaman kazino əməkdaşlarına ağac dəyənəklərlə xəsarət yetirirlərmiş. Belə basqınların birində zərərçəkmiş məcburi təcili yardim xidmətinə muraciət etməli olub və onlar da öz növbəsində polisə bu haqda məlumat veriblər.

Bir neçə gündən sonra polis əməkdaşları quldur dəstənin altı azərbaycanlı üzvünün kimliyini aşkar edib. Bunu hiss edən şubhəli bilinən dəstə üzvləri aradan çıxıblar. Polis tərəfindən birgə həyata keçirilən cinayət-axtarış tədbirləri nəticəsində cinayatkarlar Rostov şəhərində yaxalanıblar və Çerepavestə gətiriliblər.

Törətdikləri cinayətlərə görə həmvətənlərimizi 10 ilə qədər həbs cəzası gözləyir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir