Çernoqoriya Rusiyaya nota göndərdi


Çernoqoriya Rusiyaya nota göndərdi
Çernoqoriya XİN-i bazar ertəsi hakimiyyətdə olan Sosialistlərin Demokratik Partiyasının üzvü Miodraqa Vukoviçin deportasiya olunması ilə bağlı Rusiyaya nota göndərib. Bu barədə Çernoqoriya Radio və televiziyası kanalı ( RTCG) məlumat verib.

Kanalın xəbərinə görə Moskvadan tranzitlə Minskə Mərkəzi Avropa təşəbbüsləri parlament assambleyasına gedən Vukoviçi bazar günü Domodedov aeropotunda polislər saxlayıblar. Ona məlumat veriblər ki, Rusiyanın “persona non-qrata”” siyahısına düşdüyü üçün deportasiya olunaraq geri göndəriləcək. Tivata birinci reys bazar ertəsi səhər olduğundan o, gözləmə müddətini “”humanist olmayan şəraitdə”” keçirib və bunun uzundən xroniki xəstəliyi kəskinləşib.

“”Bu siyasi qərar Çernoqoriyada son vaxtlarda baş verən hadisələrə görə verilib “”-deyə parlamentari telekanala deyib.

Bu ərəfədə Çernoqoriya XİN-i Serjan Darmanoviç bəyan edib ki, ölkəsinin NATO-ya üzv olmaq istədiyi üçün Rusiya “”respublikanın daxili işinə çox qarışır””.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir