Çingiz Aytmatovun qızı atasının naməlum romanın əlyazmasını tapıb


Çingiz Aytmatovun qızı atasının naməlum romanın əlyazmasını tapıb
Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun naməlum romanının əlyazması haqqında qızı deputat Şirin Aytmatova məlumat verib. Yazıçının qızı yerli KİV-ə atasının romanını bir il ərzində çap etdirəcəyini söyləyib.

Aytmatova əlyazmasını atasının iş otağında tapdığını deyib. “Yer və fleyta” adlanan romanda 1940-cı illlərdə Qırğızstanda Böyük Çuysk kanalının tikintisində çalışan və böyük Çuysk Budda heykəlinin tapan adamdan bəhs edilir.

Yazıçının qızının sözlərinə görə roman qəhrəmanın romantik hiss və həyəcanlarını əks etdirən təsvirlərlə zəngindir. Aytmatova atasının bu romanı o dövr ilə uyğunlaşmadığı üçün cap etdirmədiyini güman edir.
Aytmatova onu da əlavə edib ki, əlyazma elektron varinata salınıb və onu bir il ərzində rus dilində nəşr etdirməyi planlaşdırır. Roman sonra isə ingiliscəyə tərcümə ediləcək.

Çingiz Aytmatov çoxsaylı hekayə, povest və romanların ( “Cəmilə”, “Əlvida, Gülsara!”, “Ag gəmi”) müəllifidir. Onun bir çox əsərləri ekranlaşdırılıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir