Çingiz Hüseynov: “Doğruları danışmaq cihada bərabərdir”- FOTO


Çingiz Hüseynov: “Doğruları  danışmaq cihada bərabərdir”- FOTO

“Müsəlmanların cihad formalarından biri də qələmdir”… İslam dininə Allah tərəfindən verilən “qələmin yazdığı söz” tərəfindən yaxınlaşıb yeni baxış sərgiləyən Rusiya-Azərbaycan yazıçısı, islamşünas Çingiz Hüseynov 30-cu Moskva Beynəlxalq Kitab Sərgi Yarmarkasında (MBKSY) oxucuları ilə görüşdə bu fikirləri səsləndirdi.

Bu il yubileylərə- sayca 30-cu və ilk keçirilməsinin (ilk sərgi 1977-ci ildə olub) 40-cı, eyni zamanda Moskvanın 870 illik ildönümünə təsadüf edən senytabrın 6-da startı verilən Moskva Beynəlxalq Kitab Sərgi- Yarmarkasında dünyanın 39 ölkəsi iştirak edir və 700 tədbir keçirilməsi nəzərdə tutulub. 5 gün sürəcək boyük kitab forumunun 3-cü günü -senytabrın 8-də keçirilən kitab təqdimatları tədbirləri çərçivəsində tanınmış yazıçı Çingiz Hüseynovun kitabına da yer verilib.

“Molodaya Qvardiya” nəşriyyatı tərəfindən nəşr olunmuş “Muxammed” (“Məhəmməd”) kitabı ilə sərgiyə qatılan yazıçı ona ayrılan platformada oxucularıyla əsər haqqında düşüncələrini bölüşdü.

Yazıçı, islamşünas Ç.Hüseynov Məhəmməd peyğəmbərin həyatı və həyata keçirdiklərini araşdırdığı eynidalı “Muxammed” (“Məhəmməd”) əsərində də qeyd etdiyi kimi günümüzdə doğruları söyləməyin riskli olduğuna diqqət çəkdi.

«Qələm cəfəngiyyatla məşğul olmaqdan ötrü verilməyib, doğruları yazmaq üçün verilib. Doğruları danışmaq cihada bərabər hesab edilir. Lakin cəhalətin hökm sürdüyü yerdə doğruları dilə gətirmək çox risklidir». O, səsləndirdiyi bu fikirlərlə yanaşı, bütün dinlərdə təzadların olduğunu da vurğuladı.

“Muxammed” əsərində dində bu kimi suallara cavab axtaran müəllifin çıxışı çox maraq və hərarətlə qarşılandı. Ona yönlənən suallara cavab verən alim, bir çox cavabların kitabda əksini tapdığını dedi.

Sonra oxucular yazıçıdan avtoqraf almaqdan ötrü növbəyə dayandılar.

Tünzalə Vəliqızı
Yenises.ru

FOTOLAR
Çingiz Hüseynov: “Doğruları  danışmaq cihada bərabərdir”- FOTO


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir