Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı”” adı verildi”


Çingiz Qurbanova "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi
“Azərbaycanın Milli Qəhrəmanı”, əsl milli qüruru olan Mübariz İbrahimovun doğum günündə onunla oxşar aqibəti paylaşıb, düşmən əsirliyindən geri alınan daha bir qeyrətli oğlumuz bu yüksək ada layiq görüldü.

Bu haqda Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Ç.S.Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra).

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2017-ci il.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir