Cümhuriyyət tariximizin ildönümü Moskvada təntənəli şəkildə qeyd edildi (FOTO)


Cümhuriyyət tariximizin ildönümü Moskvada təntənəli şəkildə qeyd edildi (FOTO)
Moskva.Yenises.ru.Dünən Moskvada 28 May Azərbaycan Demokratik Respublikasının yaranması günü münasibətilə Azərbaycanın Rusiyadakı səfirliyi qəbul-ziyafət keçirdi. Azərbaycanın Cümhuriyyət tarixi bayramına həsr olunmuş tədbir Moskvanın möhtəşəm salonlarından biri olan “Avropa”da baş tutdu.

Rusiya və Azərbaycanın tanınmış siyasətçiləri, ziyalıları, ictimai xadimlərinin qatıldığı tədbir Azərbaycan və Rusiyanın dövlət himni ilə başladı.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu əvvəlcə bayrama toplaşanları salamlayaraq, hər kəsi dövlətçiliyimizin yaranması günü münasibətlə təbrik etdi. Sonra diplomat dəvətini qəbul edərək vaxt tapıb bu bayram əhval-ruhiyyəsini bölüşməyə gələn Rusiyadakı xarici ölkə səfirlərinə, Rusiya xarici işlər nazirinin müavini Q.Karasinə təşəkkürunu bildirdi.

Səfir Polad Bülbüloğlu 1918-ci il 28 Mayda elan olunmuş, Şərqdə ilk müstəqil dövlət olaraq təşəkkül tapan respublikamızın tarixindən qısa söz açaraq, bügünkü Azərbaycanın o tarixi ənənələrdən bəhrələnərək süverenlik və müstəqllik yolunda inamla addımladığını söylədi.

“28 Mayda elan edilmiş ilk demokratik cümhuriyyətimiz təəssüf ki, cəmi iki ildən az müddət mövcud olub. Lakin onun qoyub getdiyi dövlətçilik təcrübəsi bu gün də davam etdirilir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycan Respublikası günü-gündən çiçəklənir. 90-cı illərdə başı fəlakətlər çəkən Azərbaycanın yenidən dövlət kimi formalaşmasına, bizə bəxş edilən müstəqil Azərbaycana görə onun baş memari H.Əliyevə borcluyuq”.

Respublika günündə iştirak edən RF Xarici işlər nazirinin müavini Qriqoriy Karasin Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib, çıxışında Azərbaycan-Rusiya münasibətlərinin hər zaman dostluq və qardaşlıq çərçivəsində inkişaf etdirildiyini vurğuladı.

Bayram tədbrində Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev də öz növbəsində bayram təbriklərinə qoşularaq Azərbaycan və Rusiya arasında mehriban qonşuluq, dostluq əlaqələrinin inkişafında əməyi olan bir sıra rusiyalı siyasiləri, elm, incəsənət adamlarının konqres tərəfindən 2012-ci ildə təsis olunmuş “H.Əliyev mükafatı”na layiq görüldüyünü bildirdi.

Dəvət-ziyafət Azərbaycan incəsənət ustalarının şən mahnı və musiqi nömrələri ilə davam etdi.

Moskvada qeyd edilən Respublika günündə Rusiyada fəaliyyət göstərən xarici ökə səfirləri, Rusiyanın tanınmış siyasətçiləri, elm və incəsənət xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak edirdilər.

Tünzalə Vəliqızı, Moskva
Yenises.ru

Fotolar Yenises.ru-nundur

Cümhuriyyət tariximizin ildönümü Moskvada təntənəli şəkildə qeyd edildi (FOTO)Cümhuriyyət tariximizin ildönümü Moskvada təntənəli şəkildə qeyd edildi (FOTO)
Cümhuriyyət tariximizin ildönümü Moskvada təntənəli şəkildə qeyd edildi (FOTO)
Cümhuriyyət tariximizin ildönümü Moskvada təntənəli şəkildə qeyd edildi (FOTO)
Cümhuriyyət tariximizin ildönümü Moskvada təntənəli şəkildə qeyd edildi (FOTO)
Cümhuriyyət tariximizin ildönümü Moskvada təntənəli şəkildə qeyd edildi (FOTO)
Cümhuriyyət tariximizin ildönümü Moskvada təntənəli şəkildə qeyd edildi (FOTO)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir