Dərbənddə aksiyaçılar qədim məscidin qapısını sındırıblar


Dərbənddə aksiyaçılar qədim məscidin qapısını sındırıblar
Dərbənd sakinləri icazəsiz aksiya zamanı Rusiyanın ən qədim Cümə məscidinin qapılarını sındırıblar. Bu haqda şəhər administrasiyasından məlumat verilir.

Mitinq Dərbənd Muzey-Qoruğunun rəhbərliyi tərəfindən muzeydə işləyirmiş kimi göstərilən lakin işə gəlməyən işçilərin işdən çıxarılmasına etiaz olaraq keçirilib. Muzeyin direktoru Viktor Çesnokov mitinqçilərin qarşısına çıxaraq onlara nə baş verdiyini izah etməyə çalışıb. Ancaq mitinqçilər buna məhəl qoymayaraq daha da qəzəblənib və millətçi şüarlar səsləndiriblər.

Dərbənd rəhbərliyi onların bu hərəkətini maksimum rezonans doğurmaq cəhdi hesab edir. Aksiya zamanı məscidin qapıları sınıdırlıb. Bir müddət sonra ora hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və etirazçılar dağılışmaq məcburiyyətində qalıbar. Polis hadisənin baş vermə səbəbini araşdırır.

Dərbənddəki Cümə məscidi VIII əsrdə inşa edilib. . 2003-cü ildə YUNESKO-nun Dünya İrsi Siyahısında yer alıb.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir