Dağıstanda dəmir yolunda partlayışa görə qatarlar gecikir


Dağıstanda dəmir yolunda partlayışa görə  qatarlar gecikir
Bir neçə sərnişin qatarı Daıistan dəmir yol xətti dagıldığına görə gecikir. Bu gün Moskva vaxtı ilə səhər saat 08:13 radələrində Açi-İzerbaş liniyasında yük qatarının patlayışı nəticəsində yol dağılıb. Bu xəttdə hərəkət dayandırılıb. Ölən və xəsarət alan yoxdur. Bir vaqon yoldan çıxıb. Qonşu yol bundan zərər görməyib. Hazırda güc strukturları hadisə yerində araşdırma aparırlar. Bundan sonra dəmiryolçular yolun təmir-bərpa işimə başlayacaqlar.

“Hazırda 313 nömrəli Bakı-Sankt-Peterburq qatarı 1 saat 18 dəqiqə gecikir. Digər 373 nömrəli Bakı- Tümen və 56 sayli Moskva-Bakı qatarlarının da gecikəcəyi də ehtimal olunur ”-Rusiya Dəmir Yolundan verilən məlumatda deyilir.

Yolun dağılmasına görə 6691 nömrəli Dərbənd-Maxaçqala yerli qatarının reysi ləğv olunub. 6695 Derbend-Maxaçqala qatarı da İzerbaş stansiyasına qayatarılıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir