DAK sədri Mirəşrəf Fətiyev AzerRos-dan ayrılması səbəblərini şərh etdi


DAK  sədri  Mirəşrəf Fətiyev  AzerRos-dan ayrılması səbəblərini şərh etdi
“Söyün Sadıqovun ermənilərlə görüşləri zənginləşdirməsi xalqın loyallaşmasına xidmət edir””

Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ) özünü bəyan etməsi Rusiyada eləcə də də Azərbaycanda bəzi qüvvələrin qarşı-qarşıya qoydu. Fəaliyyətə başlamadan “əlil arabasına” oturdulan ittifaq bir yandan da Rusiyada fəaliyyət göstərən çoxsaylı diaspor təşkilatlarını özlərinin fəaliyyətlərinə yenidən baxmaga vadar etdi. Əslində ütülü sözlər, protokol qaydasına uyğun çıxışlar, göstəriyə hesablanan proqramlar fonunda bu təşkilatlarda təmsil olunanların bir-birinə münasibəti açılıb ortaya töküldü. Azərbaycan maraqları deyib başqa maraqlarını reallaşdırmaq kimi qaranlıqda olan bir çox şeylər ortaya çıxdı və bu müzakirələr hələ də davam etməkdədir.

Bu gündəmə bir ştrix də DAK-ın sədri Mirəşrəf Fətiyev vurdu. Belə ki, DAK ilə bərabər Rusiya Azərbaycalıları Federal Milli Mədəni Muxtariyyəti –AzerRos-un vitse- prezidenti olan M. Fətiyev İsveç səfərindən dönən kimi vitse-prezidentlikdən istefa etdiyini bildirdi.

Mirəşrəf Fətiyevin Azerros-un vitse-prezidentliyindən istefa etməsinin səbəbini öyrənmək üçün ona müraciət etdik. Saytımıza açıqlama verən DAK sədri AzerRos-dan istefa etməsinə səbəb kimi bu təşkilatın ermənilərlə görüşünü göstərdi.

Bir müddət əvvəl AzerRos-un prezidenti Söyün Sadıqovun Moskvada erməni diasporu nümayəndələri ilə təşkil etdiyi görüşdən narazılığını ifadə edən Mirəşrəf Fətiyev bunları söylədi:

“Söyün Sadıqov ermənilərlə dialoqa gedəndə, onlarla bir masa arxasında oturanda vitse-preident kimi bunu mənimlə razılaşmamış, müzakirə etməmişdi. Təşkilat belə məsələləri iadə heyəti ilə müzakirə etməli və sonra qərar verməlidir. O zaman mən bu müzakirədən kənarda qaldım. Və o müzakirələrdə iştirak etsəydim belə, buna “yox” deyəcəkdim. Bu gün ermənilərlə Qarabağ və ya digər mövzular olsun, əlaqə qurub nəyisə müzakirə etmək, dostluğa-qardaşlığa çağıran şüarlarla fəaliyyət göstərmək Azərbaycanın milli maraqlarına zərbədir. Ona görə də mən o təşkilatda olmaqdan imtina edərək istefa etdim”.

“Söyün Sadıqovun hərəkətini arqumet olaraq göstəririsiniz. Amma Söyün Sadıqova qədər də hətta səfirlik səviyyəsində təşəbbüs qrupu yaradılmış və ermənilərlə dialoqa gedilmişdi. Əslində bunun Söyün Sadıqov faktoruna bağlılığını Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqına qarşı Azərbaycan hökümətinin reasksiyası ilə bağlamaq olarmı?””

“”Mirəşrəf Fətiyev Ümumrusiya Azərbaycan Təşklatları İttifaqının müsbət qarşılanmamasını əsas götürərək, özünün qaralanmaması, “qara siyahıya” düşməməsi üçün buradan çıxır” –fikirlərinin cavabında isə DAK sədri bildirdi ki, “xeyr, versiya kimi belə düşünülə bilər. Amma bu təşkilatda olmaq ölkəyə xəyanət deyil və orada təmsil olunanlardan Abbas Abbasovla yaxın dostluq münasibətlərim, digərləri- Araza Agalarov, Vahid Ələkbərov, İsgəndər Xəlilova xüsusi hörmətim var””.

Bu addımı atmağa vadar olmağına gəlincə isə, o, dekabrın 23-də İsveçdə səfərdə olarkən Söyün Sadıqovun ermənilərlə yenidən görüşlər keçirməsi haqqında yaydığı bəyanatla tanış olduğunu dedi.

“Siz də dediyiniz kimi bu günə kimi ermənilərlə dialoqlara gedib, görüşlər keçirdik. Amma onun nəticəsi nə oldu? Diaspora rəhbəri kimi istənilən halqa Yerevana, Xankəndinə olan səfərlərə pis baxıram. Biz bunu təcrübədən keçirdik və nəticəsi, əslində nəticəsizliyi da məlumdur. Yenidən xalq diplomatiyasina qayitmaq gənclərimizi loyallaşdırmaq, Qarabağı unutdurmağa xidmət edəndir”.

Mirəşrəf Fətiyev onu da qeyd etdi ki, 20 faiz torpaqlarımızı işğal edən ermənilər “biz sülh istəyirik” deyə bütün dünyaya bəyan edirlər. “”O şərtlərdə ermənilərin belə görüşlərə getməsi təbii ki, onların xeyrinədir. Bəs bizim? Təkrar edirəm, yenidən xalq diplomatiyasına qayıtmaq bizə heç nə verməyəcək”-deyən diaspor rəhbəri Söyün Sadıqovun bu görüşləri zənginləşdirməsini xalqın loyallaşmasına xidmət edir kimi dəyərləndirdi. “Söyün Sadıqovun taktikası, strategiyası səhvdir. Bu günkü tutduğu addımı qəbul etmirəm”-deyə AzerRos-dan getdiyinin motivi yalnız və yalnız bu söylədikləri olduğunu açıqladı.

Tünzalə VƏLİQIZI

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir