DAK sədri Mirəşrəf Fətiyev: “Urmiya gölünün qurudulması Azərbaycan və Türkiyə təbiətinə zərbə ola bilər”


DAK sədri Mirəşrəf Fətiyev: “Urmiya gölünün qurudulması Azərbaycan və Türkiyə təbiətinə zərbə ola bilər”
Almaniyanın Heydelberg şəhərində İran hökümətinin Urmiya gölünü süni şəkildə qurutması əleyhinə keçirilən etiraz aksiyasının təşkilatçısı DAK sədri Mirəşrəf Fətiyev təbirlə baglı fikirlərini bildirib. O, bunun İrana yaxın bölgələrdə ekoloği problem yaradacağını deyib. Mirəşrəf Fətiyevonu da vurğulayıb ki, İran məqsədyönlü şəkildə Urmiyani qurutmaqla göl ətrafinda yaşayan milyonlarla azərbaycanlinı pərən-pərən salmaq fikrindədir.

“Digər tərəfdən isə bu ekoloji problem Türkiyə və Azərbaycan təbiətinə böyük zərbə vura bilər”- deyə əlavə edib. DAK sədri onu da qeyd edib ki, bu il bütün Avropada təşkilat tərəfindən “Urmiya ili” elan edilib. Onun sözlərinə görə bu mövzu ilə əlaqədar sentyabrda Moskvada açiq havada etiraz aksiyasi həyata keçriləcək.

Ayxan
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir