Danimarka millisindən növbəti möcüzə


Danimarka millisindən növbəti möcüzə
Ukranyanın Xarkov şəhərində AVRO-2012 turnirinin B qrupunun ilk oyunu sona yetdi. “Metallist” stadionunda baş tutan oyunda Danimarka yığması ilə Hollandiya millisi qarşılaşdılar və oyun 1:0 hesabıyla Danimarka millisinin xeyrinə başa çatdı.

Oyunun birinci hissəsində qola qədər “narıncılar”ın fəal oyun numayiş etdirdiklərinə baxmayaraq qol vura bilmədilər. Buna səbəb zərbələr zamanı topun qapıdan yan keçməsi və Danimarka millisinin qolkiperi Andersenin deqiq oynaması idi. Oyunun 24-cü dəqiqəsində Danimarka yığmasının ilk hücümü qolla nəticələndi və Kron-Deli hesabı açdı. Oyunun 36-cı dəqiqəsində Hollandiya millisinin oyunçusu Robben rəqib qapıçının səhvindən yararlana bilmədi və Danimarka millisini qoldan qapı tiri qorudu.

Oyunun ikinci hissəsində də Hollandiya yığması fəal oyun göstərdi. Lakin buna baxmayaraq oyunda hesab sona qədər dəyişmədi və Danimarka millisi öz ilk qələbəsini qazandı.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir