Ded Hasanın qohumu və varisi Moskvada öldü


Ded Hasanın qohumu və varisi  Moskvada öldü
Bu dəfə adət etdiyimiz kriminal çəkişmədə deyil, xəstəlikdən.

Kriminal aləmin məçhur avtoritetlərindən olan Temuri Mirzoyev ( Timur Sverdlovski) Moskvada vəfat edib. O, bir neçə gün əvvəl “ogru yığıncağı” adlandırılan toplantı keçirdikləri zaman xüsusi əməliyyat təbiri nəticəsində polis əməkdaşları tərəfindən saxlanmışdı.
O saxlandığı Moskva təcridxanasında vərəm xəstəliyindən vəfat edib.

LifeNews-un məlumatına görə Timur Sverdlovski Ded Hasan öldürüldükdən sonra onun yerinə kriminal aləmin başçısı təyin edilmişdi. 16 yanvar 2012-ci ildə öldürülən Ded Hasana yaxın olanlar dəfn vaxtı onun yerinə kimin keçməsini müzakirə etmişdilər.O zaman formal olaraq əzəmətli oğru klanına onun 30 yaşlı qohumu Dmitri Çanturiya (Miron) başçılıq edirdi.

Lakin Miron dayısı kimi adlı-sanlı avtoritet deyil.Buna görə də mafioz qruplar seçimi İspaniya həbsxanasında yatan Zaxariya Kalaşovanın (Şakro-kiçik) üstundə edirlər.

Şakro ilə yanaşı Timur Sverdlovski, Yuri Usoyan (Yura Soçinski) və hələ az tanınan amma Usoyanın yaxını olan Sadko ləqəbli ogrunun da namizədliyi müzakirə olunmuşdu.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir