Dekabrın 1-dən qastarbayterlərə zorla rusca öyrədəcəklər


Dekabrın 1-dən qastarbayterlərə  zorla rusca öyrədəcəklər

Prezident Vladimir Putin qastarbayterlərin rus dilindən imtahan vermələrini məcburiləşdirən qanunu təsdiq edib.
Dövlət Duması tərəfindən bu ilin oktyabr ayının 26-da qəbul edilmiş və oktyabrın 31-də Federasiya Şurasında təsdiq edilmiş miqrantların rus dilindən imtahan vermələrini tələb edən qanun 1 dekabr 2012-ci ildən qüvvəyə minir.

“Mənzil komunnnal təsərrüfatı sahəsində, pərakəndə ticarət və ya məişət xidməti ilə məşğul olmaq istəyən xarici vətəndaş rus dilini likin dərəcədən az bilməməlidir”-deyə sənəddə qeyd edilir.

Miqrant işə qəbul edilirkən rus dilini bilməsini sübut edən “xarici vətəndaşa verilən dövlət imtahanından keçməsi haqqında sertifikat və ya notariusda təsdiq edilmş təhsil haqqında sənəd ” təqdim etməlidir.

Miqrantı rus dilindən imtahan etmək üçün 160 təhsil müəssisəsində yer ayrılıb. Rus dilində danışa bilməyə görə miqrant pul özəməli olacaq. Rus dili kursları pulsuz olsa da, Federal Miqarsiya Xidmətinin hesablamalarına görə imtahana 6 min rub ödəməyə məcburdur.

Qastarbayteri rus dilində danışmağa vadar eməyi bu ilin əvvəlində Vladimir Putin hələ baş nazir olarkən təklif etmişdi. 2025 ilə qədər miqrasiya siyasəti ilə bağlı konsepsiyaya aprelin sonunda baxılmış və Dmitri Medvedev onu təsdiq etmişdi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir