Depardye gəzəcəyi yerlər sırasında Azərbaycanın da adını çəkdi


Depardye gəzəcəyi yerlər sırasında Azərbaycanın da adını çəkdi
Jerar Depardye Rusiyaya məhəbbətini idni də Belçikadan ifadə edib. Belçikanın “Notele” yerli telekanalında çıxış edən artist tamaşaçıların qarşısına jiletdə və Rusiya gerbi ilə çıxıb. O, Fransadan niyə ayrıldığından danışıb.

“Fransa darıxdırıcı yerdir, düşünürəm ki, bundan fransızlar xirtdəyəcən doyublar. Hansısa bir inam yoxdur. Görünür hakimiyyət öz işini görməyi bacarmır ”-deyib aktyor.

O jurnalistlərə Belçikadakı həyatından da danışıb. Buranın əti xoşuna gəldiyini deyən Depardye, restoran açmaq fikrində oldugunu dilə gətirib. “Bir az zamanımı burada keçirəcəm. Bu il ABŞ, Rusiya, Çeçenistan, Qazaxıstan, və Azərbaycana səfər edəcəm”- deyən aktyor Çeçenistanı Rusiyadan ayırıb. Xatırladaq ki, Qroznıda onun beşotaqlı evi var.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir