Deyirlər ki, toy olacaq! Eksklüziv


Deyirlər ki, toy olacaq! Eksklüziv
Bir müddət əvvəl oğlunun “müsəlman” olmasını ailə arasında qeyd edən Rusiyalı tanınmış ekstrasens Zirəddin Rzayev bunu geniş şəkildə keçirəcyini də mətbuata açıqlamışdı. Zirəddin Rzayev əslində bunu dostlarının israrı ilə edəcəyini də vurğulamışdı. Ekstrasensin mətbuat xidmətindən Yenises.ru-ya verilən məlumata görə Moskvanın məşhur restoranlarının birində yaxın günlərdə oğluna təntənəli şəkildə toy edəcəyi gözlənilir.

Məlumatda o da bildirilir ki, Rusiya və Azərbaycan ictimai mühitində tanınan yüksək statuslu qonaqların da dəvət olunduğu “kiçik toy” məclisini Rusiyanın tanınmış şou-biznes nümayəndələri şənləndirəcək. Toyun nə zaman və hansi restoranda keçiriləcəyi barədə isə ekstrasens məlumatı gizli saxlayıb.

Qəribə orasıdır ki, məşhur ekstrasens Azərbaycan şou-biznes nümayəndələrindən toya heç kimi dəvət etmədiyini də bildirib. Bunu yolun uzaqlığı və insanları narahat etməməklə bağlayıb. O, “Kiçik toy” da Azərbaycandan yalnız ailənin yaxın dostu müğənni Hadir Qafarzadənin olacağını qeyd edib. Toyda Moskvada fəaliyyət göstərən əməkdar artist tarzən Qorxmaz Axundovun rəhbərliyi ilə muğam üçlüyü isə qonaqlara Azərbaycan muğamlarını ifa edəcəklər.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir