Diaspor rəhbəri azərbaycanlı uşaqların təhsil ala bilməməsi ilə bağlı Ərdoğana müraciət etdi


Diaspor rəhbəri azərbaycanlı uşaqların  təhsil ala bilməməsi ilə bağlı Ərdoğana müraciət etdi
“Uşaqların təhsilsiz qalmasına, cahil böyüməsinə biganə qalmayin””- çağırışlı məktubla diaspor rəhbəri, eyni zamanda müəllim olan Hikmət bəy Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğana səslənib.

“”Bu problemin həlli üçün son çarəm yanlız Sizə yazmağa qalıb””.

Türkiyədə təhsilsiz, kimliksiz uşaqların taleyinə biganə qalmayan Hikmət Elp və bu əndişəsini prezidentinylə paylaşamağa qərar verib.

İstanbul Azərbaycan Kültür (Mədəniyyət) Evinin rəhbəri Hikmət Alp Ərdoğana ünvanladığı məktubu Facebook-dakı şəxsi səhifəsindən də paylaşıb.

Azərbaycan əsilli türk vətəndaşı olan diospor rəhbəri məktubunda Azərbaycan Sovetlər birliyindən ayrılıb müstəqillik qazandığı ilk dönəmlərdə orada yaşanan məlum faciələr, ağır iqtisadi şərtlər ucbatından işləmək üçün Türkiyəyə gəlib qalmaq məcburiyyətində olan azərbaycanlılar, onların burada doğulan uşaqlarının təhsil ala bilməmələri probleminə toxunub.

Hikmət bəy Türkiyə prezidentinə göndərdiyi məktubda ailəsinə çörək qazanmaq üçün Türkiyəyə üz tutan qardaş xalqın nümayəndələrinin müxtəlif işlərdə izinsiz çalışmağa məcbur olduğunu qeyd edib.

Məktubda deyilir:
“”Ailəsi lə yaşamaq uğrunda mübarizə aparan qardaşlarımız, öz yurdlarına gedib-gələ bilmədiklərinə görə pasportları hüquqi qüvvəsini itirib. Əsl qorxulu olan isə bu tipli ailələrin uşaqlarının məktəbsiz, təhsilsiz keçirdiyi illərin illərə calanmasıdır. Bu durumda olan və 22 ildir ki, təhsildən uzaq qalan bu uşaqlarla kimsə maraqlanmamış, onlar üçün bir şey etməmişlər””.

Hikmət bəy, prezidentə ünvanladığı məktub-müraciətində onu da vurğulayıb ki, hazırda bu halda olan minlərlə ailə və onların onminlərlə uşağı var. Uşaqlar böyüyüb yetkinlik yaşına çatıb, ailə qurublar. Lakin onlar evliliklərini belə rəsmiləşdirmə bilmirlər.

Diaspor yetkilisi məktubunda onu da qeyd edib ki, illərlə sərhəd keçməyən, pasportunun müddəti bitdiyi üçün kimlikləri “”havadan aslı qalan”” bu insanların ölkələrinə dönə bilməmələrinin başlıca səsbəbi deportasiyaya məruz qalma qorxularıdır. “”Sırf buna göə yaş kağızı, rəsmi sənədi olmayan o uşaqlar məktəbsiz, təhsilsiz və kimliksiz böyüyürlər””.

Daha sonra məktubda yazılır:
“”Hörmətli prezidentim, bizim gələcəyimiz olan bu uşaqların təhsilsiz qalması, bir millətin savadsızlığa doğru addımlaması deməkdir. Gələcəyin məhvi deməkdir. Cəhalətin hökm etməsi deməkdir. Sabahlarımızın qaralması deməkdir””.

Türkiyə lideri Ərdoğanın “”Boraltan Köpürüsü”” hikayəsindən təsirləndiyinə və kövrəldiyinə işarə edərək, Hikmət Elp bu məktubu yazmağa ruhlandıran məhz bu amilin olduğunu da xüsusilə vurğulayıb.

“”O hadisəyə duyğulu, həssas davranışınızı bilərək, bu mövzuya da biganə qalmayacağınız düşüncəsiylə qələmi əlimə adlım””-deyir məktubunda.

Bir çox aidiyyatı instansiyalara məktub göndərsə də, bu günə kimi cavab almadığını da məktubda prezidentə çatdırılıb.

Cümhuriyyət olaraq beynəlxalq uşaq haqları anlaşmasında imzası olan Türkiyənin ölkəsində bu qədər sayda uşağın təhsilsiz qalması onların hüquqlarının pozulması deməkdir. Bu təkcə azərbaycanlı uşaqlar üçün deyil, digər millətlərdən olanlar üçün də keçərlidir.

Hikmət bəy məktubunin sonunda Türkiyə və Azərbaycan Cümhuriyyətlərinin birgə komissiya quraraq uşaqlarımızın gələcəyi naminə bu problemi çözməyə yardım edəcəyinə ümidvar olduğunu dilə gətirib.

Məkbub:- “”Hörmətli prezident, bu mövzuya da həssas davranacağınıza inanaraq cümləmin nöqtəsini qoyuram””,- ifadəsiylə bitir.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir