Dindarların hissini təhqir edənə 3 il həbs veriləcək


Dindarların hissini təhqir edənə 3 il həbs veriləcək
Dövlət Dumasında “dini küfrə” görə cəza tətbiq edilməsi nəzərdə tutulan qanun layihəsinin ikinci oxunuşu dinlənilib.

Dövlət Dumasının deputatları dindarların hisslərini təhqirə görə cinayət məsuliyytinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini mülayimləşdirməyi qərara alıblar. Bu gün aşağı palata qanun layihəsinin ikinci oxunuşunu müzakirə edib. Maksimum həbs müddəti sanksiyası 5 ildən 3 ilə endirilib.

Qanun layihəsinin lehinə 304 deputat səs verib. Dörd nəfər deputat bu qərara etiraz edib, bir nəfər isə bitərəf qalıb. Kimlərin qanunun yeni mətnini qəbul etməməsi haqqında məlumat verilmir.
Qanun layihəsinin üçüncü oxunuşu gələn həftənin sonunda olacaq. Dövlət Dumasının sədr müavini Aleksandr Remezkov qanunun bütünlükdə yaxın vaxta qəbul ediləcəyini deyib. Xatırladaq ki, Dövlət Dumasında üç oxunuşdan sonra sənəd Federasiya Şurasına, oradan da imzalanmaq üçün prezidentə göndərilir.
Bir nüddət əvvəl deputatlar Cinayət kodeksinə “dindarların hisslərini təhqir”ə görə maddə salınmasının əleyhinə idilər. Bunun yerinə mövcud “Vicdan və din azadlığı hüququna maneə” maddəsinə dəyişiklər edilməsi qərara alınmışdı. Qanunvericiliyin ağırlaşdırılmasında həbs qəti- imkan tədbirindən əlavə böyük məbləğdə cərimə və həmçinin məcburi iş tətbiq edilməsinə də baxılır.

Bir çox hüquq müdafiəçiləri “dini hissləri təhqir” ifadəsi konkret gösrtərilmədiyi üçün qətiyyətlə qanunun əleyhinə çıxırlar. Onların fikrincə, bu sui-istifadə üçün geniş yol açacaq. Kreml də öz növbəsində dindarların hissini qoruyan qanunun vacibliyindən əmindir.

Qanun layihəsinin özü 2012-ci ilin payızında Pussy Riot qrup iştirakçılarına hökm oxunandan və müsəlman dünyasında qalmaqala səbəb olan “Müsəlman məsumluğu” filmi çıxandan sonra Dövlət Dumasına verilib.

Leyla Bayramova
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir