Diqqət! Moskvada fırtına təhlükəsi gözlənilir!


Diqqət! Moskvada fırtına təhlükəsi  gözlənilir!
Bu gün Moskvada fırtına təhlükəsi olacağı elan edilib. Fövqəladə Hallar nazirliyinin regional idarəsi havanın qəfildən pisləşəcəyi haqqında xəbərdarlıq edib. Fırtına saat 13:00-dan 23:00 arasında olacağı bildirilir.

Rusiya FHN-nin xəbərdarlığında deyilir:

“Diqqət! Hörmətli Moskva yaxınlığında yaşayanlar! 2 iyun saat 13:00-dan 23:00-a kimi rayonun qərb bölgələrindən başlayaraq, Moskva və qalan rayonların digər bölgələrində yagış, fırtına, saatda 12-17 sürətlə küək, bəzi yerlərdə dolu gözlənilir. Yağıntının miqdarı 3-10 və bəzi yerlərdə 15 millimetr olacaq. Moskvada yuxarıda sadalanan hava şəraiti 14:00–dan 22:00 arasında gözlənilir. Agacların, yaxşı bərkidilməmiş reklam şitlərinin yıxılması, elektrik ötürücülərinin qırılması kimi təhlükələr ola bilər. Küçədə olanlardan cox xahiş edirik, ehtiyatlı olun! ”

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir