Dizel yanacağı qaçaqmalçılığı işində Mixail Qutseriyev şahid kimi dindiriləcək


Rusiyalı milyarder Mixail Qutseriyev və oğlu Said Ukraynaya kontrabanda yolu ilə keçirilən dizel yanacağı işində şahid kimi ifadə verəcəklər. Çünki dizel yanacağı onun neft emalı zavodundan alınıb. Söhbət 100 min tondan gedir. Əslində Türkiyəyə göndərilməsi nəzərdə tutulan yanacağın niyə Ukraynaya çatdırıldığı müəmmasını istintaq araşdırır. Ən əsas şübhəli qismində isə yanacağı daşıyan gəminin kapitanıdır.

İş adamı Mixail Gutseriyev, Ukraynaya dizel yanacağı qaçaqmalçılığı ilə bağlı cinayət işində şahidlik eədəcək.

Rusiya dizel yanacağının Ukraynaya gizli yolla keçirilməsi işi ilə bağlı rusiyalı milyarder Mixail Qutseriyev və oğu Saidlə yanaşı, ona məxsus “Forteinvest”” şirkətinin keçmiş və hazırkı dörd meneceri də-Aleksandr Kebadze, Andrey Pyatinov, Anastasiya Sudilovskaya və Maqomed Yevloyev şahid qismində ifadə verəcəklər. Söhbət 2017-ci ildə Orsk neft emalı zavodundan 100 min tona yaxın dizel yanacağının Ukraynaya göndərilməsindən gedir. Bu barədə RBC-ya ForteInvest-dən alınan bu dizeli Ukraynaya çatdıran Cantarell Ticarət treyderinin vəkili Anzor İbrahimov məlumat verib. İstintaq Türkiyəyə göndərilməsi nəzərdə tutulan yükün Ukraynaya nəql olunduğunu aşkar edib. Baxmayaraq ki, bu ölkəyə çatdırılması üçün ayrıca icazə alınması gərəkirdi. Şübhəlilərdən biri -dizel daşıyan gəminin kapitanıdır.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Qutseriyevin şirkətlərinin ofislərində və evində axtarışlar aparılması haqqında bir sıra Rusiya KİV-i məlumat yaymışdı. RBC -ya aid mənbələr Forteİnvest ofisindəki axtarışları izləmiş, həmçinin Kommersant və Maş Telegram kanalı da axtarış xəbərini təsdiqləmişdi. Lakin Qutseriyevin özü axtarış xəbərlərinin şaiyə və onlara qarşı “”təxribat”” olduğunu bildirmişdi.

Qutseriyev “”Safmar”” qrupunun əsas sahibidir. Forbes beş ildir ard-arda onu Rusiyanın ən varlı ailəsi adlandırır.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir