Doğum evində uşağı dəyişdirilən ana 2 milyon rubl tələb edir


Doğum evində uşağı dəyişdirilən ana  2 milyon rubl tələb edir
Kazanda yaşayan Raziya Fakarova 25 il əvvəl doğum evində oğlunu dəyişdirdiklərinə görə Səhiyyə nazirliyini məhkəməyə verərək, ona vurulan mənəvi ziyanın qarşılığında 2 milyon rubl kompensasya verilməsini istəyir.

Hadisə 25 il əvvəl baş verib. 25 il onun oglunu başqa birisi böyüdüb tərbiyə edib. Özünün da başqa birinin övladına analıq etdiyini təsadüfən öyrənib.

2011-ci ilin payızında ona Flera Fazlıyeva adlı bir qadın müraciət edib. 25 il əvvəl onunla eyni dogum evində uşaq dünyaya gətiən bu ana DNA testindən sonra oglunun bioloji anası olmadığını oyrənib. Və həmin ilin həmin ayında dogulan uşaqları axtarmaga başlayıb. Raziya onun bu məqsədlə görüşdüyü 10-cu ana olub. Raziya Farakova Flera Fazlıyevanın oğlunun şəklinə baxanda onun üzündə oz cizgilərini görüb. DNA analizi Fazlıyevanın saxladığı oğlunun doğma anasının Raziya olduğunu təsdiq edib.

Raziyanın saxladığı və oğlu bidiyi uşaq isə 18 yaşında vəfat edib. Ona ğz doğma anasını tanımaq, onula görüşmək nəsib olmayıb. Flera Fazlıyeva da Səhiyyə naziriliyindən hər hansı bir şey tələb edəcəkmi-məlum deyil.

Təəssüf ki, yeni doğulmuş körpələrin dogum evində dəyişik düşməsi birinci hal deyil. Analoji hadisə Çelyabinsk və Naberejni Çelnıda baş verib. Birincidə həqiqət 12 il keçəndən sonra, ikincidə isə 3,5 aydan sonra ortaya çıxıb. Uşaqlar bioloji analarına verilib.

Leyla Bayramova
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir