Dollar “əllini aşırdım…” oxuyur


Dollar “əllini aşırdım...” oxuyur
RFİqtisadi inkişaf naziri də “siz də hər zamankı havanızda davam edin””-deyir.

İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev isə tələsməməyi və hay-küyə düşməməyi məsləhət görüb.

Mərkəzi bankın tənzimləmədiyi dollar hədəqədən çıxaraq tarixdə ilk dəfə 50 rublluq həddi keçib yüksəldi. Bu arada avro da möhkəmlənərək 62 rubl 85 qəpik oldu.

Rublun yenidən aşagı düşməsi 27 noyabrda Vyanada OPEK-in neftin istehsalını azaltmamaq qərarından sonra müşahidə olunub.

Birjasında baş verənlərdən sonra RF höküməti rusiyalıları sakitləşdirməyə başlayıb. Xüsusilə RF İqtisadi inkişaf naziri Aleksen Ulyukayev rubl ehtiyatlarını valyutaya çevirib bankları onunla zənginləşdirməməyə çağırıb.

Aleksey Ulyukayev “Birinci kanala ” müsahibəsində–“Mənə elə gəlir ki, ümumyaşam qanunları var: əgər situasiya çətinləşirsə, bir o qədər tələsməmək, haya-küyə düşməmək sakit və məntiqli olmaq lazimdir”- deyib.

Məntiqimiz bizə deyir ki, bizim hər hansı tələskənliyimiz, əgər rublu dollara ,dolları da rubla çevirmək istəyiriksə, bu xidməti bizə göstərənləri-bankları iki dəfə varlandıracağıq. Onlar bizdən əlavə qazanacaqlar və özlərini pis hiss etməyəcəklər. Bu bizim nəyimizə lazımdır? Biz, təəssüf ki, heç zaman bilməyəcəyik ki, nə zaman alıb, nə zaman satmaq lazımdır”.

O izah edib ki, iqtisadi məntiqə görə, enişdə-ucuzlaşanda satmaq yox, almaq, yüksəlişdə-bahalananda isə almaq yox, satmaq lazimdir. Nazir qeyd edib ki, “biz psixoloji cəhətdən buna hazır deyilik”.

Onun nöqteyi-nəzərincə indi ən yaxşı taktika “ indiyə qədərki vəziyyəti taraz saxlamaq lazımdır”. Ulyukayev–“Əgər gəlirimiz rublladırsa və rublla da xərcləyirdiksə, bunu yenə davam etdirməliyik. Məsələn, əgər əvvəllər bir neçə böyük gəliriniz vardısa və onu saxlamaq üçün həm rubl, həm də digər valyuta ilə formalaşdırmışdınızsa, deyək ki, 50-yə 50, indi də eynisini edin”-deyib .

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir