Dollar 66 rublu keçdi


Dollar 66 rublu keçdi
Putinin Tehran səfərinin ardınca dollar da havaya yüksəldi.

Bu gün dolların kursu Moskva birjasında 66 rubladan yüksək olub. Avro isə 70 rubla qalxıb.

Bazar ertəsi Moskva birjasında dollaırn satışı 66 rublu keçərək noyabrda ilk dəfə bu qədər yüksəlib. Avro isə 70 rublu keçərək, 70,428 rubla satılır.

Rubun niyabrın 23-də zəifləməsi neftin qiymətinin düşməsi ilə əlaqəlidir. Bu gün London birjasında Brent markalı neftin bir barrelinin dəyəri 43,65 dollar olub, bu da bundan əvvəlki satış bağlanışından 2,25% aşağı səviyyədədir.

Analitiklər neftin dünya bazarında dəyərinin getdikcə aşağı düşəcəyi, onun ardınca rublun da ucuzlaşacağı proqnozunu verirlər. “Qlobeks””
bankın treyderi İldar Ryazyapov ,- “”Bu həftə neftin məzənnəsi getdikcə ucuzlaşacaq, neftlə birlikdə rublun da dəyərinin zəifləyəcəyini müşahidə edəcəyik””-deyir.

/Yenises.ru/



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir