Dollar özünün tarixi maksimm həddinə çatdı


Dollar  özünün tarixi maksimm həddinə çatdı
Bu gün Moskva birjasında ABŞ dolları 39 rublluk şkalanı keçib.

İqtisadi inkişaf naziri Aleksey Ulyukayevin “Rusiya valyutası yerini bərkidəcək”” bəyanatından sonra Moskva birjasında cümə günü dollar ilk dəfə özünün tarixi həddinə çatıb.

Moskva vaxti ilə saat 15:26-da dollar 54 qəpik bahalaşaraq 39,05 rubl olub. Bu dolların satış tarxinidə ilk ən yüksək həddir.

Avro da 63 qəpik bahalaşaraq 49,73 rubla satılıb. Rublun getdikcə ucuzlaşdığı müşahidə olunurdu lakin bu temp İqtisadi inkişaf naziri Aleksey Ulyukayevin yaxın perespektivdə rublun möhkəmlənəcəyi gözləndiyini bəyan etdiyindən sonra bu temp daha da artdı.

“”Mən düşünürəm ki, rubl bir neçə öbyektiv vəziyyətin fonunda çox satılıb: üçüncü rübdə ikinci rübə nisbətən həmişə bir az pis satış balansı olur. Bundan başqa bu həm kapitalın hərəkətinin, neft qiyməti şəraitinin, bir neçə siqnalın təsiridir ki, sərmayçiləri bizim sərmayə klimatımıza şübhə etməyə vadar edir. Bütün bunlar üst-üstə yığılaraq bu nəticəni verib””-deyə Ulyukayev jurnalistlərə söyləyib.

Analitiklər nazirin optimizmini paylaşmırlar. “” Vergilərin rublla ödənməsi formalaşdığı üçün hələlik valyutaya tələb onun təklifini üstələyir””,- Absalyut bankın konvertasiya əməliyyatları şöbəsinin rəisi Anton Tokmakov qeyd edib.

“”Xarici valyutanın yüksəlməsi davam edəcək və bu heç kimdə şübhə doğurmur. Sual sadəcə hansı həddə qədər yüksəlməyindədir””,- Profit Group analitika departamentinin rəhbəri Qleb Zadoya da razılaşır.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir