Donetskdə An-24 sərnişin təyyarəsi qəza enişi edib


Donetskdə  An-24 sərnişin təyyarəsi  qəza enişi edib
Donteskdə bortunda 45 sərnişin olan An-24 təyyarəsi qəza enişi edib. Yerə enən təyyarə çevrilib və yanmağa başlayıb. Ukrayna Fövqəladə Hallar xidmətinin əməkdaşalrının verdiyi məlumata görə təyyarə iki hissəyə ayrılıb. Sərnişinlərdən 7-sinin öldüyü bildirilir.

“Təyyarə qəza enişi edib və xəttdən çıxaraq çevrilib, sonra isə dağılıb”-deyib mənbə. “Cənub avioliniyası”na aid olan təyyarə Odessa-Donetsk reysiylə uşurmuş. “RİA Novosti” müxbirinin verdiyi xəbərə görə yanğın başlayana kimi sərnişinlər təyyarəni tərk edə biliblər.Onları avtobus və təcili yardım maşınları aparıb.

Təyyarənin bortunda Donetskdə Çempionlar Liqası seriyasından “Şaxtyor “ və “Borussiya” komandaları arasında keçiriləcək oyuna gələn azarkeşlərin olduğu deyilir. Onların arasında biznesmenlər və deputatlar da olub.
Xatırladaq ki, qəza səbəbindən oyun gec başlayıb. Futbolçular oyundan əvvəl bir dəqiqəlik sükutla ölənləri yad ediblər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir