Dörd gürcü naziri hökümət yığıncağına “şil-küt” halda gəlib


Dörd gürcü naziri hökümət yığıncağına  “şil-küt” halda gəlib
Xeyr, onlar döyülməyiblər. Nazirlər mədəni istirahət vaxtı zədə alıblar. Bu haqda hökümətin mətbuat xidmətinin verdiyi xəbərdə deyilir.

Gürcüstanın bir neçə naziri hökümət yığıncağına müxtəlif bədən xəsarəti ilə gəlib. Kənd təsərrüfatı naziri David Kirvalidze əsa ilə gəlib,o, ayağındakı sarğının futbol oyununda aldığı zədədən oldugunu söyləyib.

Enerji və təbii vəsaitlər naziri, məşhur gürcü futbolçusu Kaxi Kaladze isə qar üstündə sürüşəndə ayağını zədələyib. O yığıncağa axsaya-axsaya gəlib. Diaspora məsələləri üzrə nazir Konstantin Surquladze də sol qolu yaralı halda iclas salonuna daxil oub. Hökümətin mətbuat xidmətindən verilən xəbərə görə o, Bakuriani dağ xizəksürmə kurortunda çiynini əzib. Qaçqınlarla iş üzrə nazir David Daraxvelidze isəyığıncaqda gözünün altı ğöyərmiş vəziyyətdə görünüb. Jurnalistlərin bildirdiyinə görə onun gözündə problem var və hazırda müalicə alır.

Leyla
/Yenises.tu/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir