Dövlət Duması Rusiyada dolları dövriyyədən çıxarmağı düşünür


Dövlət Duması Rusiyada dolları dövriyyədən çıxarmağı düşünür
Dövlət Dumasında Rusiya ərazisində ABŞ dollarının saxlanması və dövriyyəsini qadağan edən qanun layihəsi müzakirəyə çıxarılıb.

Sənəd qəbul edilərsə rusiyalılar br il müddətində Rusiya banklarındakı hesablarını bağlamalı, həmçinin dollarını rubl və ya başqa valyutaya dəyişməli olacaqlar.
Dövlət Dumasının deputatları rusların dollara etibarının atrmasından narahatdırlar. Ona görə ölkədə amerika valyutasını qadağan etməyi təklf edirlər. Layihənin müəllifi LDPR-dən olan deputat Mixail Deqtyarevin fikrincə “yaşıl” puldan istifadə etməkdən və saxlamaqdan imtina edərək onu qadağan etmək lazimdir.

Qanun qüvvəyə minəndən sonra nəğd yolla dollar almaq mümkün olmayacaq, bunun üçün dollar almağın vacibliyini sübut etmək lazim gələcək. Üzürlü səbəb məsələn, xaricə getmək hesab olunacaq.

Rusiya banklarında dolları olanlar onu xərcləməli ya da başqa valyutaya dəyişmlidirlər. Əks halda, banklar özü onu orta kurs qiymətinə satacaqlar. Qanunu yeniləyənlər belə hesab edirlər. “Əgər baxış zamanı vətəndaşda dollar aşkar edilərsə, hüquq mühafizə orqanları onu alaraq, 30 gün ərzində başqa valyutaya dəyişib sahibinə qaytaracaqlar”- deyir deputatlar.

Dollardan imtina etməyə məcbur edən səbəb kimi isə deputatlar ABŞ-ın maaliyyə vəziyyətinin qeyri-stabil olmasını göstərirlər.

“Təklif edilən məhdudiyyəti dollarsız beynəlxalq valyuta sistemi yaradılması deklarasiyasının başlanğıcı saymaqla, rublun beynəlxalq ehtiyat valyutası statusu alması və ABŞ dollarının asılılığından qurtulmaq deməkdir”-deyə qanun layihəsinin izahedici hissəsində deyilir.

On başqa ölkədən fərqli olaraq Rusiyanın rublunu populyar etmək kimi potensialı çoxdur. Lakin ABŞ dollarının Rusiya ərazisində azad şəkildə yayımlanması bu strategiyanı reallaşdırmağa maneçilik törədir. Dolların dövriyyəsi və saxlanmasının qadağan edilməsi Rusiya vətəndaşlarının maraqlarını müdafiə etməyə və dağılmış amerika borc piramidasının mənfi təsdirindən qurtarmağa yönəldən addımdır”-deyilir sənəddə.

Ekspertlərin fikrinə gəlincə, onlar dolların qadağan edilməsini qeyri-mümkün və zərərli hesab edərək, bunu ölkədə Amerika valyutasının Mərkəzi Bankın kursundan daha yüksək olan ikinci qeyri-rəsmi kursunun yaranmasına gətirib çıxaracağını söyləyirlər.

Leyla Bayramova
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir