Dövlət qulluqçularından “evi, maşını hansı pulla aldin?” soruşulacaq


Dövlət qulluqçularından “evi, maşını hansı pulla aldin?” soruşulacaq

Maaşın yetməyəcək dəyərdə olan evi, maşını nəylə alıbsan?-Rusiyada dövlət məmurundan bunu soracaqlar? Cavab verə bilməyən məmurun əmlakı müsadirə ediləcək.

Yeni qanun layihəsinə görə sormaq haqqı isə Rusiya Federasiyası prokurorluğuna veriləcək.

Dövlət məmurlarının təkcə maaşa quluq etməklə əldə edilməyən evi və maşını dövlətin xeyrinə müsadirə ediləcək. ““Rusiya Federasiyası Prokurorluğu” və RF vətəndaş prosessual kodeksinin 45-ci maddəsinə dəyişiklik” haqqında qanun layihəsi qəbul edilərsə, o zaman bu prokurorluq tərəfindən həyata keçiriləcək.

Dövlət qulluqçusunun malik olduğu torpaq sahəsi, digər daşınmaz əmlak, qiymətli kağızlar, aksiya, pay hissələrini qanunu gəlirlə əldə etdiyini təsdiq edən sənədi olmazsa, o zaman prokuror əsizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır-deyə qanun layihəsində göstərilir.

Korrupsiyaya qarşı mübarizədən ötrü xərclədikləri ilə gəlirləri uyğun olmayan dövlət qulluğunda və dövlət federal xidmətində çalışanlar üzərində nəzarət olmalıdır. Cinayət qanunvericiliyində çoxsaylı cərimələr, korrupsiya qanun pozuntusuna yol verməklə etimadını itirmək və digər ölçülərin götürülməsi əslində qanunsuz varlanmaya görə cavabdehliyə cəlb etməyə xidmət edir.

Bu müddəaların həyata keçirilməsi üçün 3 dekabr 2012-ci ildə qanun qəbul edilmişdi Lakin o qanunda prokurorların səlahiyyətləri öz əksini tapmamışdı, boşluqlar var idi. ““Rusiya Federasiyası Prokurorluğu” və RF vətəndaş prosessual kodeksi”nə yenidən baxılması bu boşluğu aradan qaldırmağı nəzərdə tutub.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir