Dövlət Duması bank sahibinin kimliyini açmağı güşünür


Dövlət Duması  bank sahibinin  kimliyini açmağı güşünür
Dövlət Duması bankların öz rəhbərlərinin ixtisası və iş təcrübəsi haqqında məlumatlarını açmağa məcbur edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Deputatlar bu sənədi “boş şey”, “cəfəngiyyat” adlandırsalar da, yenə də “lehinə” səs veriblər.
Qanun layihəsinə görə direktorlar şurasının üzvləri, bankın rəhbəri və müavinlərinin, həmçinin baş mühasibin təsdiq olunmuş məlumatları kredit təşkilatlarının saytında yerləşdiriləcək. İzahedici sənəddə bildirilir ki, bu bank sektorunda distiplini yüksəltməyə və banka etibarı artırmağa yardım edəcək.

RF Maliyyə nazirinin müavini Aleksey Moiseevin sözlərinə görə gizli və yalan məlumata görə kredit təşkilatı cəzalandırılacaq.

Kommunist partiysından olan deputat Vladimir Fedotkin nazir müavinindən qaydapozuntusuna görə RF Mərkəzi bankı lisenziyasını geri aldığı bank rəhbərlərinin təhsil və iş təcrübəsinin analiz edildiyi ilə maraqlanıb. “ Professional şəkildə də oğurlamaq olar. Sizin qanunda çıxış yolu nədədir? ”-deyə deputat soruşub. Moiseev cavab verib ki, yoxlamalar zamanı ərizədə göstərilənin əksinə olarq tez-tez professiyaya uyğun olmayan təhsilin oldugu aşkar edilir, qanun layihəsi isə yalan informasiyaya görə cavabdehlik tələb edir.

RFKP-dan olan digər deputat Nikolay Kolomeysev isə bu qanun layihəsini “boş şey” adlandırıb. “Bizə bankın açık olması ilə bağlı belə qanun deyil, əksinə, iqtisadiyyatda real addımlar lazimdir. Sizdə (Maliyyə nazirliyində) krizisdən çıxmaq üçün nə strategiya nə də taktika var”-deyə o, bəyan edib. Lakin RFKP fraksiyası qanunun qəbul olunmasına səs verib.

“Spravedlivaya Rossiya” partiyasından olan deputat Aleksandr Tarnavski sənədi “cəfəngiyyat” adlandırıb. “Bu bank sistemində edilən imitasiyadır. Biz bunu dəstəkləyirik, amma umid edirik ki, Maliyyə nazirliyi qanuna bu sferanı tənzimləyəcək şeylər əlavə edəcək ”-deyib .

Leyla
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir