Dövrünə öz ətrini və nəfəsini gətirən dövlət xadimi – Akademik Vəli Axundov Moskvada anıldı


Dövrünə öz ətrini və nəfəsini gətirən dövlət xadimi - Akademik Vəli Axundov Moskvada anıldı
Moskva M.İ. Rudomino adına Xarici Ədəbiyyat kitabxanasının geniş və ağzınacan dolu böyük zalı.. Səhnədə “Bir ömrün 100 səhifəsi” adlı portertdən gülümsəyən işıqlı, həlim və çoxlarına tanış sifət.

Tanımayanlar da bir azdan -onun öz dövründən “XXI əsrə baxış”nı- eyni adlı səndəli filmi izləyəndən sonra tanıyacaq- təsirlənmiş halda ayaqüstə alqışlayacaq və hər tədbirdən sonra getməyə tələsməyə adət etdikləri vədişin tam tərsinə olaraq yerlərində kilidlənib qalacaqlar.

Ayaqda alqışladan isə yaşadığı və xalqına yaşatdığı- əhəmiyyətli işlərə imza atan, möhürünü qoyub gedən dövlət xadiminin keçdiyi ictimai-siyasi və şəxsi həyat yoludur.

“Kardlarda göstərilən insanların çoxu indi aramızda yoxdur”- Ramiz Məlikin ürəktitrədən səsi deyir. O səsin ahəngində o ömrün qalibiyyət və həyəcan notlu musiqinin dalğasında zaldakı ürəklərin döyünütüsü də bu harmoniyaya köklənib.

Dövrünə öz ətrini və nəfəsini gətirən dövlət xadimi - Akademik Vəli Axundov Moskvada anıldıQızı Nigar Axundova: Dövrünə öz nəfəsini, oz ətrini hopdurdu.

Səfir Polad Bülbüloğlu: Sərt sovet rəhbərləri arasında ziyalı bir xadim. 1960-70-ci illərdə onunla başlayan və onunla bitən ziyalı dövlət rəhbəri nümunəsi.

Musiqişünas Rauf Fərhadov: Sahib olmaq və mövcud olmaq seçimi arasından ikincini- mövcud olmağı seçən.

Sələfdaşı Arif Ağakişiyev: Mülayim, bir o qədər də kəskin qərarları və qərarlılığı ilə seçilən dövlət xadimi idi.

Bir ictimai-siyasi dövlət xadiminə həsr olunmuş yubiley tədbiri üçün uzun remarka oldu, bəlkə. Amma yaşadığı ömrün o gecəyə sığan xatirəsindən doğanlar ucsuz-bucaqsızdır. Hər kəs qızı Nigar Axundova dediyi kimi, onun dövrunun ətrinə, nəfəsinə bürünmüşdü.

RƏSMİYYƏTDƏN UZAQ RƏSMİ HİSSƏ

Moskvada dövlət xadimi, sovet dövründə 10 il Azərbaycana rəhbərlik etmiş-Azərbaycan Mərkəzi komitəsinin birinci katibi akademik Vəli Axundovun 100 illik yubeliyi və ona həsr olunmuş “Əsrlərin fonundakı portret” kitabının təqdimat mərasimi keçirildi.

Dövrünə öz ətrini və nəfəsini gətirən dövlət xadimi - Akademik Vəli Axundov Moskvada anıldıHeydər Əliyev fondunun Moskva bölməsi və Azərbaycan Mədəniyyət mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə fondun nümayəndəsi Tamella Əhmədova Vəli Axundovun keçdiyi həyat yolu haqqında qısaca məlumat verdi.

O, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə dövlət xadimi Vəli Axundovun 100 ilik yubileyinin qeyd eilməsinə qərar verilməsi və onun dövlət səviyyəsində keçirilməsi böyük şəxsiyyətə diqqət və qayğının nəticəsi olduğunu qeyd etdi. BakIda keçirilən tədbirin Moskvada davam etməsinin qanunauğunluğuna toxunan T.Əhmədova həkim, alim, dövlət xadimi Vəli Axundovu bu şəhərlə onu çox şeylərin bağladığını söylədi.

Azərbaycana rəhbərlik etdiyi illərin çox ağır dövrlərə təsadüf etdiyini deyən fond yetkilisi V.Axundovun 80 illik yubileyində çıxış edən mərhum H. Əliyevin ona yüksək dəyər verdiyini də vurğuladı.

Dövrünə öz ətrini və nəfəsini gətirən dövlət xadimi - Akademik Vəli Axundov Moskvada anıldı Tədbirdə şıxış edən Azərbaycanın Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu Vəli Axundovun dövlət xadimi olmaqla yanaşı həm də həkim olduğuna diqqət çəkərək, onun ailəsinin üzərində xüsusi, şəxsi əməyi olduğundan danışdı.

16 yaşında atası Bülbül vəfat edəndə onu çiynində aparan dövlət xadimin mədəniyyətə, incəsənətə yaxın həssas ruhlu insan olduğunu deyən səfir, sonrakı zamanlarda da onun və anasının üzərindən qayğısını əsirgəmədiyini xüsusilə qeyd etdi.

“Taleyimdə rol oynamış, mənim atamın musiqi sahəsində yarımçıq qoyduğu elmi araşdırmaları davam etdirməyimi istəyən Vəli Axundov ailəsinə yad sayılmaram. Bunu heç zaman unutmadım. Mədəniyyət nazirliyində işləyəndə Nigar xanım Axundovanı yanıma gətirdim. Və 10 il də Rusiyada səfrilikdə bir yerdə olduq”-deyə hər zaman bu ailəyə minnət duyğusunun olduğunu dilə gətirdi.

Dövrünə öz ətrini və nəfəsini gətirən dövlət xadimi - Akademik Vəli Axundov Moskvada anıldıMusiqişünas alim Rauf Fərhadov isə onunla uzaqdan yaxından heç bir əlaqəsi olmayan Vəli Axundov haqqında kitabı vərəqləyəndən, keçdiyi həyat yolu ilə tanış olandan sonra “hər zaman qeyd etdiyim kimi 60-70-ci illər yetişdirdiyi istedadlar- intellektuallar ilə zəngindir. O dövr çox çətinliklərin yaşandığı bir zaman kəsiyini xarakterizə etsə də, öz ilklərinə imza atanların, reforma tərəfdarlarnın dövrüdür. Və ən başlıcası əsl ziyalının işığna dürünmüş dövrdür”-dedi. Ömrünü özgələrini işıqlandırmaq üçün şam kimi yandırlardandır- Vəli Axundov-deyə əlavə etdi.

Vəli Axundovun kadrı olduğunu- onun qərarı ilə 7 il Dağlıq Qarabağın rəhbəri olan Arif Ağakişiyev onun haqqında danışarkən iki bir-birinə zidd məqama diqqət çəkdi.

Dövrünə öz ətrini və nəfəsini gətirən dövlət xadimi - Akademik Vəli Axundov Moskvada anıldıQarabağda o zamanlar da qızışdırılan milli münaqişənin Vəli Axundovun necə kəskin və sərtliklə yerinə qoyduğu 1964-cü ildə 3 günahsız azərbaycanlının yandırılması olayını xatırlatdı.

Və bir də bir qrup orkestr musiqiçilərinin dövlət konserti verdikləri üçün həmin gün furbola gedə bilməyəcəklərindən Vəli Axundovun xəbər tutub öz dövlət maşınında onları oyuna çatdırması hadisəsini yada saldı.

Sonda səhnəyə çıxan rejissor Yavər Rzayevin çəkdiyi sənədli filmdən danışan və filmdə danışan qızı Nigar Axundova atasının aralarında düz 5 il fərq olmaqla anası ilə eyni gündə- avqusutun 22-də 1986-cı ildə həyata göz yumduğunu deyir.

1969-cu ildə səhhəti ilə bağlı Azərbaycan Respublikasının birinici katibliyindən getmək üçün istefa ərizəsi yazan, sovet lideri L.İ. Brejnev tərəfindən təklif edilən Moskvada ali sovetdə yüksək işə yox dedikdə, SSRİ-nin səfiri kimi Belçikaya səfir göndərilməsi təklifindən də imtina edib tibb sahəsinə dönən böyük insan qəbr daşında da sadəcə 1916-1986 yazılmasını istəyib.

Dövrünə öz ətrini və nəfəsini gətirən dövlət xadimi - Akademik Vəli Axundov Moskvada anıldıDöyüş yolundan, tibbdə texniqi tərəqqinin inkişaf etmədiyi və üsrəlik müharibə dövrü və şəraitində bir əsgərin ayağını amputasiya etmədən partlamamış bombanı çıxaran Vəli Axundov doğrudan da ziyalılığı ilə ayrılan, keçmişdən və bu gündən baxanda rəhbər qəlibinə aid olmayan, öz qəlibini formalaşdıran təklərdəndir.

Tünzalə Vəliqızı
Moskva
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir