Yaxın dəqiqələrdə İlham Əliyevin xalqa müraciəti gözlənilir
Bu günün səhəri işğal olunmuş Daqlıq Qarabağ istiqamətində bütün cəbhəboyu erməniərin hücum etməsi və Azərbaycan ordusunun buna cavab olaraq genişmiqyası hərbi əməliyyatlara başlaması xəbəri ilə açıldı. Cəbhədən qaynar xəbərlər gəlməkdə davam edir.

Azərbaycan Respublikası prezidenti, Ali Baş Komandan İlham Əliyev yaxın dəqiqələrdə xalqa müraciət edəcək.
Qondarma  Dağlıq Qarabagda ermənilər hərbi vəziyyət  elan etdi
Rusiyanın TASS agentliyinin verdiyi məlumata istinadən bütün rus media qurumları qondarma sözü yazmağa tənəzzül etmədən Dağlıq Qarabağ hökümətinin hərbi vəziyyət elan etdiyi xəbərini verir.

Azərbaycanda rusdilli təhsil: gerçəklik, yoxsa eyforiya?

Hər bir dövlətin istər siyasi, istərsə də sosial-iqtisadi və strateji gücünün təməlində elm və təhsil sisteminin nə dərəcədə mükəmməl və rəqabət dayanıqlılığı durur. Təbii ki, bu dayanıqlılıq bir tərəfdən təhsilin keyfiyyəti ilə xarakterizə olunursa, digər tərəfdən öz milliliyini, ənənəviliyini qorumaqla ölkəni yad mədəniyyət və ideologiyalardan hifz etməlidir.

Məlumdur ki, yüzillər boyu ölkəmizdə yerli mədəniyyət və elm-təhsil sistemi ilə gəlmə mədəniyyətlər və təhsil institutları arasında ciddi rəqabət olub, nəticə etibarı ilə yerli mədəni dəyərlərimiz və təhsil sistemimiz üstünlüyünü və ənənəviliyin qoruyub saxlayıb. İki yüz illik bir müddətdə Azərbaycanda mövcud olan və öz mövcudluğunu israrla qorumağa çalışan rus təhsil sistemi bu gün də yerli və milli mahiyyətli təhsil sistemimiz ilə açıq rəqabət müstəvisindədir.

Məlumdur ki, zaman-zaman gündəmə gətirilən, Azərbaycanda mövcud olan rus məktəbləri "problemi" son günlər yenidən aktual müzakirə mövzusuna çevrilib. Bu məsələ ilə bağlı cəmiyyətimizdə birmənalı fikir yoxdur. Bir qrup insanlar ölkəmizdə çoxsaylı rus məktəblərinin mövcudluğunu müstəqil dövlətçilik prinsiplərinə zidd hesab edərək bunu milli təhsil sisteminə, ana dilinə, milli məfkurəmizin formalaşmasına ciddi problem və alternativ hesab edir, bu məktəblərin bağlanmasının vacib olduğunu vurğulayırlar. Digər kəsim insanlar isə rus məktəblərinin bağlanacağı təqdirdə təhsil sistemində keyfiyyət səviyyəsinin aşağı düşəcəyini, cəmiyyətimizin dünyaya inteqrasiya baxımından mənfi tendensiyalarla üzləşəcəyini vurğulayaraq bu təşəbbüslərin yolverilməz olduğunu əsaslandırmağa çalışırlar. Hətta bu istiqamətin tərəfdarları bölgədə mövcud olan geosiyasi vəziyyətin dövlətçiliyimizə təhdidlər yaradacağını da qeyd etməkdən çəkinmirlər.

İlk növbədə qeyd edək ki, Azərbaycanda rus məktəblərinin fəaliyyətə başlaması XIX əsrin 30-cu illərinə təsadüf edir. Sovet imperiyası dövründə isə Azərbaycan təhsili çoxəsrlik tarixə malik olan ənənəvi təhsildən məhrum edilib, rus təhsil sistemi əsasında formalaşıb, rusdilli məktəblərin sayı isə daha da çoxalıb.

Müstəqilliyimizin ilk dövrlərində Azərbaycan cəmiyyətində milli şüurun oyanışı, milli-mənəvi dəyərlərə qayıdış, təhsil sisteminin yenidən milli əsaslar üzərində qurulması və inkişafı istiqamətində atılan addımlar, rus təhsil sistemini və rus məktəblərinin perspektivliyini arxa plana keçirdi. Həmçinin, Azərbaycan təhsil sisteminin qərbyönümlü istiqamətdə inkişaf meylləri və yeni təhsil çalarlarının meydana gəlməsi sovet təhsil sistemindən imtinanı daha da sürətləndirdi.

Müasir şəraitdə istər qərb, istərsə də ənənəvi rus təhsil siteminin müsbət dəyərlərindən bəhrələnərək milli təhsil sistemini inkişaf etdirməyə çalışan cəmiyyətimiz üçün ölkəmizdə mövcud olan əcnəbi, xüsusilə də rus məktəblərinin təhsil sistemində neqativ və ya pozitiv rol oynaması öz aktuallığını saxlamaqdadır.

Məlumdur ki, dünyada mövcud olan müstəqil dövlətlərdə əsas təhsil sistemi aparıcı etnosun milli təhsil dəyərləri əsasında formalaşır və tədris prosesi bu etnosun rəsmi dövlət dilində həyata keçirilir. Bu dövlətlərdə yaşayan milli azlıqlara isə öz dillərində təhsil almaq üçün hüquqi əsaslarla təsbit olunmuş təhsil imkanları yaradılır. Mövcud dünya standartlarına uyğun olaraq Azərbaycanda da təhsil sistemi və təhsil prosesi bu meyarlar əsasında fəaliyyət göstərməkdədir. Ölkəmizdə təhsil sistemi ənənəvi milli dəyərələr üzərində qurulmuş, milli azlıqlara isə Konstitusiyamızda təsbit olunmuş təhsil hüququndan istifadə edərək təhsil alma imkanları yaradılmışdır. Bu siyasi və hüquqi təsbitləri mövcud statistik rəqəmlərlə əsaslandırmağa çalışaq.

İlk növbədə qeyd edək ki, Azərbaycanda mövcud olan təhsil sistemi haqqında geniş şəkildə təhlil aparmaq üçün müvafiq dövlət qurumlarının açıqladığı statistik rəqəmlər olduqca məhdud və yetərsizdir. Buna baxmayaraq, təhsil qurumlarının nümayəndələrinin mətbuata verdiyi rəsmi açıqlamalar, müstəqil təhsil ekspertlərinin apardığı təhlillər, KİV vasitəsilə əldə edilən rəsmi qaynaqlı məlumatlar əsasında ümumi mənzərəni canlandırmaq mümkündür.

2019-2020-ci il rəsmi məlumatlarına görə, Azərbaycanda cəmi 4443 sayda orta məktəb (bəzi məlumatlara görə isə 4472) vardır. Respublika üzrə 314 məktəbdə tədris Azərbaycan və rus dillərində, 1 məktəbdə isə Azərbaycan, rus və gürcü dilində aparılır. Bundan əlavə, respublika üzrə tədrisi yalnız rus dilində olan 15 ümumtəhsil məktəbi fəaliyyət göstərməkdədir. Ümumilikdə Azərbaycanda Bakı şəhəri də daxil olmaqla 340 məktəbdə rus dilində tədris aparılır. Ümumilikdə bu məktəblərdə 95-100 min şagird rus dilində təhsil alır.

Məlumdur ki, Azərbaycnda 120 min nəfər rus mənşəli vətəndaş yaşayır. Nəzərə alsaq ki, ölkəmizdə 10 milyondan bir az artıq əhali mövcuddur, ümumtəhsil məktəblərinin say dinamikasına görə rus mənşəli vətəndaşlarımızın təhsil hüququnun tamamilə təmin olunması üçün 44-50 rus məktəbi yetərlidir. Həmçinin, azərbaycanlı vətəndaşlarımızın müəyyən hissəsi rus təhsilli olduğu üçün onların övladlarının təhsil hüququnun təmin olunması da olduqca vacib məsələlərdən biridir. Çünki Respublikamızın Ali Qanununa görə hansı dildə danışmasından asılı olmayaraq bütün şəxslər təhsil hüququ ilə təmin olunmalıdırlar. Bu meyardan çıxış edərək, rusdilli vətəndaşlarımızın təsil alma imkanlarını məhdudlaşdırmaq yolverilməz və qanundan kənar haldır.

Diqqətə alanda ki, Azərbaycanda təqribən 350-400 min əslən azərbaycanlı, ancaq rusdilli olan vətəndaş var və onların övladlarının təhsil hüququnu təmin etmək üçün orta məktəblərin ümumi say dinamikasına görə bölgü aparsaq, 150 rus məktəbinin yetərli olduğu qənaətinə gəlmək mümkündür. Ümumilikdə ölkədə rus mənşəli və rus təhsilli azərbaycanlı ailələrin övladlarının rus dilində təhsil alması üçün 200 rus məktəbinin fəaliyyəti yetərlidir.

Mövcud statistik rəqəmlərə baxdığımızda ölkəmizdə fəaliyyət göstərən rus məktəblərinin sayı mövcud rusdilli əhalinin tələbatından ən azı 140 məktəb artıqdır. Məlumdur ki, bu məktəblərin şagirdlərlə təmin olunması Azərbaycan təhsilli ailələrin övladları hesabına həyata keçirilir.

Azərbaycan cəmiyyətində formalaşan ümumi fikrə görə, rus məktəblərində təhsilin keyfiyyəti, ümumi mədəni dünyagörüşü Azərbaycan məktəblərindən üstündür. Bu amil Azərbaycan təhsilli ailələrin öz övladlarını rus məktəblərində oxumağa stimullaşdıran amillər kimi dəyərləndirilə bilər. Bu fikrin nə dərəcədə doğru və ya yanlış olduğunu dəqiqləşdirmək üçün statistik rəqəmlərə müraciət edək.

Dövlət İmtahan Mərkəzinin 2020-ci il qəbul prosesinin yekunları ilə bağlı açıqladığı ilkin nəticələrə görə, bu il ali məktəblərə qəbul üçün I-IV qruplar üzrə sənəd verən 71224 abituriyentin 65194-ü Azərbaycan, 6030-u isə rus məktəblərinin məzunları olub. Rus məktəblərini bitirən məzunlardan I qrup üzrə sənəd verən 2479 abituriyentdən 200 keçid balından yuxarı nəticə göstərən məzunların sayı 908 nəfərdir (36,6 faiz). II qrup üzrə, 1343 abituriyentdən 600 nəfər (44,7 faiz), III qrup üzrə 1561 abituriyentdən 853 (54, 7 faiz), IV qrup üzrə 642 abituriyentdən 372 nəfər (58 faiz) keçid balı toplayaraq Ali məktəblərə qəbul olmaq üçün imkan əldə etmişlər. Analoji olaraq bu nəticə Azərbaycan bölmələrində - I qrup üzrə 27750 abituriyentdən 9435 (34 faiz), II qrup üzrə 13773 abituriyentdən 5769 (41,9 faiz), III qrup üzrə 20604 abituriyentdən 12560 (60,9 faiz), IV qrup üzrə 4410 abituriyentdən 3269 (74, 1 faiz) nəfər şəklində olub.

Ümumilikdə isə qəbul prosesində azərbaycan bölməsində 65194 abituriyentdən 31033-ü (47,6 faiz) ali məktəblərdə tələbə adını qazanmaq imkanı əldə etdiyi halda, rus bölməsində bu rəqəm 6030 məzundan 2733 (45,3 faiz) nəfərin tələbə adına layiq olduğunu göstərir.

Bu statistik rəqəmlərə baxdığımızda rus bölməsini bitirən məzunların Azərbaycan bölməsini bitirən məzunlardan daha üstün təhsilli olması fikri özünü doğrultmur.

Rus məktəblərində təhsil keyfiyyətinin Azərbaycan bölmələrindən üstünlüyünü digər statistik məlumatlar da təsdiq etmir. Belə ki, bu il 200 baldan yuxarı keçid balı toplayan abituriyentlərdən 600 ballıq şkalanı keçənlərin sayı Azərbaycan bölməsi üzrə 1644 nəfər (5,3 faiz) olduğu halda, rus bölməsində bu say cəmi 133 nəfər (4,9 faiz) olub.

Qeyd edilən bu statistik rəqəmlər onu göstərir ki, rus bölmələrində təhsilin keyfiyyətinin daha da yüksək olması ilə bağlı cəmiyyət arasında mövcud olan eyforiya öz təsdiqini tapmır. Yəni ümumilikdə hər il təqribən rus dilində təhsil alan 6030 nəfər məzundan 2733 nəfəri (45,3 faiz) ali məktəblərə qəbul şansı qazansa da, lakin 3297 nəfər (54,7 faiz) bu imkandan məhrum olaraq sadəcə rus dilini bilən sıravi topluma çevrilir. Beləliklə, bu şəxslər uzun illər boyu ali təhsilli rus "intelligenti" olmaq arzusunu gerçəyə çevirmək imkanından məhrum olurlar. Sadəcə 11 illik rus təhsili prosesində ən yaxşı halda rus dilini öyrənməklə kifayətlənirlər.

Digər tərəfdən ümumi statistik rəqəmlərdən məlum olur ki, hər il Ali məktəblərin eyni ixtisasına Azərbaycan bölməsinin məzunlarından tələb olunan qəbul balları, rus bölməsi abituriyentlərindən tələb olunan ballardan nəzərəçarpacaq dərəcədə yüksəkdir. (Məsələn, BDU hüquq ixtisasında ödənişli əsaslarla Azərbaycan bölməsinin abituriyentləri üçün keçid balı 568 olduğu halda, rus bölməsi üçün 494-ə bərabərdir və s.) Bu isə bütün tələbələrin bərabər şəkildə təhsil almaq hüququna və ədalətlilik prinsipinə kölgə salır. Digər tərəfdən bu fakt azərbaycan təhsilli ailələrin öz övladlarını kütləvi şəkildə rus məktəblərində oxutdurmaq həvəsini stimullaşdırır.

Yuxarıda qeyd olunan statistik rəqəmlərin verdiyi məlumatlar əsasında aparılan təhlildən bu qənaətə gəlmək olar ki, mövcud problemi, rus məktəblərinin tamamilə bağlanması və yaxud onların sayının artırılması ilə həll etmək mümkün deyildir.

Bu problemi həll etmək üçün ölkəmizdəki rus məktəblərinin sayını, Azərbaycan vətəndaşları olan rus mənşəli əhali və rus təhsilli azərbaycanlı ailələrin ümumi sayına uyğun olaraq müəyyən etmək lazımdır. Həmçinin, təhsilimizin inkişafında ciddi keyfiyyət dəyişikliyinə səbəb olmayan və Azərbaycan təhsilli ailələrin övladları hesabına fəaliyyət göstərən əlavə rus məktəblərinə isə qadağa qoyulmalı və yaxud növbəti illərdən bu məktəblərin sayı nəzərəçarpacaq dərəcədə azaldılmalıdır.

Mübariz AĞALARLI
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent
Navalniyı zəhərlədiər,  ya zəhərləndi

Alkesey Navalniyla eyni təyyarədə uçan tomsklu Djey Pavel Lebedev bloggerin zəhərlənməsi ilə bağlı foto və video paylaşıb. O bu kadrları öz instagram səhifəsinə yerləşdirib.
Lebedev Navalniyin Tomsk aeroportunda kafe içəndən sonra təyyarəyə getdiyini videoya çəkib. “Tomskdan Moskvaya Aleksey Navalniyla eyni təyyarədə uçurduq. Uçuş başlananda o tualetə getdi və geri dönmədi. Özünü pis hiss edirdi. Onu güclə özünə gətiməyə çalışdılar”-deyə yazıb. Lebedev.

Videogörüntüdə Navalniy ağrıdan qışqırır və həkim ona yaxınlaşır.

Navalnıy Tomskdan Moskvaya uçarkən özünü pis hiss edib. Təyyarə təcili Omsk aeroportunda enməli olub. Navalniyin mətbuat katibi Kira Yarmışın rəyinə görə bloggeri zəhərləmiş ola bilərlər. O ehtimal edib ki, içdiyi çaya toksin qatılıb. Bununla yanaşı jurnalist Yuliya Vityazovanın fikrincə, Navalniyin zəhərlənməsi yalniz onun kuratoruna faydalı ola bilər.

“Hazırkı zaman üçün bu boş güllə ola bilərdi”-deyəo, yazıb. Vityazovanın sözlərinə görə bloggerin xəstəxanaya yerləşdirilməsi özünə diqqət çəkmək üçündür və həmçinin sağlamlığında real problem də ola bilər.

Xəbərlərdə o da bildirilir ki, Omsk xəstəxanasına yerləşdirilən Navalniyin huşu özündə deyil. Onun ağ ciyərlərini süni ventilyasiya aparatına qoşulub.

Yenises.ru
"BİZƏ KRAL LAZIM DEYİL" -DEYƏN LOTU QULİ  QƏTLƏ YETİRİLDİ

Türkiyə mediyasının verdiyi məlumata görə Lotu Quli ləqəbli Nadir Əslifov avqustun 20-si gecəyarısı Antaliydakı restoranların birində birlikdə yemək yediyi adam tərəfindən güllələnib.

Türkiyə hüquq mühafizə orqanları əməkdaşlarını versiyasına görə Xan Əhmədlinskiy ləqəbli onu kriminal avtoritet Elmar Vəliyevin qətlə yetirdiyi bildirilir.

“Avqustun 20-də gecə yarısı Nadir Səlifov- Lotu Quli tapançadan açılan 4 güllə ilə vurulub. Onu təcili yardımla xəstəxanaya çatdırsalar da, reanimasiyda başından aldığı yara ğldürücü olduğundan həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə KİV-də yer alan xəbərlərə görə qətli törədən şəxs hadisə yerindən qaçmağa müvəffəq olsa da, türk polisləri tərəfindən Antaliya –Dənizli şossesində saxlanılıb.

Qeyd edək ki, bu N.Salifova qarşı dəfələrlə sui-qəsd hazırlanıb. Elə bu ilin fevralında İstanbul polisi Quram Çixladzenin rəhbərliyi ilə onu öldürmək istəyən 17 nəfərlik qrupu həbs etmişdi.

Rusiya KİV-nin məlumatında isə Azərbaycanda 22 il həbsdən sonra Nadir Səlifovun 2017-ci ilin payızında azadlığa buraxıldığı yazılır. Elə oradan birbaşa Türkiyəyə gəlib. Hələ həbsdə yatdığı zaman Rusiyanın bütün tərəvəz bazarının rəhbərliyini ələ keçirib və milyard dollar qazanıb. Ən birinci ona haqq verən ticarətçilər isə Sverdlovsk vilayəti olub, sonra o, Sibir və Rusiyanın cənubunu nəzarətə götürüb.

Quli postsovet məkanında 1 nömrəli “qanuni oğru” yerinə namizəd idi və 2018-ci ilin avqustunda Lujnikidə keçirilən seçkilərdə 54 yaşlı Şişkan ləqəbli Oleq Şişkanovun (o həm də Oleq Ramenskiydi) 1 nömrəli qanuni oğru olmasını qəbul etməmişdi. O zaman “bütün şeflərin şefi” seçilən Şişkan haqqında “Bizə kral lazım deyil”-deyə bəyan etmişdi.

Yenises.ru

“Sevilya” futbolçuları “Avropa Liqa”sı seriyasında “Manşester Yunayted” konamdasını 2:1 hesabı ilə məğlub edərək finala çıxıb. Oyun dünən- avqustun 17-də Almaniyanın Köln şəhərində keçirilib. Oyun ispan komnadasının qələbəsi ilə başa çatıb.

Avropa Liqasının final mərhələsinə keçmək üçün keçirilən qarşıdurmada “Mançester Yunayted” komnadasının oyunçusu Brunu Fernandeşin 11 mertlik cərimə zərbsindən vurduğu bir topa “Sevilya” oyunçuları Suso və Lyuka de Yonqa iki sərrast qolla cavab veriblər.

Beləliklə “Sevilya” finala vəsiqə qazanıb.

Yenises.ru


Mişustin jurnalistlərini koronavirusa yoluxdurub?
Rusiya höküməti jurnalistlərinin bir neçəsinin koronavirusa yoluxmasından şübhələnirlər. Bu haqda “İzvestiya” qəzetinə hökümətin mətbuat xidmətindən xəbər veriblər.
Ölkəni 26 illik vəhşətdə saxlayan Lukaşenko istefa verməlidir!
Belorusiyada prezident seçkiləri zamanı saxlanılanlar dərhal buraxılsın! Lukaşenko istefa versin! Bu tələbi Belorusiya prezidentliyinə namizəd Tixonovskayanın xələfi Mariya Kolesnikova səsləndirib. O, etiraz aksiyasından sonra saxlanılanların sayı haqqında da məlumat verib. Bu haqda TASS agentliyinin müxbirinə danışıb.

Kolesnikovanın bildirdiyinə görə 4 mindən çox vətəndaş hələ də nəzarətxanada saxlanılır. O, prezident seçkilərinə qədər tutulanlar da daxil olmaqla, siyasi məhbusların dərhal azad olunmasını tələb edib.

Bir müddət əvvəl Kolesnikova hazırkı prezident Lukaşenkonun istefa verməsi tələbi ilə çıxış etmişdi. “26 illik vəhşətə son verilməlidir, o, ölkəni təcavüzdə boğub. Bu belə davam etməməlidir”-deyə bildirib.

Avqustun 13-də axşam Minskdə müvvəqqəti tədricxanada saxlanılanları azad etməyə başlamışdılar. Buraxılanlar güc strukturu nümayəndələrinin onları döyməsi nəticəsində bədənlərində olan çoxsaylı zədələri göstəriblər.

Xatırladaq ki, Belorusiyada artıq bir həftədən artıqdır ki, kütləvi etiraz aksiyaları keçirilir. Və OMON-la qarşıdurma davam edir. Onlar prezident seçkiləri zamanı Aleksandr Lukaşenko tərəfindən çağırılıb. Seçkilərdə Lukaşenko 80 faiz səs topalyıb.

Yenises.ru

Abbas Abbasovdan açıqlama - Eksklüziv
"Abbas Ababsovun həbs olunması xəbəri"nin yayılması ilə bağlı Abbas Abbasov danışdı.

Saytımza yaxınlarından aldığımız məlumatla kifayətlənməyib bir də bu xəbərə münasibəti Abbas Abbasovun özündən öyrənmək istədik.

Abbas müəllim bizimlə telefon əlaqəsində haqqında çıxan bu növbəti şaiyənin ona qarşı təxribat olduğunu dilə gətirdi.

“Mən artıq uzun illərdir nə aktiv, nə də passiv şəkildə siyasətlə məşğul olmuram. 72 yaşında 9 nəvənin babasıyam. Və bu çıxan xoşəgəlməz xəbərlər təbii ki, məni, ailəmi narahat edir. Heç bir əsası olmayan bu tipli xəbərlər suyu bulandırmaqdır”-deyə Abbas Ababsov bildirdi.

Abbas Abbasov onu da qeyd etdi ki, heç bir şeyə qarışmır, ailəsi, nəvələri ilə tədaüdçü həyatını yaşayır. “Adımı belə yalan –böhtan xəbərlərlə hallandıranlar da kimə və nəyə xidmət edir, onu bilmirəm”-bunları da xüsusilə vurğuladı.

Tünzalə Vəliqızı,
Moskva
15.08.2020



Abbas Abbasovun həbs olması xəbəri...  Eksklüziv
Gerçəkdir, yoxsa ehtimal... Eldar Həsənovun tutulması xəbərindən sonra gündəmə bir də Abbas Abbasovun həbsi xəbəri düşdü.

Bəzi Azərbaycan mediya qurumlarına istinadən xəbər ağızdan-ağıza gəzərək hər kəsin diqqətini çəkdi.

Moskvada yaşadığımı nəzərə alaraq dünyanın bir çox ölkələrindən mənə zəng edərək bu xəbərin doğru və ya yanlış olması barədə bir məlumatın olub-olmadığını soruşdular.

Abbas Abbasovun yaxınlarının verdiyi açıqlamaya görə onun həbs olması xəbəri təxribat xarakteri daşıyır.

“Abbas Abbasov həbs olunmayıb. Bu tipli xəbərlər vaxtaşırı mətbuatda ( "bilərərkdən və ya bilməyərəkdənmi" onu da yayanlar bilir) yayılır və növbəti feykdir”.

Saytımıza açıqlamasında Abbas Abbasovun yaxını belə söylədi.

Xatırladaq ki, bəzi saytlarda yer alan xəbər sonradan qaldırılıb.

YENİSES.RU

İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib
"Qarabag Azərbaycanındır", "Şəhidlər ölməz, Vətən bölünməz", "Ermənistan təcavuzunə son" şüarları ilə İsraildə "Azərbaycan Evi " aksiya keçirib. Bu haqda tanınmış siyasi analitik Arye Qut Facebook səhifəsində məlumat verib.

Ermənistan təcavüzü pislənən aksiyada - Xocalı soyqırımını törədənlərin bu vəhşiliyinin cavabsız qalmasının nəticəsidir ki, onlar hələ də işğalçı siyasətlərini davam etdirməkdən çəkinmirlər. Dünya da bu haqsızlığa qarşı susur. Bizsə susmayacağıq. Hər kəsin duyması üçün haq səsimizi ucaldacağıq."-mesajı verilib.


Arye Qut yazıb ki, İsraildə yaşayan Azərbaycan əsilli soydaşlarımız Ermənistanın işğalıçı siyasətinə son qoyulması, onların cəzalandırılması tələbi ilə çıxış ediiblər. İsraildəki "Azərbaycan Evinin" təşkil etdiyi etiraz aksiyasında 500-600 nəfərə qədər adamın iştirak etdiyi bildirilir.


Arye Qutun paylaşımından sətirlər:

" Azərbaycan və İsrail dövlət bayraqlarının, Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini kəskin şəkildə pisləyiblər.

Çıxış edənlər Qarabağın Azərbaycan torpağı olduğunu bir daha bəyan edərək, Israil hökumətindən və dünya birliyindən Xocalı kimi dəhşətli soyqırımı törədən Ermənistanın ciddi şəkildə cəzalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb ediblər."

Arye Qur iştirak etdiyi təbdirdən şəkillər də paylaşıb.

YENİSES.RU

İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib
İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib
İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib
İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib
İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib
İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib
İsraildə  "Azərbaycana dəstək"  aksiyası keçirilib


Kasıb balalarının əsgər çiynində dayanır bu dövlət !!!

YENİSES.RU

Avropa və Amerikada başlanan erməni təxribatının Moskva davamı
Siyasi müstəvidən küçə savaşına...

Restoranlar bağlandı-bir günlük

Moskva şəhər DİN cənub-şərq dairəsində toplanan yığıncaqda belə qərara alındı.

Nə baş verdi? Keçən günlərdə ermənilərlə-azırbaycanlıalr arasıdna artıq siyasi-səfirliklər qarşısında etiraz nümayiişlər ilə kifayətlənməyib onu küçə savaşında davamının sıçrayışları Rusiyanı alovlandırdı.
Elşən Qəni - 55  - Olduğu kimi görünən adam...

Tanınmış jurnalist, yazıçı-ssenarist
Elşən Qəniyevin 55 yaşına dost sözü

… Deyirlər, hər bir insan həyatda öz taleyini yaşayır. Zaman isə hər kəsə qiymət verməyi bacaran müəllim rolunda çıxış edir. Xoşbəxt o insandı ki, zamanın süzgəcindən keçir, işlədiyi hər yerdə xoş təəssürat yaradır, insanların sevgisini qazanır, sədaqətli dostluğu və öz sahəsində peşəkarlığı ilə seçilir, müəyyən iz qoyur. Tanınmış jurnalist, qələm dostumuz, yazıçı-publisist, ssenarist Elşən Qəniyev (Elşən Qəni) də məhz belə yaradıcı insanlarımızdandır.

Bu böyük qəlbli peşəkar qələm adamının və eyni zamanda, fədakar insanın imzası ilə tanışlığım tələbəlik illərindən – BDU-nin tələbəsi olduğumuz 1983-cü ildən başlanır.

****

Elşən mənim üçün çox dogma, əziz bir insandı. Ona görə yox ki, həmkarıq, ikimiz də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişik, eyni azman müəllimlərdən həyat və peşə dərsləri almışıq, uzun illərdi eyni sahədə işləyirik, xoş gündə, çətin məqamda hər zaman bir-birimizə arxa-dayağıq. Yox, təkcə bu deyil...
Elşən 55 il əvvəl Ucar rayonunun Qazyan kəndində ziyalı, nurlu bir ailədə dünyaya gəlib. Ucar... İsmayıllı... Ulu Şirvanın hər iki məkanı hamımız üçün Azərbaycanın bir parçası kimi doğmadı, əzizdi. Amma bizim üçün ikiqat doğma, ürəyimizdə məxsusi yeri olan şəhərlərdir. Doğulduğumuz yurd yeri kimi ruhən bağlandığımız bu rayonlar bizim üçün müqəddəsdi, fərqli bir məkandı. Spesifik evləri, dalanları, küçələri, məhəllələri, məscidləri, təbiət guşələri hər an gözlərimizin önündədir. Allah adamı olan, hədsiz dərəcədə saf, ürəyigeniş, mehriban, yanımcıl sakinlərinin də sözlə ifadə olunmayacaq dərəcədə yeri var ürəyimizdə...
***
Elşən Qəninin tərcümeyi-halından:

1982-ci ildə Qazyan kəndindəki Nizami adına kolxozda kolxozçu kimi ilk əmək fəaliyyətinə başlayıb. 1983-cü ildə o zamankı Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə (qiyabi) daxil olub. 1984-1986-cı illərdə Rusiyanın Çita vilayətində Sovet ordusu sıralarında xidmət edib. Orduda nümunəvi xidmətinə görə o zamankı SSRİ-nin Müdafiə Nazirliyi tərəfindən “Əla hərbi inşaatçı” döş nişanı, qiymətli hədiyyələr, eləcə də ÜİLKGİ MK-nın laureatı adına layiq görülüb. 1986-cı ildə Sovet ordusundan tərxis olunduqdan sonra Ucar rayonunun “Nizami” kolxozunda komsomol komitəsinin katibi işləyib.

E.Qəni 1987-ci ilin oktyabr ayından 1991-ci ilin avqust ayına kimi Ucar rayonunda çıxan “Yeni söz” qəzetində Yerli radio verilişlərinin diktoru, Teletaypçı müxbir, kiçik ədəbi işçi, ədəbi işçi, müxbir və kənd təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışıb. O, daha sonra 1991-ci ilin avqust ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının orqanı olan “Ülfət” qəzetinə işə dəvət olunub və 1992-ci ilin avqust ayına kimi orada müxbir vəzifəsində işləyib.

Elşən Qəni 1992-ci ilin avqust ayından 1994-cü ilin fevralına kimi Ucar rayon İcra Hakimiyyəti başçısının köməkçisi və müavini vəzifələrində çalışıb. 1994-cü ildən 2000-ci ilə kimi təsərrüfat fəaliyyəti ilə məşğul olub. “Rəmzi” Kəndli fermer təsərrüfatının və “Rəmzi İstehsalat ticarət firması”nın təsisçisi və direktoru olub.

2000-ci ildən 2003-cü ilə kimi ”Şirvanın səsi” MMC-ni təsis etməklə, eyni adlı regional qəzetin baş redaktoru vəzifələrində çalışıb.

2003-cü ildən 2010-cu ilə kimi Rusiya Federasiyasının Moskva şəhərində yaşamaqla biznes fəaliyyəti ilə məşğul olub.

E. Qəni 2010-cu ildən 2014-cü ilə kimi Bakı şəhərində yaşamaqla təsisçisi və baş redaktoru olduğu “Demokrat” qəzetində çalışıb.

2014-cü ildən müstəqil jurnalist kimi fəaliyyət göstərir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ailəlidir, Rəmzi və Türkay adlı iki övladı var.

***

Hər dəfə Elşənlə həmsöhbət olanda böyük Mövlananın bir məşhur düsturunu xatırlayıram: Comərdlikdə “axar su”, əsəbdə “ölü”, təvazökarlıqda “torpaq”, ünsiyyətdə “dəniz” kimi ol, və nəhayət, “ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Elşən “olduğu kimi görünən, göründüyü kimi olan adam”dır. Olduqca təmkinli, az danışıb çox iş görən və öz işini sevə-sevə görən Elşən təmənnasız, iddiasız, halal, sadə, zəhmətkeş bir jurnalist ömrü yaşayıb və yaşayır. Çox uzun olsun bu ömür...
Həyatda Elşən kimi qaynar, ünsiyyətcil insanlara çox az rast gəlmişəm, o, ilk dəfə gördüyü adamla ilk ünsiyyətdcə dostlaşa bilir, bir az sonra isə uzun illərin dostları kimi ayrılırlar və bu görüş heç zaman unudulmur. Şirin danışığı, duzlu, məzəli söhbətləri ilə hamıda özünə qarşı rəğbət hissi oyada bilir. Onun güclü yaddaşına isə ancaq həsəd aparmaq olar. Hərdən 30 -35 il əvvəllərdə olmuş hadisələrdən, birgə görüşlərdən bəhs edəndə elə xırda detalları xatırlayır ki, adam onda olan dəmir yaddaşa heyrət edir.

55 yaş isə... Deyəsən, çox tez gəldi. Neyləməli, artıq vaxtla, zamanla ayaqlaşmaq olmur, vaxt yel qanadlıdı, “uçur”, bizə ancaq onun arxasınca baxmaq qalır. Amma 55-i yola salmaq, şübhəsiz ki, çox xoşdur Elşən üçün. Çünki illəri havayı xərcləməyib. Qazandığı mövqe və hörmət, “olduğu kimi görünən, göründüyü kimi olan adam” kimi tanınıb qəbul edilməsi, gözəl ailəsi, övladları, ... Ən vacib olanı bax, budur, məncə...

***

Elşən Qəni olduqca səliqə-sahmanlı, səbrli, təmkinli, tədbirlidir. Vəzifədə işlədiyi dövrlədə doğulduğu bölgəni, adamları yetərincə tanıyıb, hər kəslə “öz dili”ndə, səviyyəsində danışıb. İstər ucqar kənddə sadə zəhmət adamı, yaxud yaylaqda çoban olsun, istərsə də rayon mərkəzində, şəhərdə müəllim, qulluq, vəzifə sahibi olsun, fərqi yoxdu, hamısı ilə ünsiyyət, işgüzar münasibət yarada bilib. Elşən tələbkar olduğu qədər də qayğıkeş və diqqətcil olub. Yüksək mədəniyyəti, mərifəti, insani keyfiyyətləri adamlarda xoş ovqat yaradıb. Həmişə kabinetinin qapısı onların üzünə açıq olub. Özü də tez-tez yerlərə gedib, camaatın dərd-sərinə qalıb, irili-xırdalı problemlərinin həllinə çalışıb, köməyini əsirgəməyib.

Xoşuma gələn xüsusi bir cəhəti ilə də xatirimdə qalıb Elşən Qəni – bu da onun maaarifçilik fəaliyyəti, maarifçilik missiyasıdır! Maarifçiliyinin məqsədi isə xalqa təmənnasız xidmət etməkdir.

Heç şübhəsiz, Elşən Qəninin yaradıcılıq fəaliyyəti daha böyük söhbətin mövzusudu. Ancaq 55 ilin hesabatında az da olsa, bəhs etmək pis olmaz məncə...
Yaşadığı illərdə bir sıra mətbuat orqanlarında “Azadlıq hökmü” adlı povesti, “İki tale” hekayəsi, onlarca publisistik məqalələri dərc olunub. “Ağarəhim yaradıcılığının özəllikləri” adlı monoqrafiyası çap olunub.

Yazıçı-ssenarist Elşən Qəni həmçinin “Xalqa həsr olunmuş ömür” (2016-cı il), “Səngərdə açılan səhər” (2017-ci il), “Ruhum sözümdür” (2017-ci il), “Qəhrəman Tərtər” (2018-ci il), ”Zirvəyə doğru” (2018-ci il), “Sumqayıt-Xəyalların gerçəkləşdiyi şəhər” (2018-ci il), “Zirvədən zirvəyə” (2018-ci il), “Qələbəyə gedən yol-Müsüslü döyüşləri” (2018-ci il), ”Vətən üçün yaşanmış ömür” (2019-cu il) sənədli filmlərinin müəllifidir.

Bütün bu əziyyətlərinin, yuxusuz gecələrinin nəticəsi kimi, mətbuatda çoxillik səmərəli fəaliyyətinə görə 2012-ci ildə Azərbaycan jurnalistlərinin “Qızıl qələm” mükafatı laureatı adına layiq görülüb.
***

Yazıçı-ssenarist Elşən Qəninin 55 illik yubileyi ilə bağlı, onun şəxsiyyəti, publisistik fəaliyyəti və bədii yaradıçılığı haqqında danışmaq ürəkaçandır. Elşənin yaradıcılıq spektri o qədər geniş və çoxşaxəlidir ki, onu xarakterizə etmək üçün təkcə ədəbiyyatşünas olmaq azdır, mənə elə gəlir ki, digər sahələri də bilmək gərəkdir. Sirr deyil ki, Elşən bəzi həmkarlarından fərqli olaraq, sözün həqiqi mənasında, cəmiyyətdə geniş tanınan, sevilən və hörmət bəslənilən ziyalıdır. O, jurnalist kimi də nüfuz qazanıb, publisist kimi də qəlblərə yol tapıb, ssenarist kimi də vaxtilə çəkdiyi filmlərdən tamaşaçıların sevimlisinə çevrilib, nəhayət, yetkin vətəndaş kimi də özünü təsdiqləyib və s. Hesab edirəm ki, çoxsahəli yaradıcılıq istiqamətlərində peşəkarlıq nümayiş etdirməyin kökündə iki vacib şərt dayanır: İstedad və zəhmət. Əgər bunlar olmasa, yaradıcı insan məqsədinə çata bilməz. Elşən Qəninin xoşbəxtliyi və uğurlarının səbəbi ondadı ki, ona Allah tərəfindən istedad bəxş edilib. Nəzərə alsaq ki, Elşən istedadı zəhmətdən güc alır, bu zaman onun uğurlarının səbəbi bizim üçün tam açıqlanar…

***

Saçlarımın rəngindədi gödəkçəm,
yarı bozdu, yarı qara, yarı ağ.
Təbiət öz saydığını sayacaq.
bir ömrün fəsilləri qarışmış, -
Yarı yazdı, yarı payız, yarı qış.


Uzaqdımı, yaxındımı mənzilim,
mən dağ qalxdım dağı aşan kimiyəm.
Dünya gördüm, dünyalaşan kimiyəm;
bələd oldum hər üzünə həyatın,
Gecəsinə, gündüzünə həyatın.


Bir az möhlət istəyirəm ömürdən,
nə qədər ki, bu dünyada biz varıq,
bu dünyanı yaşadarıq, yaşarıq, -
sən olarsan, mən olaram – ikimiz.
Həyat şirin, dünya gözəl, sən əziz...


İstər lirik, istərsə də epik səpkili əsərlərində həyat həqiqətlərini yüksək bədii həqiqət səviyyəsinə qaldırmağa qadir olan qüdrətli sənətkarımız Nəriman Həsənzadə bu gözəl şeirə müəlliflik edəndə elə bil dostumuz Elşən Qənini nəzərdə tutub. Çünki Elşənin sinəsində həmişə azərbaycanlı ürəyi döyünür…

İnsan Allahın ona bəxş etdiyi ömrü şərəflə yaşamaq üçün bu dünyaya gəlib və bu şərəfi daşımaq insanın adi borclarından biridir. Həmçinin, insanın içində daim bir ölməzlik arzusu, əbədilik istəyi də var. Həyatda həm şərəflə yaşamaq, həm də ölməzlik qazanmaq səlahiyyəti isə sənət adamlarının, sənətkarların çiyninə düşən yaradıcılıq yüküdür... Elşən Qəni bu yükü çiynində şərəflə, ləyaqətlə və bacarıqla daşıyan ziyalılarımızdandır.

Hərdən adama elə gəlir ki, “insanı ölümsüzliy”ə qovuşduran “dirilik suyu” elə sənətin bulağından axan büllur, saf, bütün könüllərin yanğısını söndürən “dirilik suyudur...” Və belə bir “dirilik suyu” bulağı Elşən Qəninin çoxsahəli yaradıcılığı ilə sevdalanan könül bulağından 55 ildir ki, axmaqda, çağlamaqdadır...

Kim nə düşünür-düşünsün, yaradıcılıq, düşüncə, jurnalistin – yaradıcı insanın həyatından, tərcümeyi-halindan keçən işıqlı, nurlu bir yoldur. Elşən Qəninin yazıçı-jurnalist şəxsiyyətində sözə sahib çıxan kəslərin işığı, nuru var. Əsrlər boyu böyük şəxsiyyətlərdən, ustad sənətkarlardan, həmyaşıdlarından, qələm dostlarının hərəsindən bir zərrə qopub onun yaradıcılıq şəxsiyyətinə hopan bir işıq. Bir nur...Və bu, hər kəsə nəsib olmur.

Belə baxanda, onun bir insan və jurnalist kimi həyatını nəzərdən keçirəndə Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elşən Qəninin çox xoşbəxt bir jurnalist olduğunu görürük.

Bəli, çoxlarına nəsib olmayan şərəfli bir ömür yaşayır Elşən Qəni…

Bu gün hörmətli dostum, qardaşım Elşən Qəni yaradıcılığının ən gözəl çağlarını yaşayır. Yaşı 55-ə çatsa da, ürəyi hələ ki, cavandır. Yaşamaq eşqi, yazıb-yaratmaq əzmi aşıb-daşır. Onun yaradıcılığı yuxarıda qeyd etdiyim kimi hərtərəfli və zəngindir.

Sonda Elşən qardaşıma 100 il ömür arzulayıram ki, hələ uzun illər uca Allah tərəfindən ona bəxş edilmiş istedadı onun yaşayıb-yaratmaq eşqindən, yaradıcılıq əzmindən, cəfasından və zəhmətindən güc-qüvvət alsın və bizi yeni-yeni əsərlərilə sevindirsin.

Uzun ömür və yaradıvcılıq uğurları arzusuyla

Daşdəmir ƏJDƏROĞLU

Bildiyim  kimi deyil -- Mətbuat -145
Bu günə bu gündən heç nə yazammadım. Epistolyar üsluba öyrəşmiş, yazdığımın redaksiyada süzgəcdən keçirilib “səhifəyə qoy” -redaktor "əmri" olmayanda məsuliyyət məsul olmur.

145 il əvvəl vəsait qıt, düşüncə, ideologiya zəngindir. Bu gün vasitə və vəsait hər evdə var... Bu peşəyə sahiblik edənlər də... Tik-Tok-da, Facebook-da. Kütləvilik anlayışının tərsindən anlayanlar üçün yazan çox, oxuyan yox... Oxunaqlı olması da ssensasiyaya hesablı. Yazıdığının “əmsalı” mətnin sonundakı hesablayıcıya – sosial şəbəkələrdəki baxış sayına görə müəyyənləşir.
Marqarita Simonyandan  Ermənistan hökümətinə qarşı sərt  reaksiya
Əcdadlarınızı doğrayan yanıçarlar astanadadır. Siz Krımı hələ də Rusiyanınkı kimi tanımamısınız.

Rusiyaya az qala yalvarış şəklində "Siz etsəniz də, onlar etməz"- vurğusuyla Ermənistanın Zaqafqaziyada özünü çıxılmaz duruma saldığını kəskin pisləyib.

RT- media rəhbərinin Telegram kanalından özünkülərə etdiyi sitəm diqqət çəkmndir.
MƏMMƏD İSMAYIL--- Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı

Bu Vәtәnın nәyi var azı-çoxu döyüşәr,
Dağı, daşı, torpağı, varı, yoxu döyüşәr.
Neçә şәhid iğidin nakam ruhu döyüşәr,
Bir әskәrә çevrilәr burda hәr mәzar daşı,
Yetәrki ayağa qalx, sәn başla bu savaşı.

General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 5 hərbçi şəhid olub - SİYAHI
Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub.

Azərvaycan mediyası xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", o bildirib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıdaları çəkilən hərbi qulluqçuları da şəhid olub:

1) Mayor Əhmədov Namiq Hajan oğlu

2) Mayor Novruzov Anar Gülverdi oğlu

3) Gizir Zeynallı ilqar Ayaz oğlu

4) Gizin Babayev Yaşar Vasif oğlu

5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu

Tarix : 4-03-2014, 03:15
Rusiya Ukraynaya  qoşunu Yanukoviçin xahişi ilə göndərib
Ukraynaya legitim və adekvat əsaslarla girmişik

BMT təhlükəszilik şurasının iclasında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin dördüncü Ukrayna prezidenti Viktor Yanukoviçin prezident Putinə məktubunu oxuyub.

Məktubunda Yanukoviç Ukraynanın cənub ərazisinə hərbi yardım etməsini Putindən xahiş edib.

“Ukraynanın qanuni sekilmiş prezidenti kimi bəyan edirəm: Maydanda baş verən hadisələr, Kiyevdə hakimiyyətin qanunsuz ələ keçirilməsi Ukraynanı vətəndaş müharibəsi astanasına gətirib çıxarıb. Ölkədə anarxiya və xaos hökm sürür”,- Yanukoviçin bu sözlərini Çurkin misal gətirib.

Çurkin onu da xatırladıb ki, Təhlukəsizlik şurasının iclası məhz Rusyanın xahişi ilə çağırılıb. Rusiyanın Ukraynaya münasibətdə hərəktini Çurkin legitim və adekvat adlandırıb.

/Yenises.ru/




Baxış: 1226 | Bölmə: Dünya, slayd3
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru