Tarix : 28-01-2017, 14:43

Bu gün Türkiyənin Tele-1 kanalında Rusiya-Türkiyə münasibətlərinin işılqlandıracaq həftəlik analitik proqrama start veriləcək. "Dünyanın Öteki Yüzü" adlanan proqram Hakan Aksayın təqdimatında efirə çıxacaq.
"Türkiyə KİV-nın böyük hissəsini televiziya kanalları təşkil edir. Bizim xalq ən çox televiziyaya baxan xalqlardandır. Rusiya və rus-türk münasibətləri mövzusu televiziya meydançasında öz yerini tapmalıdır. Mən çox uzun zaman bu layihənin hazırlanması ilə məşğul idim, nəhayət ki, onu Tele-1 kanalında həyata keçirə bildim "-deyə proqramın müəllifi bildirib.
Hakan Aksay onu da əlavə edib ki, proqramda rus-türk münasibətləri mövzusunda ixtisaslaşmış diplomatlar, siaysətçilər, jurnalistlər və ekspertlərin iştirak edəcəklər. "Rusiya-Türkiyə münasibətləri hara istiqamət götürür?", " Trampın prezidentliyi müddətində ABŞ Rusiya və Yaxın Şərqə necə təsir edəcək?", "Türkiyə ŞOS üzvü ola biləcəkmi?" kimi suallara cavab axtarılacaq.
Hakan Aksay 1987-ildə Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsini bitimiş, 20 il ərzində Moskvada Türkiyənin müxtəlif televiziya və qəzetlərini təmsil edib. 2004-cü ildə Rusiya-Türkiyə araşdırma mərkəzini (RUTAM) yaradıb və buna görə RF prezidenti Vladimir Putin tərəfindən A.S. Puşkin medalı ilə mükafatlandırıb.
Yenises.ru
Baxış: 593 | Bölmə: Dünya, slayd1