Putinin Merkelə  gül buketi bağışlamasını almanlar təhqir saydılar
Rusiya prezidenti Vladimir Putinin Soçi görüşməsindən əvvəl Almaniyanın kansleri Angela Merkelə bir dəstə ağ gül bağışlaması xarici mətbuatda birmənalı qarşılanmayıb. Almaniyanın "Bild" nəşrinin jurnalisti Rusiya prezidentinin bu jestini "Bu nəzakət deyil, gizli məna daşıyır"-deyə dəyərləndirib.

İsrailli jurnalsitlərə Türkiyənin Taksim meydanında hücum etdilər
İsrail televiziyasının "Reşet-13" kanalının İstanbula ezam olunmuş xəbər komandası Türkiyənin Taksim meydanında kütlələr tərəfindən döyülüb. Jurnalistlər İsrail ilə Türkiyə arasındakı böhranı işıqlandırmaq üçün İstanbula göndəriliblər. İsrail KİV-nın verdiyi məlumata görə jurnalistlərə hücum edənlər "İsrailliləri öldürməyə gəlmişik"-deyə bağırırlarmış.
Mənbə: Siyasətçi Yuri Kotler  Moskvada  evində ölü tapılıb
Moskvada siyasətçi evində ölü tapıldı. Yanında silahi və başından vurulmuş vəziyyətdə. Hadisəsinin motivi hələ məlum deyil.

Rusiyalı siyasətçi Yuri Kotler Moskvanın mərkəzində Böyük Nikitsk küçəsində yerləşən evdə ölü tapılıb. Bu barədə REN TV ona
yaxın olan mənbəyə istinadən məlumat verib.
Amerika mediası Krım körpüsünü partlatmağa çağırıb
В марте 2014 года в Крыму прошел референдум, по итогам которого полуостров стал территориальной частью России, а Севастополь — городом федерального значения.

Amerika mühafizəkar siyasi həftəlik mətbu orqanı olan "Washington Examiner" in müəllifi Tom Rogan Ukraynanı Krım körpüsünü bombalaya çağırması haqda RİA "Novosti" xəbər verib.
В Президент-Отеле состоится танцевальный спектакль «Связь времен и народов: стань частью танцевальной истории»

В Красном зале столичного Президент-Отеля 18 мая в 18-00 час. состоится показ спектакля «Связь времен и народов: стань частью танцевальной истории».
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan  üzr istədi
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan ölkədəki son hadisələrə dair sözlərinə görə üzr istədi

Putin və Ərdoğan ABŞ-ın İranın nüvə razılığından çəkilməsini səhv addım hesab edirlər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin ABŞ-ın İranla nüvə razılaşması müqaviləsindən çıxmasını telefonda müzakirə ediblər. Onlar Donald Trumpın bu qərarının səhv olduğunu bildiriblər. Türkiyənin prezident Administrasiyasından olan mənbəyə istinadən "RİA Novosti" məlumat yayıb. Kremlin mətbuat xidməti liderlər arasında telefon danışığı olduğu barədə hələ məlumat verməyib.
Meydandan baş nazirliyə- Paşinyan  seçildi
Ermənistan Milli Məclisi (parlament) müxalifət lideri Nikol Paşinyanı baş nazir vəzifəsinə seçdi. Bu haqda Mayın 8-də News.am xəbər verib.

Putin  ənənəni pozmadı- namizədi Medvedev oldu
Bu gün rəsmi şəkildə prezident kürsüsünə oturan Putin Dövlət Dumasına hökümətin başına Dmitri Medvedevin gətirilməsini təklif edib. Bu haqda məlumat Kremlin saytında dərc olunub.
Dmitri Medvedevin höküməti istefaya getdi
Medvedevi qalır, yoxsa gedir? Prezident Putin əvvəlki ənənəsini pozmazsa, yaxın iki saata baş nazir postuna yeni namizədin adını verəcək.

Prezident Vladimir Putinin yeni müddətdə işə başlaması ilə əlaqədar Dmitri Medvedevin başçılıq etdiyi Rusiya höküməti istafaya getdi. Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq hökümət başçısı yenilənəndə nazirlər kabineti istefa etməsi ilə bağlı müraciət yazır.
Putin 4-cü dəfə prezident kimi and içdi
Yüksəliş, azad cəmiyyət, vətəndaşların hüquqlarının qorunması. Rusiyada 4-cü dəfə rəsmən perzident vəzifəsinə başlayan Vladimir Putin bunları vəd etdi.
Səfirlikdən Yuliya Latınınanın çıxışı ilə bağlı kəskin reaksiya
Polad Bülbüloğlu “Exo Moskvı” radio stansiyasının baş redaktoru Aleksey Venediktovdan cavab istədi

“Yuliya Latıninanın “Exo Moskvı” efirindən Azərbaycan xalqını təhqir etməsi nə jurnalist, nə də vətəndaş mövqeyinə yaraşan deyil”.


“Exo Moskvı” radiostansiyasının “Kod dostupa” müəllif proqramının 28 aprel 2018-cı il tarixli buraxılışında şərhçi Yuliya Latınina son zamanlar Ermənistanda baş verən daxili siyasi böhranla bağlı Qarabağ probleminə də toxunaraq tarixi təhriflərə yol vermişdi. Bir sıra hadisələrə birtərəfli –ermənipərəst mövqe bildirən Yuliya Latınina “Exo Moskvı”nın efirindən Azərbaycan xalqının ünvanına böhtan dolu ittihamlar səsləndirməklə qalmamış və hətta daha irəli gedərək xalqımızı “ruhi xəstə” adlandırmaqdan belə şəkinməmişdi.
WhatsApp şirkətinin həmtəsisçisi  postunu tərk edib
Messenger və WhatsApp şirkətinin həmtəsisçisi Jan Kum, Facebook ilə fikir ayrılığı səbəbiylə baş direktorluq vəzifəsindən ayrıldığını açıqlayıb.
Erməni müxalifətçiləri Paşinyanın baş nazir olmasını istəyirlər
Nikol Paşinyanın baş nazir olması üçün 13 səs çatmır. Onun başçılıq etdiyi "Elk" fraksiyası və "Sarukyan" bloku parlamentdə 40 mandata sahibdir.

"Elk" müxalifət fraksiyası Ermənistanın baş nazir postuna öz başçıları və etiraz hərəkatının rəhbəri Nikol Paşinyanın namizədliyini irəli sürüblər.
Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Dəməşqdə   Milli  Təhlükəsizlik binasına terrorçu  hücumu
Bəşər Əsədin sag qolu öldürülüdü. Bu haqda Suriya dövlət televiziyası məlumat verməsə də Milli Təhlükəsizlik bürosunun rəhbərindən bir xəbər olmadığını qeyd edib.

Rumıniyada  Beseskunu  impiçment etmək haqqında  referendum keçiriləcək
Pumıniyada prezident səlahiyyətlərini həyata keçirən Krin Antonesku ölkə başçısı Troyan Beseskunun vacib istefası ilə əlaqədar olaraq referendum keşirilməsi haqqında qanun imzalayıb. Bu haqda “Assoçieyted Press” xəbər verib.

Qanuna görə referendum səsvermə hüququna malik olan ölkə əhalisinin yarıdan çoxu iştirak etdiyi zaman baş tutmuş sayılır.
İran televiziyalarına  toyuqlu  yeməklər göstərmək  qadağan edildi.

Ölkədə toyuq ətinin qiyməti qalxınca, televiziyalara toyuqdan hazırlanan yeməklərin göstərilməsinə qadağa qoyulub. Bu haqda İranın polis komandanı İsmayıl Əhməd Mokaddam məlumat verib.

“Filmdə yemək zamanı toyuq yeyildiyi göstərilir, ola bilsin buna baxan kiminsə onu almaq imkanı yoxdur”-deyə o bunun səbəbini belə aydınlaşdırıb.
Misir Hillari Klintonu ayaqqabı və pomidor yağışına tutdu
Misirin Aleksandriya şəhərində ABŞ dövlət katibi Hillari Klintonun maşın karvanına ayaqqabı, pamidor atdılar. Klinton və onu müşaiyət edənlər zərər çəkməyib, lakin pomidorlardan biri Misir məmuruna dəyib.

Klintonun maşın karvanına hücum o, şəhərdə etiyi çıxışından sonra olub. Alenksandriyada Amerika konsulluğunun açılışındakı çıxışında dövlət katibi Afrikanın şimalındakı bu ərəb ölkəsini demokratik azadlığı inkişaf etdirməyə çağırıb. Misir höküməti etirazçıların hansı siyasi qüvvələrə aid olduğunu təyin etməkdə çətinlik çəkir deyə “İnterfaks” məlumat verib.

Maşın karvanına ayaqqabı və pomidor atan etirazçılar “Monika, Monika” bağıraraq Hilarinin ərinin Monika ilə olan intim əlaqəsini xatırladıblar.

Əvvəlcə etirazşılar ABŞ dövlət katibinin qaldığı mehmanxananın qarşısına toplaşıb anti-islam və anti-amerika şüarları səsləndiriblər. Onlar ABŞ-ın Mursinin prezidentliyini dəstəkləməsinə qarşı etirazlarını bildiriblər.

Hillari Klinton ABŞ-ın bu seçkilərdə hər hansı bir təzyiqi və rolu olmaığını vurğulayıb. Işgüzar səfər çərçivəsində Klinton Misir prezidenti Muhammed Mursi ilə görüşüb.
Klinton Aleksandriyadan İsrailə yola düşüb. İsraildə o bu ölkənin rəhbərliyi ilə Yaxın Şərqdə olan vəziyyəti müzakrə edəcək.

/Yenises.ru/

Obama yağışa düşdü

Seçki kompaniyası ilə baglı görüşlərini davam etdirən Barak Obama bu gün Virciniyada yağışa düşdü.

ABŞ prezidenti seçicilərii qarşısında çıxış edərkən qəfildən şiddətli yağış başlamasına baxmayaraq, nitqinə davam edib.
Çaves:  “Məni seçməsələr, vətəndaş müharibəsi  başlayacaq”
Venesuela prezidenti Uqo Çaves seçkilərdə uduzarsa, ölkəsini vətəndaş müharibəsi gözləyəcəyini deyib. Bu haqda “Sinxua” agentliyi yerli KİV-ə istinadən məlumat yayıb.
      Istanbulda   jurnalistlər  ayağa qalxdı
İstanbulun aparıcı medialarının jurnalistləri hakim İslamçı patiyanın Konsitutsiyaya dəyişiklik edib, “ictimai əxlaqı” təhqirə görə ittiham maddəsi əlavə edilməsinə etiraz olaraq mitinq keçiriblər.




Əfqanıstanda toyda  partlayış: 22 ölü

Qanlı olay bu gün Əfqanıstanda baş verib. Terrorçu özünü toydakı insanların arasında partladıb, nəticədə 22 nəfər ölüb, 40 yaxın adam yaralanıb-deyə “The Associated Press” xəbər verib.

Partlayış Samanqan əyalətinin paytaxtı Aybek şəhərində törədilib. Terrorçu patlayıcı aləti toyun keçirlidiyi “Kars-e almaz” mehmanxanasının girişində işə salib.
Türk  hakerlər  Fransa prezidentinin saytını dağıtdılar
Keçən il iki Fransız qəzetinin saytını dağıdan türk hakerlər indi də prezdentin saytını dağıtdığı irəli sürülür.
Fransa mətbuatı Fransa prezidentinin rəsmi internet saytının iki dəfə haker hücumuna məruz qaldığını, sonuncu dəfə isə Fransua Olland sələfi Sarkozinin yerinə keçən gün dağılıdığını açıqlayıb.
Bəşər Əsədə 10 gün vaxt verildi
Bir sıra Qərb ölkələri Bəşər Əsədə Suriyada 10 gün ərzində təzyiqləri dayandırması üçün ultimatum verildi. Əgər bu müddət ərzində Suriya höküməti buna əməl eyməzsə, Qərb iqtisadi sanksiya tətbiq etməyi tələb edəcək.

İranın  dini lideri  müharibəyə  hazır olmağa çağırdı
İran İslam Respublikasının dini lideri Ali Xameneyi vətəndaşları tezliklə başlanacaq müharibəyə və dünyanın sonuna hazır olmağa çağırdı. Ayətullahın xüsusi müraciətində dahi lider “qeybə çəkilmiş” 12-ci İmam Mehdinin gəlişindən danışdığı haqqında İran KİV-i məlumat verib.
Alman polisindən  “Tətildəyəm, yazmayın! “ xəbərdarlığı
Hər bir alman artıq yaddaş kitabı sayılna ənənəvi “Tətil xəbərdarlığı” paketinə bu dəfə yeni bir maddə də əlavə edilib.
O maddədə “Facebook”, “Tvvitter” kimi sosilal şəbəklərdə “Tətilə gedirəm”kimi statsuların yazılamamsı tövsiyyə olunur.
Alman polisi bu mesajın oğrulara ünvanlanması kimi səsələndiyini bildirir. “Bununla biz evdə yoxuq, gəlin evimiz aparın mesajını vermiş olursunuz”-deyə alman polis aşıqlama verib.



Obama  Misir prezidentini Ag evə dəvət etdi
ABŞ prezidenti Barak Obama Misir prezidenti Muhammed Mursini sentyabrda ölkəsinə dəvət edib.

Dəvət məktubu Misirin paytaxtı Qahirəyə görüşə gedən ABŞ dövlət katibinin müavini Uilyam Burns tərəfindən təqdim olunub.

DAK Almaniyada aksiya keçirdi (Eksklüziv)

Almaniyadan xüsusi olaraq "Yeni Səs" üçün

Almaniyanin Haydelberq şəhərində Urmiya gölünün İran dövləti tərəfindən qurudulmasi əleyhinə açiq səma altinda etiraz aksiyasi keçirilib. Dünya Azərbaycanlilari Konqresinin sədri Mirəşrəf Fətiyev, təşkilatin İdarə Heyətinin üzvü Fəraməz Quluzadə və Haydelberq şəhərində yaşayan fəal azərbaycanlilar təşkil etdiklərii tədbirə Avropanin bir neçə ölkəsindən soydaşlarimiz qatilib.
Fələstində 15 yaşlı qız bələdiyyə başçısı seçilib
Fələsində dünyanın ən gənc bələdiyyə başçısı seçilib. 15 yaşındakı Bəşər Osman adlı qızı bu vəzifəyə gətiriblər.
“Əl Ərəbiyə”nin xəbərinə görə Bəşər Osman iki ay müddətinə Allar qəsəbəsinin bələdiyyə başçısı içləyəcək.
Osman maliyyə sənədlərindən başqa bütün sənədlərin imzalanması hüququna sahib və bundan məsuliyyətli olacaq.
Gənc bələdiyyə başçısını qoruyucusu seçilmiş Süfyan Şahid Osmanın bu vəzifəyə gətirilməsinin gənclərə etibar edilmsi yolunda xüsusi bir addım olduğunu söyləyib.


Əfqanıstanı şoka salan edam görüntüsü

Əfqanıstanda ərini başqasıyla aldatdığı üçün edam edilən 22 yaşındakı qadının görüntüləri dünyanı heyrətə gətirib.
Pərvan valisi Bəşir Salaginin mətbuat katibi Roşna Xalid verdiyi açıqlamada Taliban üzvü ilə evli olan bir qadının ərini Taliban komandiri ilə aldatmaqda suçlandığını söyləyib.
“Bir saatın içində qadının süçlü olduğuna və edamına qərar verdilər, sonra isə kəndlilərin gözü önündə vurub öldürdülər”-deyə Xalid bildirib.

Obamanın səhər  yeməyi  yediyi restoranın sahibi öldü
Obamaya səhər yeməyi verən Ohayo ştatının restoratoru Jozefin Harris prezident gedəndən bir neçə saat sonra ölüb.
Yenises.ru-nun “Bi-bi-ci” –yə istinadən verdiyi məlumata görə Akron şəhərindəki “Anns Place” restoranının 70 yaşlı sahibi yor]unluqda, döş nahiyəsində ağrı olduğundan şikayətlənib və onu xəstəxanaya aparıblar. Həkimlərin sözlərinə görə qadın xəsətəxanaya gətirilərkən yolda ürək dayanmasından ölüb.
Parisdə “Suriyanın dostları qrupu”nun  konfransı başlandı
Parisdə “Suriyanın dostları qrupu”nun konfransı başlanıb. Qərb və ərəb ölkələri liderləri Bəşər Əsədin düşmənlərinə necə yardım edə biləcəklərini müzakirə edəcəklər. Rusiya və ÇXR hər zamankı kimi bu danışıqları saymayır.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru