Deputalığa namizəd İbrahim Xəlil Balayoğulları  vəd vermir-istəklərinizə körpü ola bilərəm -deyir- VİDEO
"Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"-deyir.



Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator "dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu"- deyib.

"Bu çox şərəfli və vacib bir təyinatdır". Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və "özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək".

YENİSES.RU
Rusiyada nazirlər kabineti istefa etdi
Baş nazir Dmitri Medvedev prezident Vladimir Putinə bütün hökumətin istefa etdiyini bildirib.

Bu, dövlət başçısının Federal Məclisə müraciəti zamanı Konstitusiyaya bir sıra əsaslı dəyişikliklər olacağı açıqlamasından sonra baş verib. Medvedevə görə, bu islahatlar ölkədə güc balansını dəyişdirəcək.

"İcra, qanunverici və məhkəmə hakimiyyəti. Bu konterksdə biz hökumət olaraq, ölkə başçısına lazım olan bütün qərarlar qəbul etmək imkanı verməliyik"- deyə o, qeyd edib.

Buna cavab olaraq Putin hökumət üzvlərinə birlikdə çalışdıqlarına görə təşəkkür edib, lakin onu da vurğulayıb ki, "hər şey bitmədi". O, yaxın vaxtlarda nazirlərin hər biri ilə ayrı-ayrılıqda görüş keçirəcəyinə söz verib.

Prezident, həmçinin hökumətdən yeni tərkib formalaşana qədər vəzifəsini davam etdirməyi istəyib.

Prezidentin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harry Minh RİA Novosti-yə açıqlamasında əgər hökumətin istefası əvvəldən hazırlanmış bir prosesdirsə, o zaman yeni Nazirlər Kabinetinin formalaşdırılmasının uzun çəkməyəcəyini söyləyib.

"Unutmayın ki, prezident seçkiləri keçirildi - hökumət istefa verdi və əslində ertəsi gün yeni kabinet formalaşdı"-deyə xatırladıb.


YENİSES.RU



Bu gün Şırvan Kərimovun ad günüdür
Bu gün günlərdən o gün! Hardasa dünyanın kiçik bir guşəsində böyük bir insan doğulur, Ve... Ssenariləşmiş həyatlardan fərqli bir yol vardı qarşısında...Doğulduğu o kiçik yer bir gün əlçatmaz olacaq desəydilər...

Rəssam olsam Sizin portretinizi Göy Qurşağı olaraq çəkərdim. Ya da Səhər Şəfəqi, yox bəlkə də Üfüqdən boylanıb Aya əl edən Günəş. Ya da tablonu ağ buraxardım. Hər kəsə bir toxunmuşluğunuz var, qoy onlar çəksinler... Rəssam deyiləm. Amma sözlə tablonuzu çəkməkdə dilim kasıb deyil də, sadəcə Siz çox Varlıqlısınız! Nə yaxşı doğulmusunuz!

Fərqli doğulmaq alın yazısıdır. Amma Fərq yaratmaq fərdidir. Sizin dostunuz, bacınız olmaq xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, Şirvan Kərimov!!!

Tünzalə Vəliqızı

VİDEO
Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.
Kiyev İranda  Boeing təyyarəsinin  bilərəkdən vurulduğu fikrindədir

İran 3 gün keçdikdən sonra Ukrayna təyyarəsnin səhvən raketlə vurulduğunu etiraf etdi. Ukrayna tərəfi isə bu qəzanın düşünülmüş olduğu qənaətindədir. Təyyarənin vurulması ilə bağlı açılmış İstintaq axtarış işinin də istiqaməti dəyişdirilidi.

Bu haqda Telegram kanalda yayımlanan mesajda bildirilir.


İran raketlə layneri səhvən vurduğunu etiraf etdikdən sonra Ukrayna Baş Prokurorluğu qəzanın araşdırılması ilə bağlı olan maddəni dəyişdirib.

Ukrayna Baş Prokurorluğu İrandan PS752 reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin araşdırılması maddəsini dəyişdirib. . Bu barədə Ukraynanın nəzarət orqanının Telegram kanalında yayımlanan mesajda deyilir.

"İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddələrə əsasən davam etdiriləcək" deyə məlumat verilib.

Əvvəlcə, təyyarənin əqzaya uğraması faktı ilə Ukraynada "Hərəkətin təhlükəsizliyi qaydalarının pozulması və ya insanların ölümü ilə nəticələnən hava nəqliyyatının istismarı" maddəsi ilə cinayət işi açılmışdı

Xəbərdə, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin bu işi araşdıracağı bildirilib.


Yanvarın 11-də, laynerin qəzasından üç gün sonra, İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-nin səhvən raketlə vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadənin izah etdiyi kimi, hava hücumundan müdafiə sistemi operatoru Tehran hava limanından uçan təyyarəni qanadlı raketi kimi təsbit edib. Rabitə əlaqəsi kəsilməsi səbəbindən operator komandanlığa hesabat vermədən müstəqil olaraq laynerin vurulmasına qərar verib. İran prezidenti bunu "bağışlanmaz bir səhv" adlandırıb.


YENİSES.RU
Putin Liviyada rus muzdlularının ola biləcəyini dedi

Liviyadakı ÇVK Vagner-in muzdluları ilə bağlı sualı cavablandırıb. Vladimir Putin və Angela Merkelin Moskvadakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında Liviyada vətəndaş müharibəsi, hətta Vagnerin muzdluları məsələsi də qaldırıldı.

Rusiya Prezidenti Vladimir Putin Liviyada hərbi əməliyyatlarda iştirak edən rusların ola biləcəyini, lakin onların Rusiyanın maraqlarını təmsil etmədiklərini bildirib. Beləliklə, ijurnalistlərin dövlət başçısıı Liviyada ÇVK Vagnerin muzdlu muzdluların olduğunu təsdiqləyə bilərmi-sualına cavabını prezident belə cavablandırıb.

"Əgər (Liviyada - RBC) Rusiya vətəndaşı varsa, onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər" deyə Putin söyləyib. . Həniçinin onlar "Rusiya dövlətindən pul almırlar" deyə əlavə edib.


YENİSES.RU
CNN: Ukrayna təyyarəsi iki raketlə vurulub
ABŞ kəşfiyyatı yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin bir yox, iki İranın hava hücumundan müdafiə raketi ilə vurulduğunu düşünür. Bu barədə CNN bu informasiyadan x'b'ri olan Amerika administrasiyasının işçilərinə istinadən məlumat verib.

ABŞ Konqressi Trampın İranla bağlı  hərbi səlahiyyətini məhdudlaşdırdı

Amerika Konqressi nümayəndələr palatası Trampın İran siyasətinə qarşı qqətnamə imzalayıb.

ABŞ Konqressi nümayəndələr palatası Amerika prezidenti Donald Trampın qanunvericilərin icazəsi olmadan İranla müharibə aparması ilə bağlı hərbi səlahiyyətlərini məhdudlaşıdran qətnaməni qəbul ediblər.

Yenises.ru-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə sənədi 224 koqressmen dəstəkləyib, 194-ü isə əleyhinə çıxıb.

Qətnamə həmçinin ABŞ senatına göndərilib.

Bundan əvvəl Amerika Konqressi nümayəndələr palatasının spikeri Nensi Pelosi bəyan etdmişdi ki, konqressmenlər ABŞ vətəndaşlarını qoruma öhdəliyini yerinə yetirməlidirlər.

Xatırladaq ki, yanvarın 3-ü gecəsi Bağdad aeroportu yaxınlığında İram İslam İnqilabı Keşikçiləri korpusunun generalı Qasım Süleymani ABŞ -ın raketl hücumu nəticəsində öldürülmüşdü.

Yanvarın 8-də Tehran Süleymaninin qətlinə görə qisas əməliyyatı elan etmiş və İrakdakı iki Amerika bazasına raket zərbəsi endirmişdi.

YENİSES.RU


Qasım Süleymaninin qızı ABŞ-ı hədələdi
Öldürülən iranlı general Qasım Süleymaninin qızı Zeynab atasının dəfn mərasimində ABŞ və İsrailə bu qətlin sonucunun ağır olacağı xəbərdarlığını edib.

"Axmaq Trump, düşünmə ki, atamın ölümü ilə bağlı hər şey bitdi" -deyə Zeynəb bildirib.
Tanınmış vəkil Əziz Qəmbərovun namizədliyi qeydə alındı
2020-ci il fevral ayının 9-da Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərlə bağlı deputatlığa namizədlərin qeydiyyata alınması mərhələsi davam edir.

Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Əziz Qənbərovun namizədliyi Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib. BU haqda vəkil özü məlumat verib. .

Qeyd edək ki, Əziz Qənbərov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin "Qarabağa Qayıdış" İctimai Birliyinin təsisçisidir.


Yenises.ru


Marşal Xəlifə Haftar Liviyada cihad və ümumi səfərbərlik elan etdi

Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə icazə verməsi barrikadanın o biri tərəfində olan Liviya Mlli Ordusunun komandiri, marşal Həlifə Haftardan cavab reaksiyası gəldi. Xəlifəni Liviyada qadınlar da daxil olmaqa, əli silah tutan hər kəsə silah veriləcəyini bildirdi. O, xarici qoşunlarla qarşıdurma və ümumi səfərbərlik və elan etdi.

Liviyalılara ünvanladığı videomüraciətdə hərbi lider ölkənin cihad elan etdiyini söylədi. RİA Novosti xəbər verir ki, silah hamıya - hərbi və mülki şəxslərə, kişilərə və qadınlara veriləcək.

Bundan əvvəl Tripoli hökuməti Liviyanın paytaxtına Xəlifə Haftar qüvvələrinin hücum edəcəyi təqdirdə Türkiyədən hərbi yardım istəmişdi. Söhbət hücumu dəf etmək üçün "hava, quru və dəniz" hərbi yardımdan gedir.

Xatırladaq ki, Türkiyə parlamenti yanvarın 2-də səs çoxluğu ilə Liviyaya türk hərbçiləri göndərməyə razılıq verib.

Yenises.ru
Türkiyə parlamenti Liviyaya hərbi qüvvə göndərməyə izn verdi

Liviyadan Türkiyəyə dəstək göndərilməsi lehinə 325, əleyhinə isə 184 millət vəkili səs verib. Birinci etapda türk hərbi mütəxəssisləri liviyalı döyüşçülərə təlim keçəcəklər. Əməliyyata qatılanların sayını prezident müəyyənləşdirəcək və bu məsələyə yanvar ayında baxacağı bildirilir.

Türkiyə parlamentariləri ordu qüvvələrinin Liviyaya göndərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədiyi barədə NTV kanalı məlumat yayıb.

Səsvermədə iştirak edən 509 deputatdan 184-ü qanun layuhəsinin əleyhinə, 325-i isə lehinə səs verib.. Birinci mərhələdə Liviya döyüşçülərini yetişdirmək üçün hərbi mütəxəssislərin göndərilməsindən söhbət gedir. Qanun layihəsində türk ordusunun Liviyaya bir illik göndəriləcəyi nəzərdə tutulur. Əməliyyata qatılanların sayını prezident təyin edəcək.

Yenises.ru
Araz Ağalarov  rus təqaüdçülərinin yoxsulluğuna işarə etdi
Rus və azərbaycanlı iş adamı, "Crocus Group" un prezidenti və sahibi Araz Ağalarov rusların aşağı pensiya və maaş aldıqlarını söylədi. Onun sözlərinə görə, buna görə ölkədə ÜDM (Ümumi daxili məhsul) artmayacaq.

Əhalinin gəlirləri indi çox aşağıdır və əhalinin gəlirlərinin artması olmadan ÜDM-in artması mümkün deyil. Forbes milyarderə istinadən bildirir ki, bu gün ölkədə orta pensiya 200 dollar civarındadır, bəzilərininki daha azdır, orta əmək haqqı da aşağıdır.

Ağalarov onu da qeyd edib ki, ölkədə istehsal çiçəklənə bilməz, çünki insanların istehsal olunan mallar və xidmətlər almaq üçün pulları yoxdur. O, onu da əlavə edib ki, vergilər çox yüksəkdir və azaldılmalıdır.

Yeтises.ru
Hollandiya Niderland oldu- I Pyotr səhvən Hollandiya dediyi üçünmü?
I Pyotrun səhvən Hollandiya adlandırdığı ölkə Niderland olaraq rəsmiləşdirildi. Adın dəyişdirilməsinin tarixi səhvin düzəldilməsi yönündən edilməsi versiyalardan biridir, amma əsası deyil...
İbrahim Xəlil Balayoğulları 114 saylı Şəki seçki dairəsindən deputatlığa namzidəliyini irəli sürüb - VİDEO

“Varlığım millətimə, Türk birliyinə ərməğan olsun!”

Türk dünyasının tanınmış ziyalısı, tarixçi alim, hüquqşünas İbrahim Xəlil Balayoğulları 9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Milli Məclsinin növbədənkənar seçkilərində iştirakına qərar verməsi haqqında facebook səhifəsində paylaşdığı xəbəri bu sözlərlə bitir.
Keçmiş Moskva meri Yuri Lujkov vəfat edib
RİA Novostinin verdiyi məlumata görə keçmiş Moskva meri Yuri Lujkov ömrünün 84-cü ilində vəfat edib.

Bu məlumatı Sergey Sobyanin bu informasiyanı təsdiqləyib. “Mən çox təəssüf edirəm ki, postsovet dövründə Moskvaya rəhbərlik edən və paytaxtmız üçün çöx işlər görən enerjili, həyat dolu bir adam itidirk. Doğmalraına və yaxınlaırna başsağlığı verirəm”-deyə özünün twitter səhifəsində yazıb.

Y
Яшар Сулейманлы--МЕДОВЫЙ МЕСЯЦ
Опустошив бутылку до последней капли, он, прищурившись, долго смотрел на пустую бутылку, и бросил её в море, волны которого нежно ласкали ему ноги.
Стояла поздняя ночь, и отражение луны окутало всё вокруг странным, желтоватым светом. На фоне этого света его тень создавала ощущение какого-то невиданного явления. Глядя со стороны, невозможно было бы распознать в его силуэте человека или животного.
Bəşər Əsədin qardaşı Mahir Əsədin “ayağı”  gərginliyə səbəb oldu

Suraya Azad ordusunun hücumu zamanı Bəşər Əsədin qardaşı Mahir Əsədin ayaqlarını itiridyi haqqında xəbər yayan Səudiyyə Ərəbistanının “Əl Vatan” qəzeti məlumatı Rusiya xarici işlər nazirinin koməkçisi Boqdanovun verdiyini iddia etmişdi. Rusiya xarici işlər nazirliyi isə öz növbəsində bu qəzetə belə bir açıqlama vermədiyini bildirərək onları yalan məlumat yaymaqda suçladı.

Rusiya xarici işlər nazirliyindən verilən yazılı açıqlamada “bunun bir media qalmaqalı olduğu” irəli sürüldü.

“Əl -Vatan” qəzeti xəbərin mənbəyi kimi Boqdanovu göstərməkdə israr edərək əllərində onun səs qeydinin olduğunu dilə gətirdi. Ərəbcə danışanın nə ləhcəsi, nə də səs tembri Boqdanovun səsinə oxşamadığı da daha bir müəmmaya səbəb oldu.

Əsas müəmma isə bu mübahisədə Mahirin ayaqlarını itirib-itirməməsi xəbərinin qaranlıq qalmasıdır. Və bunu kimsə nə təsdiq, nə də inkar edir.

/Yenises.ru/
İslam Əməkdaşlığı Təşkilatı  Mahmud Əhmədinicata qulaq asmadı
Mahmud Əhmədinicatın Suriyanın maraqlarını müdafiə etmək istəyi alınmadı. İslam Əməkdaşlığı Təşkilatı sammitinə şəxsən təşrif buyuran İran prezidentinin çıxışına qulaq asmaqdan imtina edərək, Bəşər Əsəd rejimini üzvlükdən çıxarmağa hazırlaşır.
Bəşər Əsədin qardaşı Mahir Əsədin  ayaqlarını itirdiyi  iddia edildi

Suriyanın paytaxtı Dəməşqdə Milli Təhlükəsizlik binasına hücum zamanı Bəşər Əsədin qardaşı Mahir Əsədin ayaqlarını itirmsəsi iddiası irəli sürüldü. Səudiyyə Ərəbistanının “El -Vətən” qəzetində verilən məlumata görə Rusiya Xarici işlər nazirinin müavini Mixail Boqdanov keçən ay Milli Təhlükəsizlik binasına hücumda Bəşər Əsədin qardaşı Mahir əsədin ayaqlarını itirdiyini və hazırda yaşamaqla ölüm arasında mübarizə apardığını bildirib. Rusiya xarici işlər nazirliyi və Boqdanov bu xəbəri təkzib etməyib.


Əminə  Ərdoğan Bəşər Əsədin  xanımından danışdı
Myanmada –Arakan müsəlmanlarının ziyarətində olub onların problemləri ilə maraqlanan Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoganın xanımı Əminə Ərdoğanı köşə yararları yazılarında küncə sıxışdırıldı. Hər zaman təmkinliliyi ilə seçılən Əminə Ərdoğan bunun həm müsəlmanıq, həm də Türkiyə adına böyük bir addım olduğunu dilə gətirdi. Mən nazir xanımı olduğum üçün bu səfərim dünyanın diqqətini çəkə bilər-mesajını verib.

Almaniya Bəşər Əsədin  Haaqa məhkəməsinə verilməsini təklif edir
Almaniya höküməti Bəşər Əsədi cinayətkar adlandırmağa və Haaqa Beynəlxalq cinayət məhkəməsi qarşısına çıxarmağa çağırıb. Yenses.ru-nun Reuters İA istinadən verdiyi xəbərə görə belə bir bəyanatla Almaniya Federativ Respublikasının xarici işlər idarəsinin rəhbəri Qvido Vestervell çıxış edib.
KİV:  İranda zəlzələ nəticəsində  87 nəfər ölüb, 400 nəfər yaralanıb
İranın şimal-qərbində baş verən iki zəlzələ nəticəsində 87 nəfərin öldüyü, 400 adamım isə yaralandağı haqqında Associated Press İran KİV-nə istinadən yazıb.

“Bi-bi-si”–nin informasiyasında isə zərərçəkənlərin Təbriz və Ərdəbil şəhərindəki xəstəxanalara göndərildiyi bildirilir.

Cennifer Lopesi  erməni sürücüsü şantaj etdi

43 yaşındakı məşhur dünya ulduzu Ceniffer Lopesi sirlərini açacağı ilə hədələyən 7 il ona sürücülük etmiş Akop Manukiyan, susmasna görə ondan 2,4 milyon dollar istəyb.

Manukiyan bu pulu verməzsə, Lopesin bütün sirlərini mediyaya yayacağını bildirib. Bundan qəzəblənən mügənni polisə gedərək keçmiş sürücüsü tərəfindən şantaj edildiyini və bunun müqabilində 20 min dollar təzminat istədiyini deyib.

Türkiyədən keçən İraq neft kəməri partladılıdı

Türkiyə ərazisindən keçib Aralıq dənizi limanına neft ixrac edən Kərkük-İraq neft kəməri Mardində partladılıb. Bunun kürd silahlıları tərəfindən törədildiyi ehtimal edilir.

Hesablamalara görə uzunluğu min kilometrə yaxın olan neft kəmərinin bərpası üçün ən azı on gün vaxt lazım olacaq. İxrac Ceyhan limanındakı ehtiyat hesabına həyata keçiriləcək.

Hakkaridə  polis bölməsinə kürd silahlılarının hücumu : 8 şəhid

Hakkari-Çükürca sossesində yerləşən hərbi polis bölis bolməsinə bir qrup PKK-lı 3 ayrı-ayrı istiqamətdən hücum edib. Hücum nəticəsində 8 türk hərbçisi şəhid olub. Yenises.ru0-nunu Türkiyə mediasına istinadən verdiyi xəbərə görə bundan əlavə davada 15 əsgər yaralanıb, 12 PKK-çı isə öldürülüb.
Rusiyalılara Suriyadan öz hesablarına çıxmağı təklif edirlər

Ukrayna, Qazaxıstan və Moldova öz vətəndaşlarının Suriyadan çıxarılmasını sürətləndirib. Rusiya höküməti isə hələ ki, tələsmir. Putinə məktubunda Rusiyalılar Suriyadan öz cibi hesabına dönmək imkanında olmadığını yazırlar. Pulsuz da dönmək olar və hələ ki, bu bir adama müyəssər olub.

Fransada  ər arvadının başından çardasını açmaq istəyən polisi döydüFransanın Marsel şəhərində konstitusiya qanununa görə baş örtüyünə qadağandan dolayı qapalı geyimli qadına eturaz edən polislər döyülüb.

Marsel şəhərində məscid yaxılında küçədə gedən qadının başındankı örtüyü açmağı tələb edən polislər onun əri və digər müsəlman kişilər tərəfindən hücuma məruz qalıb.
Türkiyə Suriya ilə sərhədlərini tamamilə bağlayır
Türkiyə höküməti bu gün Suriya ilə sərhədlərini tamamilə bağlamağa hazırlaşır. Bu xəbəri Türkiyənin NTV televiziyasına Gömrük və Ticarət naziri Həyati Yazıçı verib.
Qazandığı milyonları işçilərinə paylayan  sahibkar
Qazandığı milyonları işçilərinə paylayan  sahibkar
Bəziləri qapısına gələn fağır qocaya kiçik bir “bəxşiş” verib, əsl səxavətlilyini dünyaca şöhrtətli olub pula ehtiyacı olmayanın ayağı altına səpməklə göstərər. Bu bir səxavət göxtəricisi deyil, zəngiliyin sərgilənməsidir. Həm də aid olduğu üst qurumda.

Çinin mərkəzi texnologiya şirkəti olan “Lenovo” nun rəhbərlərindən biri 3 milyon dolllarlıq qazancını işçiləri və fəhlələri arasında paylaşdırdı.
  ABŞ-dakı  faciəyə edam tələbi
ABŞ-ın Kolorado ştatında “Betmen” seriyasından olan filmin təqdimatı zamanı 12 nəfərin öldürüb, 58 nəfəri də yaralayan Ceyms Xolms ilk dəfə hakim qarşısına çıxarılıb.

Narıncı rəngə boyanmış saçlarıyla məhkəməyə gələn Xolms baxəşlarını daim bir nörtəyə dikərək üzü tüklü və durğun halı ilə diqqət çəkib.

Suriya yenə hədələdi
Bəşər Əsəd vətəndaşlarına qarşı kimyəvi silahdan s stifadə etməyəcəyini bəyan edib.

Əsədin son çarə olaraq kimyəvi silaha əl atacağı xəbəri Qərb mətbuatında sıx-sıx yer alsa da Suriya xarici işlər nairi bunu yalanlayıb.
Rusiya PPK-çını Türkiyəyə verdi
Baş nazir Ərdoğanın Moskva səfərindən sonra Rusiya həbsxanasında yatan PPK-çı Türkiyəyə təhvil verildiyi ortaya çıxdı.

PPK-nən Rusiya üzrə cavabdehi olan Məcid Günəş iki ildir ki, bu ölkədə həbsxanada saxlanilirdi.

PPK-çı Gümüş Türkiyədə işlədiyi cinayət üzündən bütün dünyada aranırdı.


Hindistan prezidentini seçdi
Hindistanın yeni prezidenti keçmiş maaliyyə naziri Pranab Muherci oldu. Bu haqda Hindistan mətbuatı xəbər verib. Səslərin sayı hələ hesablanıb bitməsə də, nəticədə dəyişiklik olmayacaq -deyə “The Times of İndia” məlumat verib.

Bəşər Əsəd gedir, getmir?
Rusiyanın Parisdəki səfiri Aleksanr Orlov Bəşər Əsədin “mədəni şəkildə getməyi qəbul etdiyini” söylədi. Fransa Beynəlxalq RFİ radiosuna açıqlama verən səfir hələ 30 iyun Cenevrə işçi qrupunun toplantısında daha demokratik bir rejim palnı hazırlandığı və bunun da Əsəd tərəfindən qəbul edildiyini dedi.

-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru