YAD ET MƏNİ..
Vəqta ki, keçər bu leyli-zülmət,
İşraq edər əxtəri-həqiqət,
Elm ilə ziyalanar bu millət,
Qalxar bu təəssübü cəhalət,
Surət hamı ruh olar, məani,
Aləm hamı eşq olar, məhəbbət,
Ey dərk edən ol gözəl zəmani,
Qıllam sənə iştə bir vəsiyyət!
Yad et məni, qaibanə yad et!


Abbas Səhhət
ELEGİYA
Ömür gün yoldaşım Fatma xanımın əziz xatirəsinə ithaf edirəm


Nurlana Həşimovanın hekayəsi əsasında Ruhəngiz Hacıyevanın ssenariləşdirdiyi “Qaşıq” filmində hadisələr Azərbaycanın bir kəndində cərəyan edir. Filmin quruluşçu rejissoru Müşfiq Balayevdir.

Bu gündən dünənə uzanan keçmişin bir parçası əks olunan “Qaşıq” adlı qısametrajli bədii filmdə müharibə adlı kabusun insanları bir qaşıq ümidə həsrət qoyduğundan söz açılır.

“Neçə illər ötüb gərəsən, amma sən o qaşıq səslərini unuda bilmirsən...” - Sonda filmin qəhrəmanı Musanın dilindən səslənən bu ifadə ilə müəllif səni başlanğıca götürür. Mənə elə gəlir ki, “Qaşıq” filminin kilid nöqtəsinə açarı burada axtarmaq lazımdır.

Müharibənin üstündən əsrin 3-də biri qədər zaman keçib. Amma onun yaşatdığı vəhşət hələ də yuxularda bizi təqib edir, yaxamızı buraxmır...


Alman façizminə, rasizmə qarşı birgə savaşdığımız müharibənin çoxmillətli sövet ailələrində açdığı yaralar hələ də qapanmayıb. Lakin birgə-bərabərliyin hökm sürdüyü sovet cəmiyyətində -iki uşağın timsalında müəllif bu bərabərliyi pozur. Buna misal ilk baxışdan gözə çarpan uşaqların birinin arıq və digərinin kök olmasıdır. Və ocağında xaşıl bişən ananın “yeməyini yeməyə gəl” çağırışı ilə digər ananın buna susması həmin fikri təsdiqləyir. Müəllifin tamaşaçıya verdiyi mesaj budur.

Qaşıq. Bir evdə-həm də xaşıl olan evdə qaşığın olmaması inandırıcı deyil. Fikrimcə müəllif bilərəkdən tamaşaçının diqqətini istər-istəməz qaşığı bəhanə edib Musaya xaşıl vermək istəməyən Məsmə xalaya yönəldir..

Bəli. Müharibədə hər kəs – necə deyərlər süddən çıxan ağ qaşıq olmayıb. Aralarında Məsmə kimiləri də vardı-deyə razılaşmaq istəsən də...

Burda məntiq pozulur, məncə. Azərbaycan qadını, anasının, daha da irəli getsək, bir tikə loxmasını qonşusuyla, dostu ilə bölməyə tərəddüd etməyən bizi-mənəvi dəyərlərimizi ağır töhmət altında buraxmağa müəllifi vadar edın nədir? Nə demək istəyir?

Azərbaycanlı olaraq müharibənin kimsəsiz buraxdığı başqa millətlərin uşaqlarına sahib çıxan analarımıza qarşı - Məsmənin qoyulması hiddət doğurandır. Yenə beynini bir müəmma qurcalayır. Əcəba Məsmə bizimki deyilmi?

Filmin rejissor isə işi o dövrü əks etdirməsi baxımından uğurlu alınıb. Bizə sovet kinomotoqrafiya məktəbini xatırladır. Rüstəm İbrahimbəyov, Rasim Ocaqov məktəbinin izi görünür. Təbii ki, Gəncə məktəbinin Adil İsgəndərov, Mehdi Məmmədov, Əllədin Abbasov kimi kino karifeylərini də xatırlamaq yerinə düşəndir.

Filmin rejissoru Müşfiq Balayevin bir müddət Rusiyada fəaliyyətini də nəzərə alsaq bu professionallığı naxışlayan cizgilər aydın olur.

Azərbaycanın qərb paytaxtı Gəncə yaxınlığında bir kənd, yay fəsli , bir tərəf daşlıq, digəri saralmış susuz zəmi və tənha uşaq-remarkaya söz yox. Müharibənin yaşatdıqlarını təzadlarla əks etdirən kadrlar sanki sözü sıxışdırır, “səssiz film” təəssüratı yaradır. Personajları dilləndirmədən televiziyanın səsini qısıb filmə səssiz baxsan bir şey qaşırmazsan. Personajlar arasında keçən dialoqları təxmin edə, onların yerinə danışa bilərsən. Yəni bu qədər, amma bəsit deyil.

Olmuş həyat hekayəsi əsasında çəkilən filmdə bütöv bir tarixə baxış, bir nəslin faciəsi yaşanır. Bu əslində obyektivin kiçik pəncərəsindən geniş dünyaya açılmaq istəyinin haqqını verib- deməkdir.

Ssenari qısa mətnində müharibə leksikonu üçün xarakterik olan bütün kəlmələr bu kiçik sənədli-bədii parçada tamlığı ilə əksini tapıb. “Güllə”, “qara kağız”, “ölüm”, “aclıq”, “solğun, miskin həyat...” Bir-birinin ardınca sıralanan kadrlarda bu kabusun vəhşətləri iki uşağın, iki ailənin timsalında – rəngiz şəkildə gözümüz önündə sərgilənir. Bu tabloda yayın günəşi belə həyatın bənizini soldurub ...

Müəllif qanlı-qadalı müharibənin gətirdiyi səfalət, ölüm adlı gerçəklyin fonunda tənha xarabazar evdə uşaqlığı yeyilmiş yaşlı Musanın yaddaşından o illərin silinməməsinin səbəbini tamaşaçının ixtiyarına verir. Bu tipli sonluqlar dünya kinosu təcrübəsində var və düşündürücüdür.

Müharibənin qaşıq səsindəki əsk-sədası bizi hara götürür? Sovetlər dönəmində savaşdığın müharibədə verdiyin itkilərin əvəzində xoşbəxt, firavan həyata qovuşmamaq ümidsizliyinəmi? Yoxsa hər yerə basdırıan gülləylə bir ümidin gömülməsinəmi?

Musa niyə “gedim qaşıq gətirim” - deyil, “Mən qaşıq taparam” deyir. Çünki itirdiyin yerdə hər zaman bir tapmaq ümidi var...

Tünzalə Vəliqızı
Moskva
Rusiya diplomatlarını ABŞ-da hədələməyə başlayıblar
Rusiyanın Talibanı maliyyələşdirib Amerika əsgərlərini Əfqanıstanda öldürməyə çağıran xəbər rus diplomatik korpusu heyətinin həyatını təhlükəyə soxub.

Nyu-York Tayms qəzeti guya ki, Rusiyanın Əfqanıstan yaraqlılarını maliyyyələşdirdiyi xəbər verib. Bundan Vaşinqtondakı sonra ruisyalı diplomatlaırn ünvanına hədələr yaşmağa başlayıb.

AFAQ ŞIXLI -- ANASIZ GÜNLƏRİMİN ŞEİRLƏRİ
ANAMA

[i]Ana, neçə gündür sənsiz qalmışam...
O dünya sənlidir, bu dünya sənsiz.
Səndən olan gündən səndən olmuşam,
Bilməm səninləyəm bu gün, ya sənsiz...
AYSEL ƏHMƏDOVA - “COVİD -19”- “Qırımız Zona”dakı könüllü həkimimizBu günlərdə həkimlər haqqında nə qədər pafoslu danışsan azdır. Onların çalışdığı bugünkü şəraiti müharibə dövrünün səhra hospitallarındakı ilə eyniləşdirmək olar... Həm xilas etmək, həm də özünü qorumaq məcburiyyətindədirlər. Moskvada COVİD-19-un “Qırmızı zona”ında çalışmaq onun kimi.

V.P. Demixov adına şəhər klinik xəstəxanasının həkimi ginekoloq Aysel Əhmədova tam 2 ay- “Qırmızı zona”da xəstəxanalarda çarpayı çatışmayan vaxtda o “cəhənnəmi” anladan yerin” içində olub.
KƏNAN HƏMZƏOĞLU  KULİS.AZ saytına   ETİRAZ ETDİ
FƏTƏLİ XAN XOYSKİ ERNƏNİLƏRƏ GÖRƏ GÖRƏ KÜÇƏDƏ KÜÇƏDƏ GÜLLƏLƏNƏN BAŞ NAZİRDİR, BİZƏ GÖRƏ İSƏ ŞƏHİDDİR!

Tarixi şəxsiyyətlərimizi təqdim və təbliğ edərkən bu mövqedən yanaşmaq lazımdır...
"Zenit"in forvardı Dzyubanı "Tottenxem" almaq istəyir

"Zenit" futbol klubunun oyunçusu Artyom Dzyubanı Joze Maurinyo almaq üçün Stanislav Çerçesova zəng edib. Bu barədə Rusiya yığmasının baş məşqçisi Çerçesovun vəkili Alan Aquzarov xəbər verib.

Vəkil Alan Aquzarov Sport-Ekspress-ə müsahibəsində London "Tettenxem"inin portuqaliyalı baş məşqçisi Joze Maurinyonun Çerçesova zən etdiyini söyləyib. Söhbətin mövzusu "Zenit"in forvardı Artyom Dzyuba olub.
Suriyada Rusiya  polis patrul zirehli maşınını partlatmaq istədilər

Suriyanın şimalında Rusiya hərbi polis- patrul xidmətinə məxsus zirehli avtomobilin yolunda partlayıcı qurğu partlayıb. Ölən və yaralanan yoxdur. Çərşənbə axşamı - İyunun 9-da bu xəbər Suriya tərəfində olan Rusiya barışıq mərkəzindən verilib.
Rusiya XİN : Liviyada  "Vagner" muzdlularının olması xəbəri yalandır
ABŞ Dövlət departamentinin Liviyada özəl hərbi şirkət olan "Vagner' döyüşçülərinin olması iddiası ilə əlaqədar açıqlamaları saxta məlumatlara əsaslanır. Bunu Xarici İşlər Nazirinin müavini Mixail Boqdanov Misirin "Al Ahram" qəzetinə müsahibəsində söyləyib.


Boqdanov qeyd edib ki, bu iddialar general Xəlifə Haftarın əleyhdarlarını dəstəkləyən şübhəli mənbələrə əsaslanır. "Liviyada döyüşdüyü iddia edilən insanlar əslində ölkəmizdən kənara çıxmayıblar" -deyib.

Xatırladaq ki, iyun ayında Türkiyənin Anadolu agentliyi ÇVK "Vaqner"in Liviyada olduğu iddia edildi. Nəşr hərbi şirkətdən olan iki Rusiya vətəndaşının koronavirus xəstəliyinə tutulduğunu yazırdı. Lakin sonradan bunun doğruluğunu təsdiqləyən dəlil göstərilmədi.


YENİSES.RU
Rusiyada işə götürəndə üstünlük  öz vətəndaşlarına veriləcək

Rusiyalı işverənlərə işçi qəbul edəndə- əvvəl evin içi, elə sonra da evin içi - deyirlər. Ucuz işçi qüvvəsi sayılan miqrantlar isə istəyir getsin, istəyir qalsın...
Aktyor Mixayıl Yefremovun törətdiyi avtoqəzada  yaralanan sürücü  ölüb

Ötən gün -İyunun 8-də gecə saatlarında tanınmış aktyor Mixayıl Yefremovun törətdiyi avtomobil qəzasında xəsarət alan digər maşının sürücüsü aparıldığı xəstəxanada keçinib.

Mixayıl Yefremovun qarşı yola çıxaraq vurdu mikroavtobusun sürücüsü çoxsaylı zədə ilə Sklifosovski adına xəstəxanaya çatdırılıb. Həkimlər bütün gecəni onun həyatını xilas etməyə çalışsalar da bu mümkün olmayıb. başından və köks qəfəsindən çoxsaylı zədə alan sürücünun iç orqanlarının qanaxmasını dayandıra bilməyiblər. getdikcə orqanlarının hamısı həyati funksiyasını itirib və yaralı vəfat edib. Bu barədə Sklifosovski adına xəstəxanadan məlumat veriblər.
Xaricdən gələn bağlamaların çatdırılması gecikdirilir-səbəb?
Ruslar Federal Gömrük xidmətinin (FGX) yeni qaydalarnın poçtla göndərilən bağlamaların çatdırılama müddətinin uzadılmasına təsir etdiyindən şikayətləniblər.

Espress -çatdırma xidmətinin müştəriləri bəyan ediblər ki, xaricdən göndərilən bağlamalar əvvəlki vaxtlara nisbətən gecikməyə başlayıb. Bu haqda RBK.ru saytı sosial şəbəkə istifadəçilərinin yazdıqlarına istinadən məlumat verib.
Yeni rubrika: DÜNƏN OXUDUM
Əziz dostlar! Yəqin “dünən”in şərti olduğunu hamınız anladınız. Kitab oxumağın dəbdən düşdüyü bu qaçaqaçlı (evdə otura-otura necə qaçaqaçlı olursa o da bir ayrı məsələ) zamanda yaxın və uzaq keçmişimizdə cəmiyyətin ən vacib məsələlərini bədii dillə ifadə etmiş həmvətənlərimizin fikirlərini bir də yada salmağın faydalı olduğunu düşünərək belə qərara gəldik. Deyirlər cəmiyyət daim inkişafdadır. Etirazımız yoxdur. Fəqət ədiblərimizin yüz il bundan əvvəl dedikləri bir çox fikirlərə qulaq asanda adama elə gəlir ki, bi inkişafın qatarı hardasa bizim yanımızdan keçib, bizi də qatara mindirmək yadından çıxıb. Yeni rubrikanı dahi Üzeyir Hacıbəylinin felyetonu ilə başlamaq qərarına gəldik.

Cəfər Sadıq
TƏRS KÖŞƏ...
Coronovirus illətindən dolayı iki günlük izolyasiya və ərzaq dükanında çörək basabası sosial şəbəkələrdə və ictimaiyyətin qınaq obyektinə çevrildi. Hələ də davam etməkdədəir. Önyarqıların da ən başında bizim millətin, xalqın növbə mədəniyyətsizliyi, paylaşmaq duyğusundam məhrum tərəfləri öncəlik təşkil edir. Mən də sözün düzü ilk olaraq önyarqılarımdan sıyrıla blməmişdim ilk bu videonu izlədiyimdə. Hətta yaponlara belə həsəd aparmışdım güclü sunami zəlzələsi nəticəsində onların göstərdiyi yüksək paylaşım və mədəni davranış tərzlərinə.
O DÜNYA-HƏR KƏSİN ÖZ DÜNYASIDIR!

AFAQ ŞIXLI

O dünya - hər kəsin öz dünyasıdır!

Daha maraqlıdır o dünya mənə!
Orada atam var, anam var mənim.
Orada üzünü görə bilməyib,
Sevə bilmədiyim balam var mənim.

Orada şıx babam, vəfalı nənəm,
Nəslimdən, soyumdan neçə igid var.
Orada bu yurdu vətən eyləyən,
Minlərlə, canından keçən şəhid var.

Orada kimsəni əzməz ki, dövran,
O, gözüdönmüşlər dünyası deyil.
Mənsəbə sığınan, pula tutunan,
Diriykən ölmüşlər dünyası deyil!

Yamana – cəhənnəm, yaxşıya – cənnət,
Həqiqət, ədalət, düz dünyasıdır!
Nə qərib yox orda, nə də ki, qürbət,
O dünya - hər kəsin öz dünyasıdır!



05.06.2020
M Ü Ş F İ Q...
Bu gün Azərbaycan ədəbiyyatının ən nakam və ən çox sevilən şairi Mikayıl Müşfiqin doğum gündür.

Hüseyin Cavid demişkən: - " Müşfiq bir oddur ki, öz-özünü yandıracaq..."

Müşfiq bütün mənalarda od idi,kişilikdə,dosta əhdə vəfada,ləyaqətdə hər şeydə,hər şeydə.Onun H.Cavidə vəfası bir ləyaqət,gözəl əxlaq nümunəsidir.Aşağıdakı xatirə qanınızı donduracaq həyəcandan...

Mikayıl Müşfiq həbs olunmamışdan 2-3 ay öncə Ayna Sultanova Müşfqi öz yanına çağırıb demişdi ki,artıq biz Hüseyn Cavidi itiririk,onu həbs eliyəcəklər,sən onun əleyhinə bir iki yazı yaz səni repressiyadan qurtara bilərik.O zaman otaqda Mikayıl Müşfiq bu sözləri deyir:“ Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram”.

Hətta Ayna Sultanova bu hadisədən sonra hönkür-hönkür ağlamışdı.

Bu hadisə Ayna Sultanovanın öz xatirələrində var.

Birdə M.Müşfiqin " Tərtərhes nəğmələri"ndən aşağıdakı misraları paylaşıram:

Bu nə yoldur, daşnaq yolu…
Hər dərəsi qanla dolu,
Nə acıdır bunun adı.
O dənizdən bu dənizə
Deyib çıxdı sinəmizə,
Bir tapdadı, bir doğradı.
Orda dəhşət , burda vəhşət,
Əlində baş, dişində ət,
Tanırsınız o cəlladı.
Nə bağ qaldı, nə də bağban…
Qurşun, ölüm, atəş, duman
Yaxamızı parçaladı.
Bilən bilir, bu zülmətə,
Bu uğursuz fəlakətə
Kim əl çaldı, kim ağladı…


MÜHÜM QEYD.Bu əsərdə ilkin variant " Tanırsınız o cəlladı" olub.Müşfiq burada yüzlərə türkün qanını axıdan erməni qatil Andronik Ozanyanı nəzərdə tutaraq yazıb.Amma Sovet senzurası "cəlladı" sözünü " müsavat"la dəyişdirib ki bu da misraların ruhuna uyğun gəlmir.Çünki dərindən diqqət yetirsəniz görərsiniz ki misralarda şəxsdən,ermənilərin "dənizlərdən dənizlərə" utopiyasından bəhs olunur," Müsavat" partiyasından deyi.
Mərhum gözəl şairimiz Rəfiq Zəka Xəndan da bunun belə olduğunu xatirələrində də vurğulayıb.
Nur içində yat Mikayıl Müşfiq!

Məhəmməd İsrafiloğlu
05.06.2020
Фильм бакинца Исмаила Меликова признан победителем в одной из номинаций в США
Решением жюри 3-го Международного Юго-Восточного регионального кинофестиваля (Southeast Regional Film Festival, Джексонвилль, Флорида, США) короткометражный фильм "UP" ("Свыше", оригинальное название дается на английском языке) бакинца Исмаила Меликова признан сегодня победителем в номинации "Лучший экспериментальный фильм и виртуальная реальность". Исмаил является режиссером, продюсером фильма, а также художником по спецэффектам.
FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Türkiyədə İŞİD-lə əlaqəsi olduğu güman edilən iki rusiyalı qadın saxlanılıb
Türkiyədə "İslam dövləti" terror təşkilatının üzvü olmaqda şübhəli bilinən iki rusiyalı qadın saxlanılıb. Bu haqda RİA Novosti xəbər verib.

Rusiya vətəndaşlarının Suriya ilə həmsərhədd olan Şanlıurfada saxlanıldıqları qeyd edilir. O da bildirilir ki, qadınların ad və familiyalarının baş hərfləri B.İ. Və F.B-dır. Onlar qeyri-leqal şəkildə Suriyadan Türkiyəyə keçməyə cəhd ediblər.

Bundan başqa qadınların yanında doqquz uşaq da olub. Rusiyalılar özləri bəyan ediblər ki, ərləri Suriyada ölüb və onlar öz vətənlərinə -Rusiyaya qayıtmaq istəyirlər.

Sorğudan sonra qadınları polis şöbəsinə aparıblar.

Bir müddət əvvəl FSB-nın Zabaykalyedə "İslam Dövləti " tərəfdarını saxladığı haqda məlumat verilmişdi.

Yenises.ru
TEREZA MEY İSTEFA ETDİYİNİ RƏSMƏN AÇIQLADI
Böyük Britaniyanın baş naziri Tereza Mey Koservativ partiyasından isetfa etdiyini rəsmən açıqlayıb. Bu onun baş nazir postunu da tərk etməli olacağına dəlalət edir. Partiyanın yeni lideri və baş nazirin seçilməsi proseduru istefadan bir həfrə sonra başlayacaq.

Mey Brexit-in həyata keçirilməsinə nail olmaq üçün çox səy göstrdiyini, lakin başarılı ola bilmədiyini etiraf edib. O, onu da qeyd edib ki, Britaniyada ikinci baş nazir qadın olmaq onun üçün şərəfdir və əlbəttə bu sonuncu olmayacaq.
İran Amerika sanksiyasına qarşı neft  hasilatını artıracaq
İran parlamenti təhlüksizlik və xarici siyasət məsələləri üzrə komissiyasının başçısı Heşmatolla Falahapitşeh bəyan edib ki, ABŞ-ın sanksiyaları ilə hesablaşmayacaq və neft hasilatını artıracaqlar.

Falahapitşeh əmindir ki, İran gün ərzində bir milyon barrel neft çıxarmaq gücündədir.

İranlı diplomat onu da əlavə edib ki, neftin ixracı Vaçinqtonun qərarından deyil, müxtəlif ökələrlə ikitərəfli münasibətlərdən asılıdır.

Yenises.ru

Macarıstanın  baş naziri Polşaya  "Ukraynanı bölüşdürməyi" təklif edib
Polşalı deputat Slavomir Nitras bəyan edib ki, Macarıstanın baş naziri Viktor Orban Varşavaya "Ukraynanı bölüşdürməyi" təklif edib.

Charlie Hebdo Notr- Dam kilsəsindəki yanğınla bağlı karikatura dərc edib
Fransanın həftəlik satirik jurnalı Charlie Hebdo ikinci gün-yəni bu gün aprelin 16-da dərc olunan nömrəsinə Pris Nort-Dam kilsəsinində baş verən yanğının karikatirasını yerləşdirib.

BMT Liviyada döyüşən tərəfləri atəşkəsə çağırdı
Liviyadakı BMT missiyası münaqişə tərəflərini saat 16: 00-dan başlayaraq (Moskva vaxtı ilə saat 17: 00-da) iki saatlıq humanitar barışığa çağırıb.

Təşkilatın bazar günü verdiyi bəyanatda barışığın qalan ailələri çıxartmaq, yaralılara kömək etmək və "Liviya təcili yardım briqadası və "Qızıl Ay " təşkilatının öz işini yerinə yetirməsinə imkan verilməsi üçün lazım olduğu bildirilir.

Qərb mediasının verdiyi məlumata görə bundan əvvəl marşal Xəlifə Haftarın rəhbərliyi altında Liviya Milli Ordusu (LNA) bazar günü Tripoli ətrafına ilk hava zərbəsi vurduğunu bəyan edib.

Beynəlxalq səviyyədə tanınan Fayez Sarajın rəhbərlik ediyi Liviyanın milli konsensus hökuməti öz növbəsində ölkə paytaxtını qorumaq üçün əkshücuma keçdiyini açıqlayıb.

YENİSES.RU

Səudiyyə Ərəbistanındakı nəzarət məntəqələrinin birinə  bombalı hücum
Türkiyənin hurriyet.com.tr saytının son dəqiqə xəbərinə əsasən Səudiyyə Ərəbistanının şərqindəki Əbu Hədriya qəsəbəsindəki nəzarət sahəsinə bomba hücumu həyata keçirilib. Hücum nəticəsində 4 adam həlak olub. Hadisəylə bağlı 2 nəfərin saxlanıldığı bildirilir.

YENİSES.RU
MALİDƏ YÜZDƏN ÇOX FERMER ÖLDÜRÜLDÜ
Reuters agentliyinin yaydığı məlumata görə Malidə 100-dən çox fermer öldürülüb.

Naməlum adamlar Mərkəzi Malidə fulani xalqının nümayəndəsi olan 134 fermeri qətlə yetiriblər.

İddiaya görə, donzo millətinin ənənəvi kostyumları ilə bəzənən cinayətkarlar şənbə gecəsi fulani xalqının yaşadığı Ogassagu və Wellingar kəndlərinə hücum ediblər. Ogossagu tamamilə darmadağın edilib, qurbanların arasında uşaqlar, yaşlılar və hamilə qadınlar var.

Kristof  Xoysgen  Moskvanın Minski 2015-ci ildən işğal etdiyini deyib
BMT Təhlikəsizlik Şurasının Almaniya üzrə nümayəndəsi Kristof Xoysgen Ukraynada vəziyyəti müzakirə sırasında Rusiyanın 2015-ci ildən Minski işğal etdiyini bəyan edib. Bu haqda RİA Novosti məlumat verib.

Rusiya rəsmiləri Venesuelaya rus muzdlularının göndərilməsi xəbərini təkzib edir

Verilən bəzi məlumatara görə onlar prezident Maduronu qoruyur.

Moskva Ukrayna, Suriya prezidentlərini xilas etsə də, 17 milyard dollar vəsait qoyduğu Venesuela prezidentinə hələ ki, heç bir yardım etmir. Hər halda yardım haqqında heç bir rəsmi bəyanat yoxdur. Amma "Reuters" agentliyi təsdiq edir ki, qeyri-rəsmi olaraq Ukraynanın cənubunda, Suriyada vuruşan, eləcə də Afrikanın bir sıra ölkələrində hərəkət edən ÇVK "Vaqner"adlanan dəstənin döyüşçüləri ora göndərilib. Məlumatlarda o da bildirilir ki, birinci dəstə prezident seçkilərnə qədər, ikinci dəstə isə bir müddət əvvəl ora gətirilib. Onlara Maduranı aralarında cəsus olma ehtimalına nəzərə alaraq öz mühafizəçilərindən qorumaq tapşırılıb.
Vladimir Putin Venesuelaya hərbi dəstə göndərdi
Vensuelanın prezidenti Nikolas Maduronun mühafizəsi üçün ölkəyə xüsusi hərbi şirkətin (ÇVK) rus muzdluları gətirilib.

Xarici mətbuat xəbər verir ki, ola bilsin ki, ölkədə Rusiyanın maraqları üçün Suriyada və Ukraynada vuruşmuş 400 rus hərbi muzdluları var.

Rusiya muzdluları Venesuelaya etiraz aksiyaları balayandan sonramı gəlib, yoxsa onlar artıq o ölkədə varmiydı-bu haqda Rusiya mətbuatında dəqiq məlumatı verilmir-deyə Lenta.ru qeyd edib.


Yenises.ru
ABŞ İrana sanksiya siyahısını genişləndirdi
ABŞ hökümətinin İrana qarşı sanksiya siyahısını genişləndirməsi barədə Reuters agentliyi məlumat verib.

Əvvəllər məhdudiyyət siyahısına düşmüş Mahan Air aviakompaniyasından başqa, İslam İnqilabı Mühafizə Korpusu ilə bağlı təşkilatlara qarşı da sanksiya qoyulub.

Bundan başqa Ermənistanın Flight Travel kompaniyası, həmçinin İranın Qeshm Fars Air və ona aid olan iki Boeing 747 təyyarəsi də sanksiya siyahısındadır.

Bir müddət əvvəl Axios intenet nəşri məlumat vermişdi ki, İran ABŞ-ı nüvə razılaşmasına görə "cəzalandıra"bilər.

Yenises.ru
TRAMP: MƏNƏ İMPİÇMENT ELAN ETSƏLƏR XALQ AYAĞA QALXAR

Amerikanın przidenti Donald Tramp bəyan edib ki, onu impiçmerlə devirmək istəmələri onu narahat etmir. Bu haqda Reuters məlumat verib.



Rusiya Qərb üçün beynəlxalq terrordan daha təhlükəlidir

Belçikanın müdafiə əməliyyatları komandiri Karl Gillis "Paris Match" nəşrinə verdiyi müsahibəsində Rusiyanın Qərb üçün beynəlxalq terrordan daha təhlükəli olduğunu bəyan edib.

ABŞ Rusiyanı Hələbə  kimyəvi hücum etməkdə   günahlandırır
ABŞ Rusiya və Suriyanı noyabrın 24-də Hələbə kimyəvi hücum etməkdə günahlandırır və Dey-əz Zor əyalətinin Hajin yaşayış mərkəzinidəki xəstəxananı bombalayıb. Bu haqda SANA agentliyi məlumat yayıb.

Vaşinqtonun versiyasına görə terrorçular kimyəvi hücum törətməyiblər, lakin Rusiyanın dəstəklədiyi Suriya hökümət qüvvələri gözyaşardıcı qazdan istifadə edblər. " Hər iki ölkə İdlibdə atəşkəs rejimini pozmağa cəhd edir"-deyə Dövlət Departamentinin bəyənatında deyilir.

Qeyd edilir ki, səhər ABŞ koalisiya qüvvələri Suriya əyalətini atəşə tutub. SANA-nən yazdığına görə nəticədə uşaqlar və qadınlar da olmaqla bir ailənin 8 nəfəri həlak olub. Yaşayş evlərinə raket atəşləri davam edir və sakinlər evlərini tərk edib şəhərdən qaçmaq məcburiyyətində qalıblar.

YENİSES.RU
EKSPERT QƏTƏRİN OPEC-dən ÇIXMASININ ƏSAS MƏQSƏDİNİ  AÇIQLADI
Qətərin Neft İhracatçı Ölkələri Təşkilatından (OPEC) çıxması neft və təbii qaz istehsalını artırmaqdan daha çox qonşu dövlətlərlə çətin münasibətdə olmaması ilə bağlıdır. Rusiya xalq təssərrüfatı və dövlət qulluqçuluöu akademiaysının dosenti Sergey Xestanov belə hesab edir.

"Olabilsin ki, Qətər bu qərarı gəlməsinə digər ərəb ölkələri ilə çətin münasibətdə olması səsbəb olub. Bir müddət əvvəl ərəb ölkləri Qətəri ciddi baykot etmiş və onunla ticarətə məhdudyyətlər qoymuşdular. Buna görə mən hesab edirım ki, OPEC-dən şıxma birbaşa və ya dolayısı neft bazarı ilə deyil. daha çox Yaxın Şərq siyasəti ilə bağlıdır"-deyə RG qzəetinə şərhində Xestanov belə deyib.


Böyük Britaniya mağazada 16 milyon avro xərcləyən Zamirə Hacıyevanı həbs etdi
Tutulan qadın Azərbaycan Beynəlxalq bankının sabiq başçısı hazırda Azərbaycanda həbsxanada cəza çəkəm Cahangir Hacıyevin həyat yoldaşıdır. Zamira Hacıyeva Londonda mağazada böyük məbləğdə pul xərcləməkdə və bahalı daşınmaz əmlak almaqda ittiham olunur.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru