Erməni müxalifətçiləri Paşinyanın baş nazir olmasını istəyirlər
Nikol Paşinyanın baş nazir olması üçün 13 səs çatmır. Onun başçılıq etdiyi "Elk" fraksiyası və "Sarukyan" bloku parlamentdə 40 mandata sahibdir.

"Elk" müxalifət fraksiyası Ermənistanın baş nazir postuna öz başçıları və etiraz hərəkatının rəhbəri Nikol Paşinyanın namizədliyini irəli sürüblər.
Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Merkel yaxında Putinlə görüşəcəyini  anons etdi
Almaniyanın kansleri Angela Merkel jurnalistlərə yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bəyan edib. Lakin hələ tarix müəyyən olunmayıb.
MQİMO-nun tələbəsi  Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) 21 yaşlı tələbəsinin intihara cəhdi etməsi ilə bağlı Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun 22 yaşlı oğlu Murtuzəli istintaq tərəfindən sorğuya çağırılıb. Müstəntiqlər tələbə qızı intihar etmə dərəcəsinə onun çatdırdığını düşünürlər.

Amerikanın Rusiyaya qarşı sanksiya "hücumu" davam edir
Ağ Evdən məlumat veriblər ki, tezliklə Rusiyaya qarşı əlavə sanksiya tətbiq ediləcək.
Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb
Yerevanda polislərlə nümayişçilər araşında baş verən qarşıdurmada 46 adam zədə alaraq xəstəxnaya yerləşdirilib. Bu haqda İnterfaks Ermənistanın Səhiyyə nazirliyinin məlumatına istinadən xəbər yayıb.

O da qeyd eolunur ki, xəsarət alanlardan 6-sı polisdir.
ФНКА АзерРос приглашает на Шестой Вечер русско-азербайджанской поэзии
В Москве, Есенин-центре, 28 апреля, 18-00 час. состоится традиционный Вечер русско-азербайджанской поэзии «Поэзия без границ» с участием известных русских и азербайджанских поэтов России и Азербайджана.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.
Akif Əhmədgil  - Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm
(Çanaqqala savaşının 100 illiyinə)

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm.
Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.
Bilirəm bağışlamaz tökülən şəhid qanı –
O dastanı unutdum...
Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib
Telegram blok edildi. İstifadəçilərin şifrə açarını FSB-yə verəndən sonra blok qaldırıla bilər. Durov isə buna qəti etiraz edir. Məhkəmə isə bunu dövlətin və vətəndaşın təhlükəsizliyinə zərbə kimi dəyərləndirir.

Rusiyada   yoxlamalardan  sonra 15 ticarət mərkəzi bağlanıb

Kemerovoda baş verən yanğından sonra bütün Rusiyada kütləvi şəkildə yoxlamalara başlanb və 15 ticarət mərkəzində qayda pozulması aşkar edildiynə görə onlar qapadılıb. Bu barədə "Qovorit Moskva" radiostansiyasının efirindən Baş prokurorluğun rəsmi nümayəndəsi aleksandr Kurennoy bildirib.
Tramp Putini Ağ evə dəvət edib
Martın 20-də baş tutan telefon danışığı zamanı Donald Tramp Valdimir Putini ikitərəfli görüş üçün Vaşinqtona dəvət etmişdi. Bu haqda brifinqdə RF prezidentinin yardımçşısı Yuriy Uşakov danışıb.

Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Moskvadakı tanınmış azərbaycanlı iş adamı Məhərrəm Quliyevin həbs olunması xəbəri gündəmə bomba kimi düşüb. Saytlar həmyerlimizin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi anı qeyd edilmiş video materala istinadən onun bu vəziyyətdə tutulmasını - diz çökdürüldüyünü “Pokrov Məhərrəm “belə tutuldu””- başlığıyla manşet edib.
Peskov Putinin Kemerovoya getməsi xəbərini təkzib etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Vedomosti"-yə ölkə başçısının Kemerovoya getmə xəbərinin yalan olduğunu deyib. "Hələ yox. Bu doğru deyil"-deyə nəşrin bu barədə sualı ilə bağlı cavab verib.
Putin Kemerovoya getdi
Rusiya prezidentinin təyyarəsi Kemerova hava limanına enib.

Məlumatda qısaca bildirilir ki, dövlət başçısının təyyarəsi faciəli hadisənin baş verdiyi şəhərə enib.

"Vladimir Putinin təyyarəsi Kemerovada eniş edib"-deyə xəbərdə deyilir.

Bundan əvvəl KİV Valdimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən məlumat vermişdi ki, ölkə başçısı 64 nəfərin ölümü ilə nəticələn yanğın yerinə baş çəkməyi qərara alib.

Yenises.ru
Fransada  Islamofobiya  əleyhinə proqram hazılanıb
Smartfon və planşetlərə yüklənən proqram sorğuya uygun olaraq hər hansı ərazidə müsəlmanlara qarşı baş verən təcavuz, insidentlər haqqında anındaca məlumat almağa imkan verir.
İsrail 22 ildir yalan danışırİranın xarici işlər naziri İsrailin baş nazri Binyanim Netanyahunu yalan danışmaqda suçlayıb. İslam respublikasının diplomatının dediyinə görə İran atomu məsələsində “o, 22 ildir ki, yalan danışır”.

“Biz Netanyahudan yalan və beynəlxalq ictimai rəyi çaşıdrmadan başqa bir şey eşitmədik, lakin onun bu uydurmaları cavabsız qalmayacaq”-deyə İranın xarici iaşlər naziri Cəfər Zərif bəyan edib.
Pan Qi Mun  Əsədi insanlığa qarşı cinayətdə suçladı
BMT-nin baş katibi Pan Qi Mun Bəşər Əsədin başçılıq etdiyi Suriya rejimini insanlığa qarşı çoxsaylı cinayətdə suçlayıb. Pan Qi Mun onu da bildirib ki, Suriyanın kimyəvi silah işlətməsi haqqında olan hesabat ona gəlib çatıb. Hesabatın nə zaman açıqlanacağı haqqında isə heç nə deməyib, o hələlik gizli saxlanılır.

Norveçin baş naziri taksi sürücülüyü etdi
Şah Abbas təğyiri –libas oldugu vaxtlardan və onun ənənəsindən uzaq olsaq da, bəzən o təcrübəyə dönülür, həm də Avropada.

Norveçin baş naziri Yens Stoltenberq seçki ərəfəsində nazir kreslosunu taksi sükani ilə əvəz etməyi qərara alıb. O, bazar gününün yarısını taksiçilk etməklə keçirib.
Şahzadə Uilyamın oğlu oldu
İngiltərənin böyük diqqətlə izlədiyi, medianın günlərlə aza qala başının üstündə dayanıb doğulmasını gözlədiyi yeni şahzadə dünən 22 iyul saat 19:24-də dünyaya gəldi.

Körpə 3,800 qram çəkidə doğulub. Doğulan kimi Böyük Britaniya taxtının 3-cü varisi elan edilın uşağın adı hələ məlum deyil. Lakin artıq Kembric şahzadəsi adını alıb.

Venesuela  höküməti vətəndaşlarını "Facebook"-dan istifadə etməməyə çağırdı
Venesuelanın həbsxanalar işi üzrə naziri Mariya İris Varela ökəsinin vətəndaşlarını Amerika xüsusi xidmət orqanlarına cəsusuluq etməsin deyə “Facebook” sosial şəbəkəsindən istifadə etməməyə çağırdı.

“Həmvətənlərim, öz “Facebook” akkauntunuzu silin ki, bilmədən Mərkəzi kəşfiyyat idarəsinin (SRU) məlumatçısına çevrilməyəsiniz. Snoudenin işini düşünün”,-deyə o öz Twitter səhifəsində yazıb.
Misir prezidentinə  ultimatum  verilib
20 milyondan çox mirisli imazsı ilə prezidentin getməsini istədiklərini təsdiqləyiblər. Hərbiçilər onun bu gün hakimiyyətdən könüllü istefa etməsinə vaxt qoyublar. Bu vaxt saat 19:00-da bitəcəkdi.

Yerli “Al-Ahram” qəzeti Mursi getməzsə, hərbuçilər onu zorla getməyə məcbur edəcəyini yazmışdı. Bir sonrakı xəbərdə ordu bu məlumatı təkzib etdi.
ABŞ-da  ateizmə heykəl qoyuldu
Amerikanın Florida ştatının Stark şəhərində dünyada ilk olaraq ateizmə heykəl qoyulub.

Atezimə heykəl qoyulmasına vadar edən səbəb isə digər bir Vextıy Zavet abidəsinin ləğv olunmamasıdır. Yəhudi və xristian dünyagöürşünü eyni arada təsvir edən –yəhudilərin “Bibliya”sı adlandırılan Vextıy Zavet adidəsi qarşısında Ateizmə heykəl qoymaqla ona etirazlarını bu cür bildiriblər.


Əfsanəvi biznesmen və siyasətçi Fransada saxlanıldı
Fransa polisi tanınmış biznesmen, Adidas şirkətinin sahiblərindən biri olan siyasətçi Bernar Tapini saxlayıb. Bu haqda “Le Figaro” qəzeti məlumat verib. Onu “Tapi işi” adlı maaliyyə frıdaqçılığında şübhəli bilirlər. Bu işdə Beynəlxalq Valyuta Fondunun başçısı Krisitin Laqardın da adı keçir.
Kim  Çen In “Mein Kampf”ı oxumağı tövsiyyə etdi
KXDR-nın rəhbəri Kim Çen In məmurlara tövsiyyə edib ki, Adolf Hitlerin “Mein Kampf” ("Mənim mübarizəm") kitabını diqqətlə oxusunlar. Şimali Koreya lideri o biliyi təcrübədə tətbiq etmək xeyirli olar. Onun o fakt marağını çəkib ki, Hitler az müddətdə Almaniyanı yenidən canlandırıb.
Yunanıstanda dövlət teleradio şirkəti  bağlandı
Yunanıstandakı iqtisadi böhran dövlət teleradioşirkətini bağlamaq kimi mühüm addım atmağa məcbur etdi.

Yunanıstan höküməti ERT Teleradioşirkətinin bağlandığını elan edib. 7 telekanalın və bir sıra radiostansiyalar bu gün -12 iyundan etibarən işini dayandırmalıdır.
Türkiyə prezidenti Abdulla Gül Gezi Park olayıyla bağlı açıqlama verdi
O, bu ölkə hamımızındır, onun imicini qorumaq da hamıya düşər. Dediniz, etiraz etdiniz, biz də öyrəndik, bildik və tələblərinizi araşdırıb yerinə gətirəcəyik –deyərək xalqı sakitləşməyə çağırıdı.

“Hər kəs öz ölkəsində özünü azad hiss etməsi lazımdır. Bu çərçivə içərisində demokratiya dedikdə bu demokratiya xalqın seçimi ilə ortaya çıxır. Amma demakratiya demək sadəcə seçim demək deyil. Bütün vətəndaşların anlamla hərəkət edəcəklərinə inanıram. Verilən bütün təkliflər oxunmuşdur,qeyd edilmiş, mesaj alınmışdır. Bütün vətəndaşlarımıza bu vəsilə ilə sevgilərimi çatdırıam”-deyə danışdı.

Britaniyadakı terrordan sonra  ultrasagçılar  məscidə hücum etdilər
“Sky News” telekanalının verdiyi xəbərə görə çərşənbə günü Londonun Vuliç rayonunda iki islamçının bir hərbçini qətlə yetirməsindən sonra ultrasağçı Müdafə liqası təşkilatının atkivləri ilə polislər arasında toqquşma olub.

“75-100 arasında insan pivəbarın qarşısında toplaşaraq millətçi mahnılar oxumağa başlayıblar. Sonra onlara liqanın atkivləri qoşulublar və aqressiya, qıcıqlandırma daha da böyüməyə başlayıb. Polsilərin olduğu istiqamətə pivə stəkanları, petard atıblar”-deyə telekanal məlumat verib.
İsrail Türkiyədən üzr istədi
İsrailin baş naziri Binyamin Netanyahu Mavi Mərmərə basqını ilə bağlı Türkiyədən üzr dilədiyini açıqlayıb. Netanyahu: "Mavi Mərmərə basqını əlaqələrimizi pozduğu üçün təəssüf edirəm”-deyib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan üzrü qəbul edib.

“Reuters” informasiya agentliyi münasibətlərin normallaşması mövzusunda Netanyahu ilə eyni fikirdə olduğunu bildirib.


Fransa  prezidenti  dolayısı "Bəşər Əsədi Rusiya  getməyə qoymur"- dedi
Suriyada situasiya dalana dirənib, Rusiya höküməti Bəşər Əsədi istefaya məcbur etmək istəmir, bununla da ölkədə siyasi reformanı ləngidir. Bu bəyanatla Fransa prezidenti Fransua Olland çıxış edib.

“Ruslar üçün Bəşər Əsədin siyasi səhnədən getməsi o qədər də vacib deyil”-deyə F.Olland bildirib. O öz növbəsində Suriya müxalifətini hazırkı prezidentdən başqa kiminlə olursa-olsun danışıqlara başlamağa çağırıb.


Bu arada F. Olland Suriya hökümətə qarşı koalisiyanın rəhbəri Moazu al-Xatıbı Ərəb dövlətləri Liqasının onun başçılıq etdiyi təşkilatı Suriya xalqını təmsil edən yeganə legitim orqan kimi tanıması münasibətilə təbrik edib.
Ayla Azəri
/Yenises.ru/
 Əsədin tərəfdarları Budapeştdə  Erdoğana etiraz etdilər
Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğan Macarıstan prezidenti Janos Ader ile görüşüb.

Macarıstanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğan Budapeştdə çıxış edəcəyi universitetin girişində Bəşər Əsəd tərəfdarları tərəfindən etirazla qarşılanıb.

Erdoğan ELTE Universitetinin müəllim və tələbə heyəti qarşısında çıxış etdikdən sonra Bratislavaya yola düşəcək.

Senator  Djon Makkeyn  İran prezidenti  Əhmədinicatı meymuna bənzətdi
ABŞ-ın Respublikaçılar partiyasının üzvü Djastin Emaş partiya həmkarı senator Djon Makkeyni Twitter-dəki bloqunda İran prezidenti Mahmud Əhmədinicatı memunla müqayisə etdiyinə görə rasizmdə günahlandırıb. Bu haqda Assoşieyted Press agentliyi məlumat verib.

Peres yeni  höküməti qurmağı    Netanyahuya   tapşırdı
İsrail Dövlət başçısı Şimon Peres baş nazir Binyamin Netanyahuya yeni höküməti qurmaq tapşırığı verib.
Yanvarın 22-də İsraildə keçirilən seçkiləri “Evimiz İsrail” partiyası ilə bir ittifaqda başa vuran “Likud” partiyası lideri Netanyahu 6 hafta ərzində yeni bir koalisiya höküməti qurması ilə 3-cü dəfə baş nazir olacaq.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru