Dünyanın diqqət mərkəzində olan “Pussy Riot” davasında hökm: 2 il həbs


Dünyanın diqqət mərkəzində olan “Pussy Riot” davasında hökm: 2 il həbs
Dünyanın diqqət mərkəzində olan Pussy Riot qrupunun qızları 2 il azadlıqdan məhrum edildilər. Onlar cəzalarını ümumi rejimli əmək kaloniyasında çəkəcəklər.

Pussy Riot pank qrupunun üç üzvü haqqında açılan davada hakim qrup üzvlərini dinə nifrət motivli xuliqanlıqda təqsirli bilib.

Qrup “punk dualarınn” Rusiya Pravoslav kilsəsinin Putini dəstəklədiyinə qarşı siyasi bir oyun olduğunu söyləyir.
Prokurorlar qrup üzvləri üçün 3 il həbs cəzası tələb etmişdilər.

Qrupun tərəfdarları Rusiyanın bütün dünyadakı səfirlikləri qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.
Mariya Anyuxina, Nadjda Tolokonnikova və Yekaterina Samutseviç və qrupun digər üzvləri 21 fevralda kilsədə bir tamaşa düzənləyərək mahnılarında Məryəm anadan Rusiyanı Putindən qurtarmağı istəyiblər.

Qrupun bu oyununu Pravoslav kilsəsinin patriarxı Kiril “dinə təhqir” kimi qiymətləndirib.

Partiarx Kiril Kremlə yaxınlığı ilə tanınır. Bi ilki seçkilərdə o Putnin namizədliyni dəstəkləmişdi.

Qrupun üzvlərindən olan Tolokonnikova həbsdə olduğu üçün narahat olmadığını, lakin siyasi anlamda çox qəzəbli olduğunu bildirib.

“Bizim həbs edilməmiz bütün ölkənin azadlığının əlindən alınmasına çox açıq işarədir”-deyə vəklinin əlaqəsi ilə Twitter-dən bildirib.

Tolokonnikovanın əri Pyotr Versilov məhkəmənin tərəfszi bir qərar verməyəcəyinin açıq olduğunu söyləyib.
Versilov “Rusiyda və dünyanın hər yerində Pussy Riot üzvlərinin nə qədər cəza aLacaqlarına Putinin qərar verəcəyinə kimsənin şübhəsi yoxdur”–deyib.

Rusiya ictimai rəyinin bu mövzuda fikirləri haçalanir. Bir çoxları qrupa sərt davranıldığını və davanın əslində müxalifəti qorxutmaq üçün bir hərəkət olduğunu düşünür.

Qrup Pol Makkartni və Madonna kimi dünya ulduzlarında da dəstək alıb.
Beynəlxalq Əfv Təşkilatı isə üç qadını düşüncə məhbusu olaraq qiymətləndirib.

SSRİ-nin prezidenti Mixail Qorbaçov Bi-Bi-Ci-nin Rusiya xidmətinə verdiyi açıqlamada “Bu olayın heç bir vaxt məhkəməyə keçməməsi gərək idi”-deyə bildirib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir