DURAQ DA, AMMA HƏLƏ ÇATMAMIŞIQ….


Mənzil başına çatmadan olmaz!!!
Mənzilimiz bizə bəllidir də…Bəlli olmayanlara…

ATƏT-in Minsk qrupu “durmağı”” məsləhət görürsə, o zaman 30 ildir biz də “”getsinlər, çıxsınlar, dursunlar””-deyirik, niyə bunu onlardan tələb etmirlər. Şuşaya bizdən icazəsiz gedən o qrupun bəzi diplomatik nümayəndələrinə, jurnalistlərinə niyə “”durun”” demirdilər. Azərbaycan sərhəddini pozmaq bir yana, oyuncaq respublika quranlara niyə harda durmalı olduqlarını göstərmədilər. Göyçədən bizi tam qovub-çıxardandan sonramı Qarabağda erməni sakinləri var, orada yaşamaq onların haqqı olduğu yadlarına düşdü?! Bəs Gözçədə, Zəngəzurda yaşamaq azərbaycanlının haqqı deyildimi?! O zaman guya dünyanın ədalət vəkilləri kimi özünü göstərən bu proksilər (proksi olduqlarını özləri bilirlər) hardaydılar?

Başamı dönək yenə? Yoxsa başlarınamı? Dönək də, amma əvvəl Şuşaya, Xankəndinə…. Qarabağa gönək, Sonra Göyçəyə, Zəngəzura qayıdaq və Ermənistanın içində biz də özümüzə “”dövlət quraq””, şərtlər bərabərlyində masaya oturaq. ATƏT bunu nəzərdən keçirsin! BMT TŞ-sı, Beynəlxalq İnsan haqları təşkilatı Xocalıda qətl edilənləri də diriltsin və o masaya çağırsın! Haqlı olan yerdə haqsız durumda qalmaq, illərdir öz evində öz başına güllə yağmaq nə deməkdir, bir onu da sorğulasınlar.

Bütün bunları yazmaq və demək üçün siyasi şərhçi, ekspert olmağa gərək yoxdur. Universitetlərdə 5 ilə öyrədilənləri biz 30 ildə öyrəndik. Əzbərlədik hamısını. Çünki eyni havanı hər gün dinlətdilər. Eyni havaya hər gün oynatdılar. İçimizdəki inamı sarsıtdılar. Biz tolerantlıq göstərib səbr etdikcə, daha çox üstümüzə gəldilər. Yiyəsizliyi, biçarəliyi “”birka”” kimi qulağımıza yapışdırdılar. Dözümün belə bunlara dözməyə dözümü çatmaz! Biz dözdük!

O yerləri tanımayan, o yerlərdə doğulmalıykən qaçqın, köçkün şəhərciyində, çadırda, evlərin zirzəmilərində doğulan, atasından-babasından ona miras qalan yarımçıqlıq sindromu ilə böyüyən son 30 ilin-müharibənin uşaqları. Bu gün dünyanın ən gözəl universitetlərində təhsil alacaq yaşda, oğrun-oğrun baxışlarla anasına gəlin, özünə yar seçən vaxtda niyə silahların hədəfində olmalıydılar? Niyə əllərinə silah almalıydılar?! Onlar ki, heç kimin sərhəddini keçməyib! Onlar ki, heç kimin evinə oğru kimi girməyib!

İndi dursun! Harda dursun? Durduğu yer öz torpağıdır! Durduğu yerdə imkan verdilər ki, duralar. Durmuşduq də!

Ədalət paylayansınızsa o zaman ədalətsiz tərəfin noxtasını daraldın və geri çəkin. Öz yerinə, öz sərhəddinə həm də. Elə çox sevirsinizsə, o zaman aparın öz evinizə.

Makron Fransanın istila tarixinə baxsın. Napoleonu qoydularmı Moskvaya?

Ya Rusiya…???

Amerika Meksika ilə arasına sədd çəkib qoymaq istəmir ölkəsinə… Hələ miqrant kimi…

Qarşımızdakıların “”əzəliymiş, əbədiymiş”” dediyi yerlər bəs bizim nəyimizdir? Qalaları, qayalarının tarixinə baxan olsa görər…

Daha tarixin dərinliklərinə getmirəm. Daha əsrlərin – “kim birinci bu torpaqların sahibi olub” mübahisəsinin üstündən sükutla keçirəm. Dinsək yenə borclu çıxaracaqlar. İndi bizə “”dur-çıx “” deyənlər!

Mənzil başına çatmamış çox durdurub, yarı yolda düşürdülər. İndi son dayanacaq bəlli!

Şərt- “Torpaqlarımızdan çıxın”-DURAQ!

Yoxsa kim müharibə istər ki?! Həm də o müharibələr can alır, can yandırırsa…

Tünzalə Vəliqızı, Moskva
01.10.2020.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir