Bir diləkdə açacaq sadəcə bir Ümid!


(Düşüncələr…)

Əsr neçənci olur olsun, sonunda ümid olan inanclar köhnəlməz, bitməz. Sadəcə bir ümid. Hər ümid bir möcüzəyə hamilədir. Arzuya gedən yolun qıfıllarının açarını əlində tutanlar bir gün onu açmaq ümidiylə bura bağlamışlar. Qıfıl deyil bağladıqlaır, bağlandıqları arzulardır.

Və bu təsadüfi şəkildəki gələcəkdir -Ümid!

Qarşında açılan sonsuz geniş ənginliklər, üfüqdür!

Qağayının qanadından qopub düşmüş lələk-nilufər yarpaqlarıdır!

Göyün yerdəki sularda güzgüləndiyi güzgüdür.yerlə gör arasındakı ucsuz-bucaqsız məsafənin bir anda yaxınlaşması, qovuşmasıdır.

Deməyim odur ki, möcüzəni uzaqda axtamayın! O, yaxınınızda, yanınızda, bir doğmanın üzündə gül açan gülümsəməsindədir! Gerisi təfərrüatdır. Çünki başlanğıcını bilmədiyin yerdə, bilmədiyin ailədə doğulursan. Və qismət olarsa bilmədiyin bir məzarlıqda, olmazsa məzarsız bir yerdə, bəzən torpağa belə deyil, dünyaya qovuşmağındadır- başlanğıc və sonu bilinməyən bu aralıqda yaşadığın anlardır!

Hər gün həyata yenidən baxın! Möcüzəyə inanmağı buraxmadan bu möcüzənin bir parçası olduğunuz həyatı sevin! Bir qıfıla bağlanıb, bir diləkdə açacaq ümidə inanaraq baxın! Yerinə-yetib yetməyəcəyinə də qoy həyat qərar versin!

Tünzalə Vəliqızı

22.06.2022


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir