Elza Seyidcahan ilaxır çərşənbəni Moskva azərbaycanlıları ilə qeyd etdi


Elza Seyidcahan  ilaxır çərşənbəni  Moskva azərbaycanlıları ilə qeyd etdi
Mügənni -bəstəkar Elza Seyidcahan Moskva azərbaycanlılarının qonagi oldu. Azərbaycanlılara məxsus “Orxideya M” restoranında “Şəhriyar” Mədəni-ədəbi məclisinin Novruz münasibətilə keçirdiyi şənlikdə çıxış edən müğənni soydaşlarımızı xalq və öz repertuarından olan mahnılardan ibarət musiqi çələngi ilə təbrik etdi.

Azərbaycandan isti salamlar gətirdyini söyləyən müğənni Moskvadakı bütün Azərbaycan diasporaları nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış etdiyindən şərəf duyduğunu söylədi.

Ulu adət-ənənələrimizi yaşadan və milli bayramımız Novruzun gəlişini birlikdə qeyd edən azərbaycanlıları təbrik edən tanınmış mügənni Elza Seyidcahan gecəyə xüsisi hərarət və canlılıq gətirdi, salondakılarla birgə mahnı oxuyub, qol götürüb oynadı.

Tünzalə Vəliqızı, Moskva
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir