Erdoğan Almaniya xarici işlər nazirinə “Yerini bil””-dedi”


Erdoğan Almaniya xarici işlər nazirinə  "Yerini bil"-dedi
Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan Almaniyada seçkiöncəsi kampaniyaya müdaxilə etməsi ilə bağlı xarici işlər naziri Ziqmar Qabrielin bəyanatını kəskin tənqid edib. Bu haqda Frans Press agentliyi məlumat verib.

“O, heç bir sərhəd tanımır! Sən kimsən ki, Türkiyə prezidenti ilə danışasan? Öz yerini bil””-deyə Erdoğan bəyan edib.

Bundan əvvəl KİV-də Türkiyə prezidentinin Almaniyada yaşayan türklərə səslənərək qarşıdakı seçkilərdə kansler Angela Merkelə və sosial-demokrat partiyasının lideri Martin Şultsa səs verməməyə çağırması haqqında məlumat yayılıb.

Ziqmar Qabriel də öz növbəsində Almaniyada yaşayan türk əsilli vətəndaşları seçkilərdə iştiraka səsləyib və Erdoğannın bəyanatını Almaniyanın daxili siyasətinə “”kobudcasına qarışmaq”” adlandırıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir