Erməni Abel Ağanbekyan azərbaycanlı jurnalistin sualları qarşısında özünü itirib


Erməni Abel Ağanbekyan  azərbaycanlı jurnalistin sualları qarşısında özünü itirib
Lider televiziyasının Rusiya nümayəndəsi Anar Həsənov bu dəfə də Qarabağın Ermənistana birləşdirilməsi fikrinin müəlliflərindən olan Abel Ağanbekyanı fakt qarşısında qoydu. “Ağdam Azərbaycan şəhəridir və biz onu məhv etmişik”” -deyən Abel Ağanbekyan jurnalistin gözlənilməz sualları qarşısında tarixi vətəni Ermənistanın siyasi kursuna əsk olan fikirlər səsləndirib.

-“Siz o kəslərdənsiniz ki, 80 ci illərin sonunda Qarabağın Azərbaycanın tərkibindən ayırıb Ermənistan biləşdirilməsinə çağırırdınız. O hadisələrdən 25 ildən çox vaxt keçib. 30 mindən çox insan həlak olub, Qarabağ xarabalığa çevrilib, Ağdam, Füzuli, digər şəhərlər darmadağın edilib…”. Anar Həsənovun bu ittihamlarıyla üzləşən A. Aganbekyan “Ağdam Azərbaycan şəhəridir, həqiqətən də dağıdılıb. Təkcə məscid salamat qalıb. Ona bir mərmi belə düşməyib”-deyib.

-Bəs Ermənistandakı məscidlərimiz?-sualının cavabında isə erməni separatçısı Ermənistandakı məscidlərdən xəbəri olmadığını bildirib. Amma Ağdam haqqında “bu şəhərdə erməni yaşamır. Bu şəhər ölü şəhərdir”-deyib. Abel Aganbekyan Liderin Rusiya təmsilçisiylə qısa söhbətində onu da əlavə edib ki, Ermənistanda yaşayış səviyyəsi Rusiyadakından 3 dəfə aşağıdır. “Vəziyyət acınacaqlıdır. Sənaye müəssisələri işləmir, istehsal yoxdur, əmək haqqı verilmir,ona görə əhali ölkəni kütləvi şəkildə tərk edir”. Bu etiraflar A. Aganbekyana məxsusdur.
Ölkəsi iqtisadi böhran içində, işğal etdiyi torpaq da onunku olmadığını etiraf edən erməni millətçisinə son sualla üz tutan Anar Həsənov: “-Siz separatizmin parlaq nümayəndəsisiniz. Ucbatınızdan nə qədər insan həlak olub. Özünüzü günahkar sayırsınızmı?” ifadəsini tərs sillə kimi onun üzünə çırpıb.

Ağanbekyan -“Yox, bir də yox!!! Nə qədər adam ölüb ki… Yuqoslaviyada, Ukraynada daha çox adam ölüb. Mən bildiyim qədər Qarabağda Ukraynada dağıntılara səbəb olan “Qrad” qurğusundan heç istifadə edilməyib”-deyə özü də bilmədən qəddarlıqlarını digər ölkələrdəki qırğınlarla müqayisə edərək özünü çıxılmaz vəziyyətə salıb.

Xatirladaq ki, Abel Ağanbekyan Qorbaçovun dəstəyi ilə Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi fikrini iqtisadi baxımdan əsaslandırmağa çalışmış və bu ideyaya dünyadan dəstək axtarmışdı. Onun adı Azərbaycan xalqının yaddaşına separatist kimi ilk dəfə 1987-çi ıldə Fransa kommunistlərinin “Humanyite” qəzetində separatizmi dəstəkləyən müsahibəsindən sonra həkk olunub. Sonradan o öz çıxışlarıyla düşmən obrazını kristallaşdırır. Aqanbekyan bu günə kimi Rusiya elmlər akademiyasının akademiki kimi separatizmə dəstək versə də, gözlənilməz suallar qarışısında o erməni nəzəriyyəsinin əksinə danışıb.

Tünzalə Vəliqızı
Yenises.ru
Moskva 28.01.2015


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir