Erməni hərbi vertоlyotunu vuran hərbçimiz mükafata layiq görülüb


Erməni  hərbi vertоlyotunu vuran  hərbçimiz  mükafata layiq görülüb
Azərbaycan hava sərhədlərini pozan Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 vertоlyotu hərbçilərimiz tərəfindən vurulub. Vurulan vertolyotda 3 hərbi pilotun məhv edildiyi bildirilir.

Azərbaycan müdafiə nazirliyinin rəsmi internet saytında verilən məlumata görə müdafiə naziri Zakir Həsənov erməni hərbi vertоlyotunui vuran əsgəri mükafata layiq görüb.

Məlumatda yazılır: ” Çavuş İlkin Muradov “”Hərbi xidmətdə fərqləndiyinə görə”” 3-cü dərəcəli medala layiq görülüb. O, hərbi vəzifəsini yerinə yetirərkən sayıqlıq və qəhrəmanlıq nümayiş etdirib””- deyə sənəddə deyilir.

Azərbaycan müdafiə nazirliyinin məlumatına görə Azərbaycanın Ermənistanla münaqişə bölməsində silahlı qüvvələrimizin mövqelərinə zərbə enidrmək istəyən iki erməni hərbi vertоlyotundan biri məhv eidlib, digəri isə hadisə yerindən uzaqlaşıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir