Erməni müxalifətçiləri Paşinyanın baş nazir olmasını istəyirlər


Erməni müxalifətçiləri Paşinyanın baş nazir olmasını istəyirlər
Nikol Paşinyanın baş nazir olması üçün 13 səs çatmır. Onun başçılıq etdiyi “Elk”” fraksiyası və ona birləşmiş “”Sarukyan”” bloku parlamentdə 40 mandata sahibdir.

“”Elk”” müxalifət fraksiyası Ermənistanın baş nazir postuna öz başçıları və etiraz hərəkatının rəhbəri Nikol Paşinyanın namizədliyini irəli sürüblər.

“”Fraksiya Ermənistanın baş naziri postuna Nikol Paşinyanın namizədliyini irəli sürməyi qərara alıb””-deyə fraksiyanın bəyanatında deyilir.

“”Elk”” fraksiyası və ona birləşmiş “”Sarukyan”” blokunun hazırda 40 mandatı var. Kabinetin başçısını seçmək üçünsə 53 səs tələb olunur.

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı aksiya aprelin 13-də başlamışdı. Müxalifət ona qarşı aprelin 17-də “”məxməri inqilab”” elan etsə də, elə həmin gün parlament Sarqsyanı baş nazir seçmişdi. Üstündən bir həftə keçməmiş- aprelin 23-də S.Sarqsyan davam edən etiraz aksiyası fonunda istefa etməyə məcur olmuşdu.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir