Ermənistan parlamenti qarşısında atışma olub


Ermənistan parlamenti qarşısında atışma olub
Yenises.ru-nun “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə Ermənistan parlamenti binası qarşısında atışma baş verib, bir nəfər yaralanıb.

Hadisə təxminən saat 15:00 radələrində parlamentin keçid məntəqəsi yaxınlığında olub. Gənc biri əlində bıçaq parlament binasına soxulmaq istəyib. Mühafizəçilər ona kimliyini soruşub, o isə cavabında: “İsius Xristos- deyib.

Mühafizəşilərə əli bıçaqlı gənci parlamet binasına buraxmadıqda o, müqavimət göstərərək onları hədələyib. Ona qarşı silah işlətməyə məcbur olan mühafizəçilər birinci atəşi havaya, ikincini isə onun ayağına atıb yaralayıblar. Qaydanı pozan gənci xəstəxanaya aparblar. İnsidentin baş vermə səbəbi ətraflı araşdırılır.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir